- Yükün növünə görə (ümumi, kütləvi və xüsusi təyinatlı yüklər);
- Açıq və qablaşdırılmış yüklər;
- Uzun ölçülü yüklər(3 metrdən çox);
- Yüngül və ağır yüklər (5 tondan çox);
`
Kütləvi yüklərə açıq şəkildə və çox miqdarda daşınan yüklər aiddir. Misal olaraq belə yüklərə
maye yüklər (neft və neft məsulları, təbii və bitki yağları spirt və s.) Özü boşalan yüklərə taxıl, qum,
çınqıl,
konsentrat, fliz və s. aiddir. Daşınması və saxlanması xüsusi qaydalar təlb olunan yüklərə
xüsusi təyinatlı yüklər aiddir (təhlükəli, tez xarab olan, və s.).
Aviaçarter müqaviləsi
Aviaçarter daşımaları və ya çarter aviadaşımaları qeyri-müntəzəm daşımalardır.
1. Məlum olduğu kimi, çarter daşımaları dəniz hüququna da məlumdur. O, dəniz hüququnda
dəniz çarteri, hava hüququnda isə hava çarteri və ya aviaçarter adlanır.Hava çarteri (aviaçarter)
ilə bağlı münasibətlər xüsusi xarakterli müqavilə ilə rəsmiləşdirilir. Həmin müqavilə hava çarter
müqaviləsi (aviaçarter müqaviləsi) adlanır. Ona hava gəmisini fraxetmə müqaviləsi də deyilir.
2. Hava hüququnda çarter müqaviləsi hava gəmisinin kirayələnməsi müqaviləsi də adlanır.
Aviaçarter
müqaviləsinə görə, bir tərəf (kirayəyə verən) sərnişin, yük, baqaj daşınması və ya digər
məqsədlər üçün bir hava gəmisinin tutumunu haqqı ödənilməklə, tamamilə
və ya qismən bir və
ya bir neçə reys üçün digər tərəfə (kirayəçiyə) verməyi öhdəsinə götürür. Kirayəyə verən şəxs hava
gəmisinin sahibi (mülkiyyətçisi) olan aviaşirkətdir. Kirayəçi isə sifarişçidir. Həmin şəxsə hava
gəmisini fraxtedən də deyilir.
3. Kirayəyə verən və kirayəçi aviaçarter müqaviləsinin tərəfləridir.
Müqavilə də məhz onlar
arasında bağlanılır. Heyət baxımından, dəniz çarter müqaviləsi kimi, aviaçarter müqaviləsinin də
iki növü fərqləndirilir:
• Heyətsiz hava gəmisini fraxtetmə müqaviləsi (heyətsiz aviaçarter müqaviləsi);
• Heyətlə birlikdə hava gəmisini fraxtetmə müqaviləsi (heyətlə birlikdə aviaçarter müqaviləsi).
Heyətsiz
aviaçarter müqaviləsinə görə, hava gəmisinin sahibi (kirayəyə verən) şərtləşdirilmiş
haqq müqabilində hava gəmisini heyətsiz formada fraxt edənin (kirayəçinin) istifadəsinə verməyi
öhdəsinə götürür. Heyətlə birlikdə aviaçarter müqaviləsinə görə, hava gəmisinin sahibi (kirayəyə
verən) müəyyən haqq almaqla hava gəmisini heyətlə birlikdə fraxtedənin
istifadəsinə verməyi
öhdəsinə götürür. Aviaçarter daşımalarının hüquqi rejiminin yaradılması məsələsi həmişə diqqət
mərkəzində olmuşdur. Bu məsələyə hələ XX əsrin 50-60-cı illərində kifayət qədər xeyli elmi əsərlər
həsr edilmişdir.
Dostları ilə paylaş: