Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə54/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   50   51   52   53   54   55   56   57   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
67


Turşular, digər yeyici və korroziyaedici maddələr olan və həmin maddələrin təsirinə davamlı 
olan, kip bağlanmış metal nəqliyyat qablarında (taralarında) daşınan fərdi qablar yerdəyişmədən və 
yıxılmadan qorunmaq üçün qabın zədələnməsi və yaxud axma zamanı tərkibi tam hopdura bilən 
aralıq materialı ilə doldurulmaqla, düzgün qoyulmalıdır və bağlanmalıdır. Göstərilən maddələrin 
kip olmayan fərdi qablarda daşınması zamanı fərdi taranın düzgün yerləşdirilməsini görməyə 
imkan verən və onun böyrü üstə, ya da ağzı üstə qoyulmasını istisna edən, xarici (üst) metal qablara 
qoyulmalıdır. Şüşədən, saxsıdan, keramikadan olan qabların tıxacları üst qabların qapaq səthindən 
yuxarı çıxmamalıdır. Hər bir tutumun ağız bağlayıcı qurğusu elə konstruksiyaya malik olmalıdır ki, 
onlar düz və tam bağlanmama ehtimalını istisna etsin və tam bağlanmasının yoxlanmasını müəyyən 
etməyə imkan versin.
Yükləmə boşaltma zamanı təhlükəsizlik tədbirləri
1-ci sinif yüklər partlayış-yanğın təhlükəlidirlər və mexaniki təsirlərə həssasdırlar, ona görə də 
onlarla davranışda ehtiyat tədbirlərinə ciddi riayət olunmalıdır. Yükləmə zamanı hava gəmisinin 
yüklənməsi üçün onun yanına tələb olunan yükdən artıq yükün gətirilməsinə yol verilmir. 
Yükləmə (boşaltma) zamanı hava gəmisinə yükləmə - boşaltma işlərinin yerinə yetirilməsi üçün 
yalnız zəruri olan texniki vasitə növlərinin yaxınlaşmasına icazə verilir. Mexaniki təsirə daha həssas 
olan 1-ci sinif yüklər axırıncı yüklənir və birinci növbə boşaldılır. 1-ci sinif yüklərin HG-nə yüklənib-
boşaldılması prosesində, yükləmə-boşaltma ilə bağlı olmayan hər hansı digər işlərin aparılmasına 
yol verilmir. 
1-ci sinif yüklərin yüklənib (boşaldılmasında) aşağıdakı əsas qaydalara riayət olunması zəruridir: 
• Yeşikləri kürəkdə daşımamaq, sürüməmək, çevirməmək və atmamaq (qurğular girdə bağlamada 
olduqda diyirləməyə icazə verilir); 
• Düşən (yıxılan) yeşikləri, müvafiq akt tərtib etməklə, ehtiyatla yükləmə yerlərindən 
uzaqlaşdırmaq lazımdır (hava yolu ilə daşınması, bazaya qaytarılması və yaxud ləğv edilməsi 
yükgöndərənin mütəxəssisi tərəfindən həll olunur); 
• Konkret maddələr (qurğular) üçün rəhbər sənədlərdə və təlimatlarda təhlükəsizlik 
texnikası üzrə şərh olunmuş göstərişləri ciddi surətdə yerinə yetirmək. 
Yük avialayner daşımasına aeroportlarda nəqliyyat ekspedisiy şirkəti tərəfindən qəbul olunur. Bu 
şirkət yük göndərən və daşıyıcı aviaşirkət arasında əlaqələrin qurulması, yükü avtomobil nəqliyyatı 
vasitəsi ilə aeroporta gətirilməsi, avia daımaya qəbulu və bir çox hallarda aeroportdan yük alana 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin