Tara, qablaşdırma və yükün barkodlaşdırılması
Daşınma, yükləmə və boşaltma prosesi zamanı zədılənmə və ya
xarab olma təhlükəsi olan
yüklərin daşınması üçün yük göndərən öz yükünü qablaşdıtılmış və poletlənmiş qaydada təqdim
etməlidir. Poletləmə və qablaşdırma istismara istismara yaralı və müvafiq norma və standartlara
uyğun olmalıdır. Qeyri standart qablaşdırma kənd təsərrüfatı məsulları üçün istisna xarakterlidir.
Poletləmə və qablaşdırma zamanı yükün xüsusiyyətləri nəzərə alınmalıdır ki, yük zədələnməsin və
digər yüklərəi zədələməsin.
Maye və digər xüsusi xarakterli yüklərin daşınması
üçün nəzərdə tutulan dəmir, taxta, şüşə,
plastik, keramik və s. qablar uçuş prosində yarana biləcək dəyişkən təzyiqə, hündürlüyə və
temperatura dözümlü olmalıdır. Yük daşıma qaiməsində yükün barkodlaşması barədə qeydiyyat
aparılır.
Tara
- istehsal olunmuş hazır məhsulların normal saxlanması və son
təyinat məntəqəsinə qədər
daşınmasını asanlaşdırmaq, ətraf mühitin neqativ təsirlərindən qorumaq və habelə istehlakçılarda
alış motivləri yaratmaq məqsədilə məhsulların müvəqqəti qablaşdırıldığı sənaye məmulatıdır. Başqa
sözlə, «tara» məhsulun qabla birlikdə ümumi çəkisi (brutto) ilə xalis çəkisi (netto) arasında fərqi ifadə
edir. Taralara - müxtəlif materiallardan hazırlanmış yeşiklər, boçkalar, bidonlar, flakonlar,
bankalar,
kisələr, barabanlar, qəfəsələr, qutular, qablaşdırma toxumaları və s. aid edilir. Tara
növlərinin
çoxluğu, müxtəlifliyi onlarda qablaşdırılan məhsulların fiziki-kimyəvi xassələrinin müxtəlif olması
və məhsulların logistik sistem daxilində yerdəyişməsi şərtləri və şəraiti ilə əlaqədardır.
Logistik nöqteyi-nəzərdən
qablaşdırma
məhsulların fiziki bölüşdürülməsi və nəqletmə,
anbarlaşdırma, yüklərin emalı kimi logistik əməliyyatların yerinə
yetirilməsi prosesində
zədələnmədən, itkilərdən qorunub saxlanması zamanı Uçot Müqavilə Vahidlərinin (UMV)
ahəngdarlığını təmin edən kompleks vasitədir. Bununla əlaqədar olaraq taralar öz təyinatlarına
uyğun konkret texniki, iqtisadi və estetik tələblərə cavab verməlidir.
Texniki tələblərə tara materiallarının məhsulların fərdi xassələri və xüsusiyyətlərinə
uyğunluğu, onun konstruksiyasının məhsulların ölçülərinə müvafiqliyi, möhkəmliyi, yüngüllüyü,
yükləmə-boşaltma əməliyyatlarının yerinə-yetirilməsi zamanı daha əlverişli olması, ölçülərinin
məqsədəuyğunluğu və s. aiddir. Taranın konstruksiyası və onun mürəkkəblik
dərəcəsi məhsulun
keyfiyyəti və itkilərin həcminə bilavasitə təsir göstərir. Tara yüngül və sahmanlı olduqda əmək
məhsuldarlığı yüksəlir, yükləmə-boşaltma işləri asanlaşır.
Taranın
zahiri gözəlliyi, istehlakçı zövqünü oxşaması və onların diqqəti cəlbetmə dərəcəsi,
tərtibatı, orijinallığı, məhsulları bu və ya digər dərəcədə reklametmə səviyyəsi, satışın
həvəsləndirilməsi və s. estetik tələbləri təşkil edir. Zahiri görünüşü ilə alıcıların
diqqətini cəlb
Dostları ilə paylaş: