Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə45/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
58
4.3. DAŞINAN MƏHSULLARIN NÖVLƏRİNƏ GÖRƏ HAVA NƏQLİYYAT NÖVLƏRİNİ QEYD EDİR
QEYRİ MÜNTƏZƏM AVİADAŞIMALAR


də Qeyri-müntəzəm aviadaşımalar 368 turizm mövsümü dövründə həmişə çox olur. Məhz bu tələbat 
çarter aviadaşımalarının inkişafını şərtləndirir və ona ciddi təsir göstərir. Əlbəttə, inkişaf etməkdə 
olan və bazarı yaranan çarter aviadaşımalarının vaxtilə beynəlxalq – hüquqi tənzimlənməsi tələb 
olunurdu. Bunun üçün beynəlxalq konvensiya qəbul edilməli idi. Məsələ onda idi ki, əvvəllər də 
qeyd etdiyimiz kimi, Varşava Konvensiyası çarter aviadaşımalarına aid norma və qaydalar nəzərdə 
tutmurdu. Bu onunla izah olunur ki, Varşava Konvensiyası qəbul olunduğu dövrdə daşımanın bu 
növünün inkişafı geniş xarakter almamışdı. Varşava Konvensiyasının çatışmazlığını aradan qaldırmaq 
tələb olunurdu. Bunun üçün 18 sentyabr 1961-ci il tarixində Meksikanın Qvadalaxara şəhərində 
müvafiq konvensiya imzalandı. O, beynəlxalq nəqliyyat hüququna Qvadalaxara Konvensiyası adı 
ilə məlumdur. Qvadalaxara Konvensiyası belə adlanır: «Müqavilə üzrə daşıyıcı olmayan şəxslərin 
həyata keçirdikləri beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün Varşava 
Konvensiyasına» Əlavə Konvensiya.1 Konvensiyanı 60-dan çox dövlət imzalamışdır. SSRİ bu 
Konvensiyanın iştirakçısı deyildi. Azərbaycan Respublikası 1999-cu ildən Konvensiyaya qoşulmuş 
və onu ratifikasiya etmişdir (Azərbaycan Respublikasının 9.11.1999-cu il tarixli 749-I Q nömrəli 
Qanunu).2 Konvensiya Varşava sisteminə daxil olan müqavilədir.3 Qvadalaxara Konvensiyasının 
əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Varşava Konvensiyasındakı və bu Konvensiyaya əlavələrdəki 
boşluğu tamamladı. Belə ki, onlar çarter daşımasını və hava gəmisinin kirayələnməsi ilə bağlı 
münasibətləri tənzimlənirdi.
Qvadalaxara Konvensiyası Varşava Konvensiyasının əsas prinsiplərini kirayəyə götürülmüş 
hava gəmisi ilə həyata keçirilən daşımalara şamil edir. O, çarter aviadaşımalarının hüquqi rejimini 
müəyyənləşdirir. Beləliklə, Qvadalaxara Konvensiyasının əsas məqsədi çarter aviadaşımaları və 
hava gəmilərinin kirayələnməsi ilə bağlı münasibətləri tənzimləməkdən ibarətdir. O, həm çarter 
reyslərini, həm də kirayələnmə reyslərini Varşava Konvensiyasının nizamasalma predmetinə
hüquqi təsir sferasına daxil edir. Qeyri-müntəzəm çarter aviadaşımalarının inkişafı buna səbəb 
oldu ki, daşımalar kirayələnmiş hava gəmiləri vasitəsilə həyata keçirilməyə başlandı. Daşıma 
müqaviləsi hava gəmisini kirayəyə verən aviaşirkətlə bağlanılırdı. Daşımanın özü isə daşıyıcı – 
kirayəçi tərəfindən yerinə yetirilirdi. Belə daşımanın hüquqi prosedurunu qaydaya salmaq, habelə 
hava gəmisini kirayəyə verənin (hava gəmisi sahibinin) və kirayəçinin (daşıyıcının) üzərinə düşən 
məsuliyyəti müəyyənləşdirmək üçün Qvadalaxara Konvensiyası beynəlxalq hava hüququna «faktiki 
daşıyıcı» anlayışını daxil edir. Konvensiyanın 1-ci maddəsi faktiki daşıyıcıya anlayış verir: faktiki 
daşıyıcı dedikdə müqavilə üzrə daşıyıcı olmayan, lakin Varşava Konvensiyası və Haaqa Protokolu ilə 
tənzimlənən daşımanı həyata keçirməyə hüququ olan şəxs başa düşülür. Hava gəmisini çarter və ya 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin