çatdirılmasi xidmətlərini yerinə yetirir. Belə olan hallarda ekspedisiya şirkəti daşınmaya təqdim
olunan yükü aeroport anbarında yaxud yük gondərənin anbarında daşınmaya qəbul edir. Müqvilədə
qeyd olunan şətlərdən aslı olaraq yükün daşınmaya qəbulu prosesində yükləmə - başatma işləridə
ekspedisiya şirkəti tərəfindən həyata keçirilə bilər (qablaşdırma və ya paletlənmə). Göstərilən karqo
xidmətləri mərkəzləşdirilmiş iş prinsipi əsasında yerinə yetirilir və xidmət haqqı yük göndərən
tərəfdən tam formada daşıcıya ödənildikdən sonra işə başlanır. Daşıma üçün xidmət haqqı nəğd,
köçürmə, qiymətli kağızlar və s. formada ödənilə bilər.
Müqavilədə qeyd olunan şərtlərə əsasən yük göndərən yükü vaxtında ekpedisiya şirkətinə
təqdim etməli, daşıyıcı aviaşirkət isə razılaşdırılmış avia marşrutla yükü vaxtında təhlükəsız və
zədələmədən yük alana çatdırmalıdır. Şərtlərin pozulmasına görə hər iki tərəf müvafiq hüquq
çərçivəsində məsuliyyət daşıyır.
Yük göndərən yükə dair bütün tələb olunan sənədləri daşıcıya təqdim etməlidir. Daşıyıcı
aviaşirkət aşağıda qeyd olunan hallarda daşımadan imtina etmə hüququna malikdir.
• Qaimə sənədləri beynəlxalq norma və qaydalara uyğun tərtib olunmadıqda;
• Yükün kütləsi, ölçüləri və həcmi müvafiq standart ölçülərdən artıq olduqda;
• Paletlənmiş yülər daşıma tələblərinə cavab vermədikdə;
• Yük göndərən yükə aid sanitar-gigiyenik sənədləşməni təqdim etmədikdə;
• Tara və qablaşmaya aid barkodlaşma düzgün aparılmadıqda və ya olmadıqda;
• Yükün qiymətinə dair razılaşdırılmış sənəd olmadıqda.
Yükün çəkilməsi
Daşınma üçün təqdim olunan daşınmaya qbul zamanı daşınma qaydalarına uyğun olaraq
tərəflərin iştirakı ilə çəkilməlidir və daşıyıcı aviaşirkət yükün çəkisini qaimənin bütün nüsxələrində
qeyd etməlidir. Əgər daşınmaya təqdim olunan yükün çəkisi əvvəlcədən qaimədə göstərilən çəkidən
fərqli olarsa sonuncu çəki əsas götürülür.
Daşıma haqqında müvafiq maddələrin tələbləri o halda aid edilmir ki:
- yükün çəkisi yük göndərənin təqdim etdiyi çəki olarsa;
- yük daşıma müvəqqəti ayrodromlardan həyata keçirilərsə;
- daşıyıcı aviaşirkətə məxsus olmayan olmayan ayrodromlardan həyata keçirildikdə.
İstənilən halda yük göndərən yükün çəkisinin qaimədə düzgün göstərilməsinə görə məsuliyyət
daşıyır.
Daşıyıcı aviaşirkət ekspedisiya şirkətinin daşıyıcıya daşıma üçün təqdim etdiyi yükün qaimədə
göstərilən çəkisi ilə düzgünlüyünü yoxlamaq hüququna malikdir (yəni yükü yenidən çəkmək).
Dostları ilə paylaş: