həvəsləndirilməsi və s. estetik tələbləri təşkil edir. Zahiri görünüşü ilə alıcıların
diqqətini cəlb edən
taralar özlərinin formaları və tərtibat üsulları (rəngi, naxışları, yazıları) ilə məhsulları cazibəli və
orijinal şəklə salmalı; məhsulların reklam edilməsinə yardım
göstərməli, məhsulların xassələri və
istifadə üsulları haqqında alıcılara yığcam məlumat verməlidir.
Taraların qarşısında
qoyulan texniki, iqtisadi və estetik tələblər qarşılıqlı surətdə bir-birini
tamamlamalıdır. Respublikanın ayrı-ayrı sənaye sahələri tərəfindən istehsal olunan məhsulların
qablaşdırılması Standartlaşdırma və Sertifikasiya Komitəsinin hazırladığı
texniki şərtlərə müvafiq
qaydada aparılır. Taralar bu tələblərə müvafiq buraxılır. Daha doğrusu, taranın adı (yeşik, qutu,
bidon, boçka, kisə və s.), taranın bu və ya digər növünün təyinatı,
konstruksiya xüsusiyyətləri,
(boçkanın forması, yeşiyin tipi, kisənin böyük və ya kiçikli və s.) hazırlandığı materialın növü,
istifadə xüsusiyyətləri və s. şərtlər nəzərdə tutulur.
Bazar iqtisadiyyatının milli iqtisadiyyatımız üçün yeni və mütərəqqi inkişaf yolları və
perspektivlər vəd etməsinə baxmayaraq respublikamız tara istehsalının artım
surətinə, habelə
qablaşdırmanın forma və üsullarına görə inkişaf etmiş kapitalist dövlətlərindən çox geri qalır.
Bunun, eləcə də milli məhsullara tələb və təklifin qeyri-qənaətbəxşedici səviyyədə olmasının
əsas səbəblərindən biri qablaşdırmanın dünya standartlarına cavab verməməsi ilə bağlıdır. İstər
inzibati
amirlik dövründə, istərsə də ondan əvvəlki illərdə bu sahənin inkişafına respublikamızda
kifayət qədər fikir verilməmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1996-cı
ildə Amerikada tara
istehsalı və qablaşdırma ilə intensiv məşğul olan firmaların illik dövriyyəsi 90 milyard dollar təşkil
etmişdir.
Doğrudur, ayrı-ayrı sənaye sahələrinin və ya ticarət-vasitəçilik missiyasını yerinə yetirən
strukturların müxtəlif növlü taralarla tələb olunan səviyyədə təmin
edilməməsi nəticəsində ölkə
iqtisadiyyatına dəyən iqtisadi ziyanların kəmiyyətini müəyyənləşdirmək üçün dəqiq və etibarlı
statistik məlumatlar mövcud olmasa da bu rəqəmin heç də az olmaması bizdə şübhə yaratmır. Qərb
dövlətlərində qablaşdırma ilə bağlı çox müfəssəl və işlək qanunvericilik aktları qəbul edilmişdir.
Bununla yanaşı ictimai təşkilatlar və cəmiyyətlərlə razılaşdırılmış formada qablaşdırmaya qarşı cari
və potensial tələbləri nəzərə alan norma və normativlər işlənib hazırlanır. Məsələn, qablaşdırmanın
optimallaşdırılması üzrə Almaniyada fəaliyyət göstərən cəmiyyət mədəni-məişət təyinatlı
məhsulların qablaşdırılması üçün aşağıda qeyd olunan tələblər baxımından normalar hazırlamışdır:
• Qablaşdırmanın mətni və əyani təsviri (illüstrasiyası) dəqiq və bir mənalı olmalı, məhsulun
təyinatına
cavab verməli;
• Qablaşdırılan məhsulların kəmiyyəti və keyfiyyəti haqqında alıcılarda qeyri - səlist rəy
formalaşdırmamalı;
Dostları ilə paylaş: