Uçuş zamanı yanan mayelərin axmasının və yük bölməsinin qazla dolmasının aradan qaldırılması
mümkün olmadıqda, HG-nin komandiri bu haqda uçuş üzrə növbətçiyə xəbər verir və uçduğu hava
limanına qayıtmaq və yaxud ən yaxın aerodroma oturmaq haqqında qərar qəbul edir. Bu halda
uçuş 4000 metr hündürlükdə yerinə yetirilir. Yanğın təhlükəli yük olan kabinədə (yük bölməsində)
yanğın törədikdə, gəminin komandiri yanğının bortda olan bütün yanğınsöndürmə vasitələrini
istifadə etməklə söndürülməsinə dair komanda verməyə borcludur və HG-ni təcili olaraq 4000 m
hündürlüyə endirməli və bu haqda uçuş üzrə növbətçiyə (dispetçerə) xəbər verməlidir.
Təhlükəli yüklərlə işləyən zaman, işləyənlərin zədələnməsinin və yaxud maddi ziyan vuran
qəzalar baş verdiyi halda aviamüəssisənin rəhbəri müəyyən olunmuş qaydada qəzanın və bədbəxt
hadisələrin səbəblərinin təhqiqini təşkil edir, eləcə də onların nəticələrinin və törəmə səbəblərinin
aradan qaldırılması üçün tədbirlər görür.
•
İki qrupa bölünün və verilən şəkilə (şəkil 4.) diqqət yetirin. Şəkildə hansı proses
həyata keşirilir. Bu prosesi ardıcıllıqla flipçata yazıb müəllimə təqdim edin.
•
Hava yolu daşımasında tətbiq olunan qaimə formalarını hazırlayıb müvafiq qaydada
tərtib edin.
•
Qruplara bölünərək növbədən kənar hava yolu daşımasının təşkilini səhnələşdirin.
•
Hava yolu daşımasının üstünlüklərinə dair təqdimat hazırlayın.
•
Hava yolu daşımasının çatışmazlıqlarına dair təqdimat hazırlayın.
•
Müxtlif ölçülü tara formaları hazırlayın.
•
Hazırlanmış tara formalarının üzərində barkodlaşma əməlyatını yerinə yetirin.
•
Qrup yaradıb yükləmə-boşaltma işlərinə nəzarət üzrə təhlükəsizlik texnikasına dair
təlimlər hazırlayın.
•
Təhlükəli yüklərin siyahısını hazırlayın.
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
•
Hava yolu yük daşımasının təşkilinin əsas prinsipləri hansılardır?
•
1 №li qaimə nə üçündür və hansı gəngdə olur?
•
Qeyri müntəzəm aviadaşımalar dedikdə nə başa düşülür?
•
Karqonun hava yolu nəqliyyatına qəbulu prinsipləri hansılardır?
Dostları ilə paylaş: