- Yükün geri alınması;
- Yükün yolda yubadılması;
- Yükün yoladüşmə yerinə (yükün haradan göndərildiyi yerə) qaytarılması;
- Yükalanın dəyişdirilməsi, yəni yükün başqa (yeni) yükalana verilməsi.
Lakin yükgöndərən yükə dair sərəncam vermək hüququndan bu şərtlə istifadə edə bilər ki,
o, həmin hüququn həyata keçirilməsi ilə bağlı olan bütün zəruri xərcləri daşıyıcıya ödəmiş olsun.
Yükgöndərən yükə dair sərəncam vermək hüququndan o halda istifadə edə bilər ki, yük daşıyıcıda
və yolda olsun, yükalan aviaqaiməni və yükü daşıyıcıdan qəbul etmək vasitəsilə hələlik daşıma
müqavilə münasibətinə girməsin və yük təyinat məntəqəsinə çatdıqdan sonra yükalan yükün
ona verilməsini hələlik daşıyıcıdan tələb etməsin. Əgər yük təyinat məntəqəsinə çatdıqdan sonra
yükalan yükün ona verilməsini daşıyıcıdan tələb edərsə və yaxud qaimə və yük yükalana verilərsə,
yükgöndərən həmin hüquqdan ona artıq xitam verildiyinə görə istifadə edə bilməz.
Öz ünvanına gələn yükün verilməsini tələb etmək yükalanın əsas hüquqlarından biridir. O, bu
hüququndan yük təyinat məntəqəsinə çatdırıldıqda istifadə edə bilər. Lakin yükalan həmin hüququ
həyata keçirmək üçün bütün zəruri haqqları (ödənişləri) ödəməli və qaimədə nəzərdə tutulan digər
daşıma şərtlərini yerinə yetirməlidir. Yükün etirazsız alınması onu ifadə edir ki, əgər başqa hal sübut
edilməyibsə, yük yükalana salamat (olduğu kimi), lazımi qaydada və daşıma sənədinə uyğun olaraq
verilmişdir. Əgər yük təyinat yerinə 7 gün ərzində çatdırılmazsa, onda o, itmiş sayılır. 7 günlük
müddət yükün təyinat yerinə çatdırılması üçün müəyyən edilmiş gündən hesablanır (başlanır). Belə
halda yükalan daşıyıcıya daşıma müqaviləsindən irəli gələn tələbləri irəli sürə bilər.
Yükün çatdırılması barədə yükalana məlumat (bildiriş) verilməsini daşıyıcının üzərinə düşən
əsas vəzifələrdən biri kimi müəyyən edir. Yük təyinat aeroportuna çatan kimi daşıyıcı bu barədə
ləngimədən yükalana məlumat verməlidir. Beynəlxalq hava nəqliyyatı ilə həyata keçirilən
aviadaşımalar zamanı daşıyıcının məsuliyyətə cəlb edilməsi üçün müəyyən əsas (məsuliyyətin
əsası) olmalıdır. Həmin əsas isə zərər vurulmasından ibarətdir.
Zərər vurulması aşağıdakılarla ifadə olunur:
- Yükə zərər vurulması;
- Baqaja zərər vurulması;
- Yükün və baqajın təyinat yerinə çatdırılma müddətinin ötürülməsi nəticəsində zərər
vurulması.
Məhz bunları daşıyıcının məsuliyyət daşımasını şərtləndirən hallar hesab etmək olar. Həmin
hallardan biri mövcud olduqda daşıyıcının əmlak (mülki-hüquqi) məsuliyyəti yaranır.
Məsuliyyət şərtlərinə aşağıdakılar aiddir:
Dostları ilə paylaş: