daşımasında yüksək səviyyədə dəqiqləşdirilir və yük sahiblərinə vəd verilir.
- Avtomobil və dəniz yolu olmayan məntəqələrə yükün tez və vaxtında çatdırılması yalnız
hava yolu nəqliyyatına məxsusdur. (Helikopterlə)
- Heyvanların daşınmasında da hava yolu nəqliyyatı əvəzsizdir. Belə ki, daşınan heyvanlar
uzun müddət əziyyət çəkmir və ölüm hadisələri olmur.
Hava yolu karqo daşınmasının çatışmamazlıqları
Hava yolu karqo daşınmasının tariflərinin yüksək olması hava yolu daşınmasını faiz dərəcəsini
aşağı salır.
Qabarit ölçülərinin böyük olan yüklərin hava nəqliyyatında daşınmasının mümkünsüzlüyü.
İstənilən məntəqədə aeroportların olmaması hava yolu yük daşınmada çətinlik yaradır.
- Hava yolu karqo daşınmasının trans modelli olması (bir neçə nəqliyyatdan istifadə)
- Hava şəraitindən asılılığı.
Beynəlxalq hava nəqliyyatı ilə yük, sərnişin və baqaj aviadaşımalarının həyata keçirilmə
formasından asılı olaraq aviadaşımanın iki növü vardır:
• Müntəzəm aviadaşımalar;
• Qeyri-müntəzəm aviadaşımalar.
Müntəzəm aviadaşımalar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq, müqavilə aviaxətləri
üzrə yerinə yetirilən daşımalardır. Daşımanın bu növü müntəzəm reyslər əsasında keçirilir. Cədvəldə
uçuşun marşrutu, aralıq dayanacaq yerləri (məntəqələri), uçuş vaxtı, təyinat yerinə çatma vaxtı və
hava gəmisinin tipi göstərilir. Müntəzəm reyslərin yerinə yetirilməsinin belə şərtləri yalnız razılığa
gələn dövlətlərin qarşılıqlı sazişi ilə dəyişdirilə bilər.
Qeyri-müntəzəm aviadaşımalar isə birdəfəlik uçuşa icazə qaydasında yerinə yetirilir. Daşımanın
bu növü çarter adlanır. Çarter aviadaşımaları çarter reysləri əsasında həyata keçirilir. Çarter reysləri
isə xüsusi kontrakta uyğun olaraq yerinə yetirilir ki, həmin kontrakta fraxtetmə müqaviləsi və ya
hava gəmisinin kirayələnməsi müqaviləsi deyilir. Çarter uçuşları praktiki cəhətdən aviafraxtetmə
(çarter) bazarı yaratmışdır. Dünyada ən iri beynəlxalq çarter daşıma bazarı Avropa Mülki Aviasiya
Konfransına (AMAK) daxil olan 22 Qərbi Avropa dövlətləri arasında həyata keçirilən daşıma hesab
edilir. İkincisi isə Şimali Atlantika vasitəsilə həyata keçirilən çarter daşımaların beynəlxalq bazarı
sayılır. ABŞ-da da çarter daşımalarının həcmi böyükdür. Çarter aviadaşımalarının inkişafını nə
ilə izah etmək olar? Qeyd etmək lazımdır ki, hava daşımalarına olan tələbat, xüsusən də Qeyri-
Dostları ilə paylaş: