Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə39/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   35   36   37   38   39   40   41   42   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
3
51


Bu növ gəmi ilə yüklərin daşıması təkcə 
aşağı hissədə aparılmır, həm də yük 
qablaşdırılmışsa gəminin göyərtəsində 
də daşınma yerinə yetirilə bilər. Gəmiyə 
məhsulların yüklənməsi və boşaldılması 
prosesini təşkil edir.
Məhsulların gəmiyə yüklənməsi prosesi və 
təhlükəsizlik qaydaları
Dəniz yolu ilə daşınacaq yüklər həm dəniz 
nəqliyyatının standartları və tələbləri, həm də 
daşınacaq yüklərin xüsusiyyətləri nəzərə alınaraq hazırlanır:
• Taranın və qablaşdırmanın sazlığı.
Nəzarət lentlərinin, cəftələrin və plombların vurulmasının və sazlığı .
• Taralardan maye yüklərin sızmaması.
• Taralara aid olan normativ sənədlərin standartlara uyğun olması.
• Taralarda olan markaların və xəbərdar ediçi işarə, yazıların aydın olması.
• Yükün zay olmasını subut edən iylərin və digər əlamətlərin olmaması.
Əsas yükləri daşımağa hazırlayarkən aşağıdakıları nəzərə almaq lazımdır:
a) Yırğalanmanın təsiri altında yükün sürüşməsi imkanı.
b) Yükün yanması, partlayışı ilə əlaqədar təhlükələrin insanlara və ətraf mühütə təsiri 
(zəhərlənmə, radiasiya şüalanması).
c) Nəmin, tozun, istiliyin və müxtəlif iylərin olması.
d) Tələb olunan temperatur, rütubət və ventilyasiya rejimlərini tətbiq etmək zərurəti.
Taranın yüklə çəkisi bir tonn və bundan artıq 
olduqda, yükləmə - boşaltma işlərini yerinə 
yetirərkən və gəmilərdə yüklərin bərkidilməsi 
zamanı xüsusi avadanlıqlar olmalıdır (dibaltı, 
altlıq konteyner və s.) İstifadə olunan xüsusi 
avadanlıqlar tələb olunan şərtlərə cavab 
verməlidir. Yükün itmə, xarab olma, və zədə 
alma təhlükələri meydana cıxdıqda, yükgöndərən 
taraları narmativ sənədlərə uyğun olan tələblərə 
cavab verən vəziyyətə gətirməlidir.
TƏLİM NƏTİCƏSİ
3
52


Yüklənməyə görə limana daxil olan gəmilər 
texniki cəhətdən saz və daşımaya hazır olmalıdır, 
yük daşımaq üçün nəzərdə tutulan yerlər yükün 
qəbuluna hazır olmasıdır. Yüklərin qəbulu üçün 
gəmidə hazırlıq işləri aparılmalıdır:
• Daşınacaq yükün xüsusiyyətlərini nəzərə 
almaqla, yükləmə yerləri hazırlamalıdır.
• Yükləmə qurğuların texniki sazlığı 
yoxlanılmalıdır.
• Gəmidə yükləmə başa çatdıqdan sonra nəzarət edilməsi mümkün olmayan, bağlanan 
qapıların etibarlılığı yoxlanılmalıdır.
• Yanğına qarşı sistem və avadanlığın texniki sazlığı yoxlanılmalıdır.
• Lyuklərin bağlayan sisteminin və lyuk qapaqlarının kipliyi yoxlanılmalıdır.
Yük yerləri əvvəl daşınan yüklərin qalıqlarından təmizlənməlidir. Bu zaman təmizlənmə işinin 
xarakteri daşınacaq yüklərin növündən asılı olaraq dəyişir. Tikinti materialları, metal məhsulları 
nəqliyyat texnikasını, qablaşdırılmağa ehtiyac olmayan və toz iylərin təsir etmədiyi yüklərin 
daşıması zamanı yük yerlərinin (tryumların) quru şəkildə təmizlik işləri aparılmalıdır. Yeyinti və 
bitki məhsulların, pambığın, parçaların və digər səmayə məhsulların daşıması zamanı yük yerlərinin 
(tryumaların) yuyulması, qurudulması və havanın dəyişdirilməsi kimi təmizlik işləri aparılır.
Yük yerlərində (tryumlarda) kənar iylər aşkar edildikdə, onlar deodolitə olunur. Duzlu balıqları, 
nəm-quzlu dərilərin, mal-qaranın duzlanmış dəriləri və buna bənzər yüklərin daşınmasından sonra 
yük yerləri (tryumlar) yuyulmalıdır və dezinfeksiya olunmalıdır. Tozlanan, yük yerlərini çirkləndirən 
yüklərin (məsələn: daş-kömür, kömür) daşınmasından sonra tryumlərin su ilə şlanqlarla yuyulması 
aparılır. Gəmi sistemlərin (borular) yüklərin zərbələrindən qorumaq üçün onları dəmir və ya taxta 
örtüklə örtülməlidir. Bütün sisternlərin tıxaclarının kipliyi yoxlanılmalıdır.
Gəmi oxları və kranları qaldırılmış halda olmalı və elə bərkidilməlidir ki, sahil kranlarının 
işinə mane olmamalıdır. Gəmi daxili yükqaldırma vasitələrindən istifadə etməkdən qabaq onların 
texniki sazlığı yoxlanılmalıdır. Bundan başqa yükqaldırma vasitələri gəminin texniki sənədlərinin 
və təhlükəsizlik istismarı qaydalarının tələblərinə cavab verməlidir.
Göyərtidə yüklərin yerləşdirməkdən əvvəl aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
• Bərkidilmə halqalarının və digər vəsaitlərin sayının kifayət qədər olması və quraşdırılması 
təmin olunmalıdır. 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin