Aviaçarter daşımalarının hüquqi rejimi iki əsas məsələni əhatə edir. Bunlar-dan biri aviaçarter
daşımalarının təşkili məsələsidir. Aviaçarter daşımalarının təşkili dedikdə uçuşun həyata
keçirilməsinə icazə verilməsi, marşrutun müəyyən edilməsi, uçuşların dövrülüyü və digər məsələlər
başa düşülür. Bu məsələlər mülki aviasiyanı idarə edən dövlət orqanlarının aktları ilə müəyyən
edilir. Aviaçarter daşımalarının hüquqi rejiminin əhatə etdiyi ikinci məsələ çarterin kommersiya
şərtlərinə aiddir. Aviaçarter daşımalarının kommersiya şərtləri iki yolla müəyyən edilir. Birinci
yolun mahiyyəti müvafiq qaydaların aviaşirkətlərin tarif və qaydalarına daxil edilməsindən ibarətdir.
Burada çarter münasibətlərinə müfəssəl deyil, qısa şəkildə toxunulur. Belə ki, aviaşirkətlərin tarif
və qaydalarında əsas diqqət gələcək daşıma (həm sərnişin daşınması, həm də yük daşınması)
şərtlərinin müəyyən edilməsinə yönəlir. Buna görə də aviaçarter üzrə tərəflər (hava gəmisinin sahibi
və fraxtedən) arasındakı qarşılıqlı münasibətlər burada geniş səviyyədə tənzimlənmir. Kommersiya
şərtlərinin müəyyən edilməsinin ikinci yolu çarter profor-malarından ibarətdir. Söhbət aviaçarter
müqaviləsinin birtipli proformalarından gedir. Məhz bu müqavilə çarterin özünün məzmununu,
çarterdə iştirak edən tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
Çarter proformaları hər bir aviaşirkət tərəfindən müstəqil surətdə hazırlanır. O, nümunəvi
müqavilə kimi çıxış edir. Buna görə də çarter müqaviləsinin bağlanması zamanı tərəflər ona
əlavələr edə bilərlər. Beləliklə, aviaçarterin şərtləri çarter proformalarında nəzərdə tutulur. Çarter
proformalarında aşağıdakı şərtlər barədə razılıq əldə edilir:
- Fraxt edilən hava gəmisinin xarakteristikası;
- Hava gəmisindən istifadəyə görə ödənilməli olan fraxtın (haqqın) məbləği;
- Hesablaşma qaydası;
- Uçuşun marşrutu və cədvəli;
- Nəqliyyat sənədləşdirilməsinin rəsmiləşməsi;
- İcra edilməsinin mümkün olmamasına görə müqavilənin vaxtından əvvəl xitam edilməsi;
- Hava gəmisi sahibinin (mülkiyyətçisinin) məsuliyyəti;
- Daşıma müqaviləsinə tətbiq edilməli olan hüquq.
Çarter proformalarında nəzərdə tutulan əsas şərtlərdən biri nəqliyyat sənədləşdirilməsinə
aiddir. Daşımanı rəsmiləşdirən nəqliyyat sənədi hava gəmisini kirayəyə verən aviaşirkət tərəfindən
tərtib edilir. Çarter proformalarında nəzərdə tutulan əsas şərtlərdən biri fraxta aiddir. Fraxt dedikdə
hava gəmisindən istifadəyə görə ödənilən haqq başa düşülür. Belə haqq çarter proformalarında
məhz fraxt adlanır. Fraxt hava gəmisindən saatla və ya reyslə istifadə meyarına görə hesablanır.
Fraxtın ödənilməsini təmin etmək üçün yükə girov hüququ nəzərdə tutulur.
Əgər fraxt ödənilməzsə, onda bu hüquqdan istifadə olunur. Yükə girov hüququ fraxtın
Dostları ilə paylaş: