TƏLİM NƏTİCƏSİ
2
42
Yükün vaqonlara yüklənməsi və boşaldılması zamanı müvafiq qaydalara əməl olunması işin
optimallaşmasına, vaxta qənaət olunmasına və işin təhlükəsizliyinə xidmət edir.
Yükləmə və boşaltma işlərini yerinə yetirərkən aşağda qeyd olunan qaydalara əməl olunmalıdır:
• Yükləmə və boşaltma işlərini müəyən meydançalarda yerinə yetirilməli və təhlükəsizlik
təmin olunmalıdır.
• Yüklərin doldurulması və boşaldılması işini yerinə yetirən xüsusi texnikanın təhlükəsiz
hərəkəti təmin olunmalıdır.
• Yükləmə və boşaltma texnikaları yükün növünə və çəkisinə görə düzgün seçilməlidir.
• Ağır və iriqabiliyətli yükləri çəngəli avtokarlarla yükləyib boşaldırlar. Lazım gələrsə taxta və
plastik poletlərdən isdifade olunur. Bu zaman yüklər poletlərdə vaqonların uzununa yığılır.
• Yükləmə və boşaltma işləri əl ilə yerinə yetirilərsə fəhlələrin əməyinin qorunması və
təhlükəsizliyi təmin olunmalıdır.
• Yükləmə boşaltma işlərinə nəzarəti təcrübəli ustalar yerinə yetrir və işin təlükəsizliyinə
məsuliyyət daşıyırlar.
• Örtüklü vaqonlara yük elə yığılmalıdır ki, hərəkət zamanı yükün hərəkətsizliyi təmin
olunsun. Lazım gəldikdə yükü bağlamalı və zədələnməyə qarşı müvafiq yumşaq elementlərdən
istifadə olunmalıdır.
• Ərzaq məhsularının daşınması üçün nəzərdə tutulan qablar sanitar-gigyenik tələblərə cavab
verməlidir. Belə yüklərin yükləmə boşaltma işlərini yerinə yetirən işçilər müvafiq tələblərə cavab
verən geyimlə təmin olunmalıdır.
• Tez alışan maye yüklər müvafiq vaqonlarda daşınmalıdır.
• Kağız məmulatlar, mineral gübrələr, taxta emallı yüklər, ot və yanacaq materialları yüksək
səviyyədə təhlükəsizlik təminatı ilə yüklənib boşaldılmalıdır.
• Təhlükəli və tez alışan yüklərin dolub-boşalmasını yerinə yetirən işçilər müvafiq geyim və
qoruyucularla təmin olunmalıdır.
Yükün vaqonlara yüklənməsi və boşaldılması zamanı müvafiq qaydalara əməl olunması işin
optimallaşmasına, vaxta qənaət olunmasına və işin təhlükəsizliyinə xidmət edir.
Yükləmə və boşaltma işlərini yerinə yetirərkən aşağda qeyd olunan qaydalara əməl olunmalıdır:
Dostları ilə paylaş: