Bu növ gəmi ilə yüklərin daşıması
təkcə
aşağı hissədə aparılmır, həm də yük
qablaşdırılmışsa gəminin göyərtəsində
də daşınma yerinə yetirilə bilər. Gəmiyə
məhsulların yüklənməsi və boşaldılması
prosesini təşkil edir.
Məhsulların gəmiyə
yüklənməsi prosesi və
təhlükəsizlik qaydaları
Dəniz yolu ilə daşınacaq yüklər həm dəniz
nəqliyyatının standartları və tələbləri, həm də
daşınacaq yüklərin xüsusiyyətləri nəzərə alınaraq hazırlanır:
• Taranın və qablaşdırmanın sazlığı.
•
Nəzarət lentlərinin, cəftələrin və plombların vurulmasının və sazlığı .
• Taralardan maye yüklərin sızmaması.
• Taralara aid olan normativ sənədlərin standartlara uyğun olması.
• Taralarda olan markaların və xəbərdar ediçi işarə, yazıların aydın olması.
• Yükün zay olmasını subut edən iylərin və digər əlamətlərin olmaması.
Əsas yükləri daşımağa hazırlayarkən aşağıdakıları nəzərə almaq lazımdır:
a) Yırğalanmanın təsiri altında yükün sürüşməsi imkanı.
b) Yükün yanması, partlayışı ilə əlaqədar təhlükələrin insanlara və ətraf mühütə təsiri
(zəhərlənmə, radiasiya şüalanması).
c) Nəmin, tozun, istiliyin və müxtəlif iylərin olması.
d) Tələb olunan temperatur, rütubət və ventilyasiya rejimlərini tətbiq etmək zərurəti.
Taranın yüklə çəkisi bir tonn və bundan artıq
olduqda, yükləmə
- boşaltma işlərini yerinə
yetirərkən və gəmilərdə yüklərin bərkidilməsi
zamanı xüsusi avadanlıqlar olmalıdır (dibaltı,
altlıq konteyner və s.) İstifadə olunan xüsusi
avadanlıqlar tələb olunan şərtlərə cavab
verməlidir. Yükün itmə,
xarab olma, və zədə
alma təhlükələri meydana cıxdıqda, yükgöndərən
taraları narmativ sənədlərə uyğun olan tələblərə
cavab verən vəziyyətə gətirməlidir.
TƏLİM NƏTİCƏSİ
3
52
Yüklənməyə görə limana daxil olan gəmilər
texniki cəhətdən saz və daşımaya hazır olmalıdır,
yük daşımaq üçün nəzərdə
tutulan yerlər yükün
qəbuluna hazır olmasıdır. Yüklərin qəbulu üçün
gəmidə hazırlıq işləri aparılmalıdır:
• Daşınacaq yükün xüsusiyyətlərini nəzərə
almaqla, yükləmə yerləri hazırlamalıdır.
• Yükləmə qurğuların texniki sazlığı
yoxlanılmalıdır.
• Gəmidə yükləmə başa çatdıqdan sonra nəzarət edilməsi mümkün olmayan,
bağlanan
qapıların etibarlılığı yoxlanılmalıdır.
• Yanğına qarşı sistem və avadanlığın texniki sazlığı yoxlanılmalıdır.
• Lyuklərin bağlayan sisteminin və lyuk qapaqlarının kipliyi yoxlanılmalıdır.
Yük yerləri əvvəl daşınan yüklərin qalıqlarından təmizlənməlidir. Bu zaman təmizlənmə işinin
xarakteri daşınacaq yüklərin növündən asılı olaraq dəyişir. Tikinti materialları, metal məhsulları
nəqliyyat texnikasını, qablaşdırılmağa ehtiyac olmayan və toz iylərin təsir etmədiyi yüklərin
daşıması zamanı yük yerlərinin (tryumların) quru şəkildə təmizlik işləri aparılmalıdır. Yeyinti və
bitki məhsulların, pambığın, parçaların və digər səmayə məhsulların daşıması zamanı yük yerlərinin
(tryumaların) yuyulması, qurudulması və havanın dəyişdirilməsi kimi təmizlik işləri aparılır.
Yük yerlərində (tryumlarda)
kənar iylər aşkar edildikdə, onlar deodolitə olunur. Duzlu balıqları,
nəm-quzlu dərilərin, mal-qaranın duzlanmış dəriləri və buna bənzər yüklərin daşınmasından sonra
yük yerləri (tryumlar) yuyulmalıdır və dezinfeksiya olunmalıdır. Tozlanan, yük yerlərini çirkləndirən
yüklərin (məsələn: daş-kömür, kömür) daşınmasından sonra tryumlərin su ilə şlanqlarla yuyulması
aparılır. Gəmi sistemlərin (borular) yüklərin zərbələrindən qorumaq üçün onları
dəmir və ya taxta
örtüklə örtülməlidir. Bütün sisternlərin tıxaclarının kipliyi yoxlanılmalıdır.
Gəmi oxları və kranları qaldırılmış halda olmalı və elə bərkidilməlidir ki, sahil kranlarının
işinə mane olmamalıdır. Gəmi daxili yükqaldırma vasitələrindən istifadə etməkdən qabaq onların
texniki sazlığı yoxlanılmalıdır. Bundan başqa yükqaldırma vasitələri gəminin texniki sənədlərinin
və təhlükəsizlik istismarı qaydalarının tələblərinə cavab verməlidir.
Göyərtidə yüklərin yerləşdirməkdən əvvəl aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
• Bərkidilmə halqalarının və digər vəsaitlərin sayının kifayət qədər olması və quraşdırılması
təmin olunmalıdır.
Dostları ilə paylaş: