• Yük qablaşmalı, markalanmalı və dağılıb tökülməməli;
• Hər yük üçün yük göndərən və yük alanın rekvizitləri olmalı;
• Düzgün tərtib olunmuş sənədləri olmalı;
• Əgər qablaşma təkrar istifadə olunursa köhnə nişanələr qoparılmalı və təmizlənməli.
Hava yolu karqo daşımaları yükün qısa müddətdə sahibinə çatdırılması ilə digər növ nəqliyyat
daşımalarından yüksək səviyyədə fərqlənir. Hava yolu nəqliyyatının
yük götürmə qabiliyyətinin
artırılması, beynəlxalq ticarətin geniş vüsət alması, laqistik daşımanın optimallaşma sxemi, daşıma
xərclərinin azaldılması ilə bağlı görülən tədbirlər hava yolu daşımalarına tələbatın artmasına şərait
yaratmışdır. Yükün müqayisə olunmaz dərəcədə tez çatdırılması hava yolu daşımasını
digər nəqliyyat
daşımalarından üstün edən amillərdəndir, əsasən də uzaq məsafəyə daçıma prosesi zamanı
Hava yolu karqo daşımalarının üstünlükləri
Yüksək dərəcədə təhlükəsizlik - hava yolu daşıması zamanı daşınan yükə
hava şəraitinin minimal
təsiri, mexaniki faktorların olmaması hava yolu daşımasını üstün edir. Bu səbəbdən qiymətli, tez
sına bilən və tez xarab ola bilən yüklərin daşınmasında hava yolu nəqliyyatından daha çox istifadə
olunur. Yerüstü yükdaşıma prosesində iştirak edən nəqliyyat qəzaları ilə hava yolu nəqliyyatında
baş verən qəzaları müqayisə etsək və bu qəzalarda yük sahiblərinə dəyən ziyanı
hesablasaq hava
yolu daşımasının səviyyəsi qat-qat aşağı olmasını görərik. Radioaktiv yüklər, kimyəvi maddələr və
s. bu kimi yüklərin hava nəqliyyatında daşınması avtomobil nəqliyyatında daşınmasından daha
təhlükəsizdir. Eyni zamanda qeyd etmək lazımdır ki, hava limanlarında
ərazinin mühafizə sistemi
dəmir yolu yük götürmə meydanlarında, dəniz limanlarında olan mühafizə sistemlərindən daha
ciddi və təhlükəsizdir. Bununla yanaşı hava limanlarında yükləmə-boşaltma proseslərində iştirak
edən işçilərin təhlükəsizliyi, yükləmə - boşaltma mexanızmlərinin
yüksək səviyyədə təhlükəsiz
olması hava yolu karqo daşımasını əvəz olunmaz etmişdir.
Hava yolu daşınmasında istifadə olunan elektron izləyici sistem yükün təhlükəsiz hərəkət
etməsində rolu yüksəkdir. Qeyd olunan və olunmayan təhlükəsizlik tədbirləri hava yolu karqo
daşınmasında yük sahibləri tərəfindən olunan şikayətləri minimuma endirmişdir.
Gömrük yoxlaması- beynəlxalq hava yolu karqo daşınmasında
bir neçə ölkə sərhədlərinin
keçilməsinə baxmayaraq yalnız iki dəfə gömrük yoxlaması keçirilir (yükləmə və boşalanda).
- Çatdırmanın dəqiqliyi - hava şəraiti bütün növ nəqliyyat daşımalarına təsirsiz ötüşmür.
O cümlədən də hava yolu nəqliyyatına. Buna baxmayaraq yük daşımanın dəqiqliyi hava yolu
Dostları ilə paylaş: