• Təsdiq olunmuş yük daşıma planına əsasən;
• Yüksək səviyyəli təstiq olunmuş plana əsasən;
• Dövlət müəssisələri, şirkətləri ilə bağlanmış müqaviləyə əsasən;
• Növbədən kənar yük daşıma:
• Dövlət sifarişi əsasında;
• Fövqəladə hallar zamanı;
• Xüsusi təyinatlı yüklər;
• Səhv yönəldilmiş və gecikmiş yüklər;
• Vətəndaşlara məxsus yüklər.
Yük qaiməsi
Yük qaiməsi yük göndərən və hava yolu nəqliyyatı müəssisəsi arasında bağlanmış dəqiq
yükdaşıma müqaviləsidir. Yük qiaməsi 8 nüsxədən ibarət olub hər biri nömrələnir və sənədin aşağı
hissəsində nə məqsəd üçün olduğu qeyd olunur.
Qaimə-3; Qaimənin sürəti-8; Qaimə-1; Qaimə-2; Qaimə sürəti-4; Qaimənin sürəti-5; Qaimənin
sürəti-6; Qaimənin sürəti-7.
Qaimə 3 - göy rəngdə olub yük göndərənə məxsusdur və yükün göndərilməsini təstiq edir.
Qaimənin sürəti 8 - ağ rəngdə olub yükün göndərilməsini təşkil edən agentliyə məxsusdur.
Qaimə 1 - yaşıl rəngdə olub nəzarət buraxılış məntəqəsindən keçid məqsədlidir (NBM). Əsasən
maliyyə xarakterlidir.
Qaimə 2 - çəhrayi rəngdə olub yüklə birlikdə hərəkət edir və yükü qəbul edənə təqdim olunur,
hava yolu yük daşımasını təstiq edən sənəddir.
Qaimənin sürəti 4- sarı rəngli olub yüklə hərəkət edir. Yük alan tərəfdən alınması barədə
təstiqlənir və yük daşımanı təşkil edən agentliyə qaytarılır.
Qaimənin sürəti 5- ağ rəngli olub yüklə hərəkət edir. Yük alan tərəfdən alınması barədə təstiqlənir
və hava yolu nəqliyyatı müəssisəsində saxlanılır.
Qaimənin sürəti 6- ağ rəngli olub birinci yük daşıma müəssisəsinə aiddir. Yükün hava yolu
nəqliyyatına çatdırılmasını təstiq edir.
Qaimənin sürəti 7- ağ rəngli olub ikinci yük daşıma müəssisəsinə aiddir. Yükün hava yolu
nəqliyyatından yük alana çatdırılmasını təsdiq edir.
Dostları ilə paylaş: