• Məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;
• Bazar seqmentlərinə və satış kanallarına
intensiv təsir edilməsi;
• Yeni məhsul və onun obrazının yaradılmasına təsir edilməsi;
• Logistik servis mədəniyyətinin yüksəldilməsinə
təsir göstərilməsi;
• Saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;
• Əmtəə dövriyyəsinin artması və əmək məhsuldarlığının yüksəldilməsinə birbaşa təsir
göstərməsi.
Qablaşdırmanın funksiyaları qablaşdırılacaq məhsulların layihələşdirilməsi və istehsalı
mərhələsindən formalaşmağa başlayır və logistik dövrənin ilkin mərhələ-sindən (istehsalçı) son
mərhələsinə (istehlakçı) qədər, (çoxdövriyyəli taralar üçün isə qapalı sistem formasını alır, yəni
axırdan əvvələ, əvvəldən axra) fəaliyyət göstərir. Taralar öz funksiyalarını yalnız
xidmət etdiyi
məhsulu təyinat məntəqəsinə çatdırdıqdan və bu məhsuldan azad olub, bir daha təkrar istifadə
üçün yararsız olduğu ana qədər yerinə yetirir.
Karqonun yükləmə və boşaldılması prosesi
Karqonun avialaynerə yüklənməsi və
avialaynerdən boşaldılması
prosesi əsasən
daşıyıcı aviaşirkətin işçiləri və mexanizmləri
tərəfindən yerinə yetirilir. Lazım
olduğu
hallarda aviaşirkət yuxarıda qeyd olunan işləri
yük göndərən və yük alan tərəflərin həyata
keçirməsinə icazə vermə hüququna malikdir.
Bu proses iki və ya üç tərəfli razılaşma əsasında
rəsmiləşdirilə bilər. Ancaq,
əgər yükləmə-
boşaltma işləri yük göndərən və ya yük alan
tərəflər yerinə yetirərsə bu zaman bu prosesə aviadaşıyıcı şirkət özü nəzarət edir.
Aviaşirkət iri qabaritli və ağır çəkili karqo yüklərin yüklənib-boşalması üçün xüsusi texnikanın
təqdim olunmasını yük göndərən və ya yük alan tərəflərdən tələb etmə hüququna malikdir.
Dostları ilə paylaş: