boşaldılması aviasiya
hadisələrinin baş verməsinə, HG-nin və hava limanlarının (aerodromların)
anbarlarının çirklənməsinə, eləcə də xidməti personalın zədələnməsinə, fiziki gərginliyin
yaranmasına və zəhərlənməsinə şərait yaranmasına yol verməyən ən təhlükəsiz
və əlverişli üsullarla
həyata keçirilməlidir. Təhlükəli yüklərlə aparılan işə, yalnız ilkin tibbi müayinədən, təhlükəsizlik
texnikası üzrə təlimatdan keçmiş, zədələndikdə (zəhərləndikdə) özü-özünə və qarşılıqlı
kömək
qaydalarını bilən şəxslər buraxılırlar. Təhlükəli yüklərlə mütəmadi işləyən şəxslər vaxtaşırı tibbi
müayinələrdən keçməlidirlər.
Təhlükəli yüklərlə aparılan işlərə sağlam olmayan şəxslər, 18 yaşınadək olan yeniyetmələr,
hamilə
və uşaq əmizdirən qadınlar buraxılmırlar. Kənar şəxslərin iş görülən yerlərə daxil olmalarına yol
verilmir.
Hava gəmisinin ekipajı və təhlükəli yüklərlə işləyən şəxslər fərdi mühafizə, indikasiya və
dezinfeksiyaedici (daşınan yükün növündən asılı olaraq) vasitələr ilə təmin olunmalıdırlar və
onlardan istifadə etməyi bacarmalıdırlar. Bu yüklərlə işləyən zaman tətbiq edilən fərdi mühafizə,
indikasiya və dezinfeksiyaedici vasitələr yük göndərən tərəfindən təchiz edilir.
Mühafizə vasitələri
olmadan işləmək qəti qadağandır.
Təhlükəli yüklərlə işləyən zaman yemək, içmək, siqaret çəkmək, eləcə də iş görülən zonaya,
xüsusi geyimsiz daxil olmaq qadağandır. Şəxsi gigiyena qaydalarına ciddi riayət etmək zəruridir.
Aşağıdakı hallara yol verilmir:
• Su ilə qarşılıqlı təsirdə alışan maddələrin yağış yağan vaxtı yükləyib-boşaldılmasına;
• Hər hansı yanğın təhlükəli və təhlükəli yüklərin tufan vaxtı yüklənib-boşaldılmasına;
• Hər hansı sinifdən olan təhlükəli yüklərin
mühərriklər işləyərkən, texniki xidmət və
HG-nin yanacaqla, yağla doldurulması və s. vaxtı yüklənib-boşaldılmasına.
Hava gəmisində TAM-in axması (buxarların, qazların sızması) aşkar edildikdə,
gəmi komandiri bu
haqda uçuşlar üzrə növbətçiyə xəbər verməyə, axmanı aradan qaldırmağa və kabinənin (bölmənin)
havasının dəyişdirilməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla birlikdə aşağıdakıların
təmin edilməsi zəruridir:
• Açıq oddan istifadəyə yol verilməməsi;
• Elektrik mənbələrində (elektrik aparatlarında) qığılcımların əmələ gəlməsinə yol
verilməməsi;
• Dağılmış yanan maddənin əski və vedrənin köməyi ilə yığılmasının
və yük kabinəsinin
(bölməsinin) ventilyasiyasının gücləndirilməsinin təmin edilməsi;
• Əl odsöndürənlərinin və digər yanğınsöndürmə vasitələrinin işdə olması.
Dostları ilə paylaş: