Dəniz
və çay nəqliyyat ilə yüklərin, məhsulların və sərnişinlərin daşıması həm təbii, (çay, göl,
dəniz, və okean) həm də süni (su anbarı, kanallar və.s) su yolları ilə həyata keçirilir. Su nəqliyyatında
lazım olan xarakterik qurğular və avadanlıq:
1. Nəqliyyat vasitələri: Gəmilər
2. Su yolları suyun dərinliyi
və səthi kanallar və şlüzlər
3. İdarəolunma və sinqnalizayisa: mayaklar
4. Nəqliyyat qovşaqları: çay və dəniz vağzalları, limanlar.
Su yolu daşıma modelinin 2 növü vardır:
1. Çay nəqliyyatı ( daxili su hövzələri) daxili su yolları ilə ( çaylarla, kanallarla, göllərlə) daşımanı
həyata keçirir.
Çay nəqliyyatının üstünlükləri:
• Dərinliyi olan çaylarda və su anbarlarında yüksək daşıma imkanları
• Daşımaların aşağı
maya dəyəri
• Xərclərin aşağı olması
Çay nəqliyyatının çatışmamazlıqları:
• Daşıma coğrafiyasının məhdudluğu
• Çatdırma surətinin aşağı olması (çayın dərinliyinin nahamar olmasından, naviqasiya
şəraitindən asılı olaraq)
• Mövsümi xarakterli olması
• Yüklərin və məhsulların saxlama və daşıma etibarlığının aşağı olması
2. Dəniz nəqliyyatı
dənizlərin, okeanları və onlara bitişik su hövzələrinin səthləri ilə daşımanı
həyata keçilməsidir.
Dəniz nəqliyyatının üstünlükləri:
• Qitələr arası daşımaların mümkünlüyü.
• Uzaq məsafələrə daşımaların mayadəyərinin aşağı olması
Dəniz nəqliyyatının çatışmazlıqları:
• Daşıma coğrafiyasının məhdud olması
• Çatdırma surətinin aşağı olması (coğrafiyafi, hava və naviqasiya şəraitindən asılı
olması)
• Göndərmə tezliyinin az olması
TƏLİM NƏTİCƏSİ
3
49
3.2. DƏNİZ VƏ ÇAY YOLU DAŞIMA MODELİNİN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARINI TƏSVİR EDİR
DƏNİZ VƏ ÇAY YOLU DAŞIMA MODELİNİN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI
• Yüklərin qablaşdırılmasına və bərkidilməsinə aid sərt tələblərin olması
• Mürəkkəb liman infrastrukturunun yaradılmasına olan tələbat
• Multimodel olması
Böyük həcmli yükdaşımalar zamanı malların dənizlə daşınması ən optimal variant sayılır.
Dəniz yolu daşımaları adətən multimodal daşıma sxemlərində marşrutun yalnız
bir hissəsi hesab
olunur. Hazırda beynəlxalq miqyasda dənizyolu daşımaları dünya yük daşımalarının 60%-ni təşkil
edir (BMT-nin hesabatına əsasən). Nəqliyyatın bu növünün belə populyar olması əsasən münasib
qiymətlər və böyük həcmli yüklərin daşınma imkanlarının geniş olması ilə əlaqədardır.
Konteyner daşımaları-transkontinental əlaqələrdə istifadə olunan yük daşınmalarının
ən əlverişli
növlərindən biridir. Qarışıq və yaxud, belə demək olarsa, multimodal daşımaların konteynerlər
vasitəsilə həyata keçirilməsi yüklərin daşınması, saxlanılması və boşaldılıb
yüklənməsi ilə əlaqədar
olan xərcləri azaltmağa imkan yaratdığı üçün daha effektli hesab olunur. İdxal və ixracla məşğul
olan ölkələrin yük daşımalarının əhəmiyyətli hissəsini dəniz nəqliyyatı ilə konteyner daşımaları
təşkil edir və bu nəqliyyat növü Cənub-Şərqi Asiya və Amerika ölkələrinə və bu ölkələrindən digər
kontinentlərə yüklərin çatdırılması zamanı əvəzedilməzdir. Mütəxəssislər yüklərin daşınmasını
bütün mərhələlərdə izləyir və yük haqqında müştərilər məlumatlandırılır.
Yük dəniz gəmilərinin ən geniş yayılmış növlərindən biri də rolkerdir. Bu yük
gəmiləri xüsusi
təyinatlı olub, onlara yükləmə əməliyyatı iki üsulla həyata keçirilir.
a) Kran ilə (şaquli üsul )
b) Diyirlənmə ilə (üfiqi üsul )
Əsasən bu növ gəmilər müxtəlif
texnikanın, o cümlədən iriqabaritli yüklərin
daşınmasında istifadə olunur. Məsələn:
avtonəqliyyatı və xüsusi texnika, dəmiryolu
vaqonları və platformaları, evzapalletlərdə
(altlıqlarda) yerləşdirilmiş konteynerlər və
yüklər. Yükləməni yerinə yetirmək üçün xüsusi şərtlər tələb olunmur.
Dostları ilə paylaş: