sərfində ortalama daşıma nəticələri aşağıdakı kimi olur:
a) Dəniz və su nəqliyyatı - 500 km
b) Dəmiryol nəqliyyatı - 300 km
c) Avtomobil nəqliyyatı - 100 km
Dəniz və çay yolu nəqliyyatı ilə yeyinti və kənd təsərrüfatı mallarının daşınması
Yeyinti və kənd təsərrüfatı mallarının daşınmasında dəniz və çay yolu daşınması
çox böyük
rol oynayır (məsələn: buğda, yeyinti məhsulları, neft, neft məhsulları, kömür və s.). Axır
zamanlar
konteynerlər vasitələri ilə (hazır məhsulların və yarımfabrikatların) daşımaların sayı getdikcə artır.
Dəniz və çay yolu nəqliyyatı ilə kənd təsərrüfatı məhsullarının daşınmasının
vacib
xüsusiyyətlərindən biri də bu daşımanın mövsümi xarakterli olmasıdır. Kənd təsərrüfatı
məhsullarının daşımasında bəzi çətinliklər ortaya çıxır.
Bunlara misal olaraq; kənd təsərrüfatı
məhsullarının donmaya həssaslığı, atmosfer şəratinin təsiri altında onların
xüsusiyyətlərini və
xarakteristikalarını
tez bir zamanda dəyişməsi, yükləmə-boşaltma işlərində zədə alma ehtimalının
çox olması və s.
Əsas daşınan kənd təsərrüfatı məhsullarının təsnifatı:
1.
Buğda tipli məhsullar
2. Tərəvəz
3. Meyvələr
4. Pambıq
5. Heyvandarlıq məhsulları
6. Gübrə məhsulları
Bundan başqa kənd təsərrüfatı məhsullarının daşınmasında aşağıdakı
əlamətləri də nəzərə
almaq lazım gəlir:
a) Fiziki-mexaniki əlamətlər. Bu əlamətlərə görə bütün kənd təsərrüfatı məhsulları duru
(məhlullar) və bərk şəkildə olan məhsul növlərinə bölünürlər. Bütün kənd təsərrüfatı məhsullarının
70%-i qalama (qabsız) və doldurulan yüklərə aid edilir.
b) Təcililik və dövrülük əlamətləri. Tez xarab olan yükləri qısa müddətdə yerinə çatdırmaq
lazımdır. Bəzi yüklərin xüsusiyyətlərinə görə daşımanın təcililiyi tələb olunmur.
Daşımanın şərtləri. Bu halda daşınan yüklər bir-neçə kateqoriyalara ayrılırlar.
• Birinci kateqoriya - Heç bir xüsusi şərt tələb etməyən adi kənd təsərrüfatı məhsulları.
• İkinci kateqoriya - Xüsusi şərait tələb edən məhsullar bu halda daşıma zamanı
müəyyən
temperatur və sanitar şəraiti tələb olunur.
Dostları ilə paylaş: