- Daşıyıcının hüquqazidd hərəkəti (hərəkətsizliyi),
yəni hüquq pozuntusu;
- Hüquq pozuntusu ilə vurulmuş zərər arasında səbəbiyyət əlaqəsi;
- Təqsir.
Digər beynəlxalq konvensiyalar kimi, Varşava Konvensiyası da təqsirlilik prinsipindən çıxış edir.
Belə ki,
bu prinsipə görə, əksi sübut edilənə kimi, daşıyıcı zərər vurulmasında təqsirli sayılır. Əgər
sübut olunsa ki, zərər onun təqsiri üzündən vurulmamışdır, onda daşıyıcının məsuliyyəti yaranmır.
Sübut etmək vəzifəsi daşıyıcının üzərinə düşür. Əgər daşıyıcı
sübut etsə ki, o, zərər vurulmasından
yaxa qurtarmaq üçün bütün lazımi tədbirləri görmüşdür və ya belə tədbirlərin görülməsi mümkün
olmamışdır, onda o, məsuliyyətdən azad edilir. Bunlardan əlavə, əgər
zərər zərərçəkənin təqsiri
üzündən vurularsa, onda da daşıyıcı məsuliyyətdən azad olunur, zərərin əvəzini ödəmir. Amma
daşıyıcı həmin halı sübut etməlidir.
Əgər zərər daşıyıcının qəsdən (bilə-bilə) etdiyi hərəkət (hərəkətsizlik)
nəticəsində vurularsa,
onda daşıyıcının məsuliyyəti məhdudlaş-dırılmır, yəni məhdud məsuliyyət prinsipi tətbiq olunmur.
Daşıyıcı belə hallarda vurulmuş zərərə görə tam məsuliyyət daşıyır. Lakin daşıyıcının etdiyi hərəkətin
(hərəkətsizliyin) qəsd xarakterli olması sübut olunmalıdır. Əlbəttə, sübut etmək vəzifəsi daşıyıcının
deyil, tələb irəli sürən şəxsin üzərinə düşür. Lakin bu son dərəcə çətin məsələdir, çünki, adətən,
tələb
irəli sürən şəxsin əlində müvafiq sübutlar olmur. Buna görə daşıyıcının tam məsuliyyət daşıması
halına praktikada nadir hallarda rast gəlinir. Yükün və baqajın qiyməti elan edilmiş olduqda, əgər
onlar salamat qalmazsa, daşıyıcı onların elan olunmuş qiyməti həddində məsuliyyət daşıyır.
Varşava Konvensiyası sərnişinin əl yükü barədə məsuliyyət şərtlərini nəzərdə tutmur. O, yalnız əl
yükünə vurulan zərərə görə daşıyıcının məsuliyyət həddini müəyyən edir. Buna görə də əl yükünün
itməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyəti ayrı-ayrı ölkələrin daxili (milli) hava
hüquqi ilə müəyyən edilir. Daşıyıcı həm də çatdırılma müddətinin ötürülməsinə
görə məsuliyyət
daşıyır. Daşıyıcını bu məsələ ilə bağlı məsuliyyətə cəlb etmək üçün çatdırılma müddətinin
müəyyənləşdirilməsinin böyük əhəmiyyəti vardır. Çatdırılma müddətinin hesablanması və
müəyyənləşdirilməsi barədə hər hansı norma nəzərdə tutmur. Bəzən çatdırılma müddəti tərəflərin
razılığı (sazişi)
ilə müəyyən edilir və bu, daşıma sənədində qeyd olunur. Aydın məsələdir ki, daşıyıcı
çatdırılma müddətini ötürdüyü hallarda cərimə və ya zərərin əvəzini ödəmə formasında məsuliyyət
daşıyacaqdır.
Dostları ilə paylaş: