kirayə əsasında yük sahibinə verən aviaşirkət fraktiki daşıyıcı sayılır. Qvadalaxara Konvensiyası
müəyyən edir ki, müqavilə üzrə daşıyıcı və fraktiki daşıyıcı Varşava Konvensiyasının təsir sferasına
daxildir. Faktiki daşıyıcının hərəkəti müqavilə üzrə daşıyıcının hərəkəti kimi tanınır və əksinə.
Digər
tərəfdən, əgər faktiki daşıyıcı Varşava Konvensiyasının şərtləri əsasında daşımanı həyata
keçirirsə, o, həm müqavilə bağlayan daşıyıcı, həm də faktiki daşıyıcı kimi Varşava Konvensiyasının
təsir sferasına aid olur (2-ci maddə).
Buna görə də o, Varşava Konvensiyasının məhdud məsuliyyət
prinsipinə aid olan və aviaşirkət üçün əlverişli hesab olunan digər müddəalarına istinad edə bilər.
Qvadalaxara 370 Konvensiyasının da başlıca və əsas məzmunu məhz bundan ibarətdir.
Yük sahibinin sərəncam və iradları həm müqavilə üzrə daşıyıcıya, həm də faktiki daşıyıcıya
verilə bilər. Qvadalaxara Konvensiyasına görə, daşıyıcı ilə faktiki daşıyıcı arasındakı qarşılıqlı
münasibətlər onların daxili işidir və daşıma müqaviləsinin mövcudluğuna təsir göstərmir.
Qvadalaxara Konvensiyası zərərçəkən şəxslərə iddia verilməsi üçün xüsusi qayda müəyyən edir. Bu
qaydaya görə, zərərçəkən mümkün olan üç alternativ variantdan birini seçə bilər. Belə ki,
zərərçəkən
şəxs iddianı ya müqavilə bağlayan daşıyıcıya, ya faktiki daşıyıcıya, ya da birlikdə hər ikisinə verə
bilər. Bu kimi alternativ variantlar Konvensiyanın 7-ci maddəsində sadalanır. Variantlardan
birini
seçmək zərərçəkən şəxsin istək və mülahizəsindən asılıdır. Əgər iddia daşıyıcılardan birinə
verilərsə, onda o, digər daşıyıcını məhkə-mənin olduğu
yerin qanununa uyğun olaraq, məhkəmə
prosesinə cəlb edə bilər. Faktiki daşıyıcıya iddia ya onun yaşadığı
yerin məhkəməsinə, ya da baş
idarəsinin olduğu yerin məhkəməsinə verilə bilər. Müqavilə üzrə daşıyıcıya
münasibətdə məhkəmə
aidiyyəti Varşava Konvensiyası ilə müəyyən edilir. Qvadalaxara Konvensiyası nə daşıma müqaviləsi
bağlayan daşıyıcının, nə də faktiki daşıyıcının hüquq və vəzifələrini müəyyən etmir.
Demək olar ki,
Konvensiyada bu məsələyə toxunan normalar nəzərdə tutulmamışdır. Buna görə də onlar arasındakı
qarşılıqlı münasibətlər bağladıqları çarter və ya kirayə müqaviləsi əsasında müəyyən edilməlidir.
Dostları ilə paylaş: