Gəmirlərin göyərtənin olması nəticəsində kran və diyirlənmə üsulu ilə həmçinin yükləri
göyərətəyə yükləmək mümkündür. Bundan başqa hər rolker gəmisində yükləmə avadanlığı vardır.
Hərbi əməliyyatlarda bu nəqliyyat növündən desant gəmisi kimi istifadə etmək olar. Mənfi cəhəti,
bu gəminin tikintisi çox baha başa gəlir.
Ona görə də, donanmalarda bu gəmilərin sayı məhduddur.
Bərə-çox mərtəbəli gəmidir. Aşağı mərtəbələrdə avtomobillər və texnika, yuxarı mərtəbələrində
sərnişin kayütları və salonları, kafe və restoranlar yerləşdirilir.
Müasir bərələr, səyahət laynerləri
kimi çox yaxşı təchiz olunur.
Dəniz yollarını ilə ancaq səpələnən yüklərin (buğda, könur və s.) daşınmalarında balker növlü
gəmilərindən də istifadə olunur. Bu gəmilər müxtəlif
hissələrə bölünmüş, vahid bir boyük tutuma
malik olurlar. Hər hissənin öz qapağı olur. Balkerə yükləmə əməliyyatı limanın göyərtəsindən yerinə
yetirilir. Bu cür gəmilərdə özünün yükləmə avadanlıqları olmur.
Tanker
balkerdən fərqli olaraq, maye
yükləri və ya sıxılmış qazları daşıyır. Maye
yüklərə neft, yanacaq materialları, kimyəvi
maddələr, təhlükəli yüklər və zəhərli
tullantılar aiddir.
Quruluşuna görə tanker
balkerə çox oxşayır. Hissələrə ayrılmış,
böyük tutuma malik yük gəmisidir. Daşınan
yüklərin xüsusiyyətlərinə görə tankerin
divarları ikiqatdır və divarların arasında
hava olur.
Bu vəziyyət vibrasiyanı söndürür, yükü yüksək
temperaturlardan qoruyur, hermetikliyin
qorunması üçün əlavə müdafiyə rolunu oynayır. Tanker ən çox yayılmış və tələb olunan dəniz
nəqliyyat növüdür.
Digər çox istifadə olunan yük dəniz nəqliyyatının növü bərədir (param).
Bərədə yükləmə
diyirlənmə üsulu yerinə yetirilir, lakin rolkerdən fərqli olaraq, əsasən sərnişin daşınması
da həyata
keçirilir. Bu növ dəniz nəqliyyatı ilk növbədə sərnişin daşınmada istifadə olunur.
“Quru yük” adlanan gəmi nəqliyyatı gəminin universal növüdür. Bir çox növ məhsulların və
yüklərin daşınmasında geniş istifadə olunur. Bu növ gəmilərdə iriqabaritli yüklər də daşınır. Yeyinti
məhsulları (ət, meyvə ,balıq) daşınmasında istifadə olunur. Bundan başqa, məhsulların müstəqil
boşaltma-yükləmə işlərini aparmaq üçün öz avadanlıqları ilə təchiz olunur.
Bu xüsusiyyət, istənilən
limandan əgər limanda boşaltma-yükləmə avadanlığı yoxdursa öz boşaltma-yükləmə işlərini
müstəqil apara bilər.
Dostları ilə paylaş: