• Üçüncü kateqoriya - Kəskin iyli yüklər ancaq xüsusi avadanlıqla təchiz edilmiş yük yerlərində
(trumlarda) daşınmalıdır.
• Dördüncü və beşinci kateqoriyalara isə müvafiq olaraq antisanitariya və diri heyvandarlıq
yükləri aid edilir.
Yeyinti məhsullarının daşıması müxtəlif növ nəqliyyat vasitələri tərəfindən aparılır. Yeyinti
məhsullarının daşınmasında istifadə olunan bütün nəqliyyat vasitələri müntəzəm olaraq sanitar-
nəzarət müəssisələri tərəfindən yoxlanılır. Bundan başqa sanitar tələblərinə müvafiq olaraq yeyinti
məhsulları daşımasında istifadə edilən bütün nəqliyyat vasitələrinə sanitar pasport-sənəd verilir.
Sanitar pasport olmadan yeyinti məhsullarının daşıması mümkün deyildir.
Dəniz və çay yolu nəqliyyatı ilə xüsusi növ yüklərin beynəlxalq daşımalarının təşkili və
xüsusiyyətləri
Beynəlxalq çaylar dənizlə bağlı olan elə çaylardır ki, onlar iki və ya daha çox dövlətin ərazisindən
axıb keçir və ya onların ərazisini bölür. Belə çaylar çayətrafı dövlətlərin ticarət gəmilərinin
naviqasiyası üçün açıq olur. Onlar digər dövlətlərin ticarət gəmilərinin naviqasiyası üçün də açıq
olduqda belə çaylara açıq çaylar deyilir.
Su (çay) nəqliyyatı ilə beynəlxalq xarici ticarət daşımalarının növləri: ixrac daşıması, idxal
daşıması, tranzit daşıma, xarici frakt edənlərin yüklərinin daşınması.
Beynəlxalq dəniz daşımalarının növləri:
• Tramp gəmiçiliyi
• Xətt gəmiçiliyi
Tramp gəmiçiliyi qeyri-müntəzəm daşımaları həyata keçirir və ona çox vaxt qeyri-müntəzəm
gəmiçilik deyilir. Xətt gəmiçiliyi isə, bir qayda olaraq, müntəzəm daşımaları həyata keçirir və buna
görə də dəniz gəmiçiliyinin bu formasına müntəzəm gəmiçilik də deyilir.
Daxili su (çay) nəqliyyat hüquq sistemində əsas hüquq institutları: daxili su (çay) yollarının
hüquqi rejimi, gəminin hüquqi statusu, gəminin təhlükəsizliyi, gəmilərin toqquşmasından dəyən
zərərin ödənilməsi, batmış əmlakın hüquqi rejimi, su (çay) limanlarının hüquqi rejimi, gəmilərin
icarəsi, gəmi heyətinin hüquqi vəziyyəti, yük daşımalarının normativ hüquqi tənzimlənməsi,
sərnişin daşımalarının, baqaj və poçt göndərişlərinin hüquqi tənzimlənməsi, gəmilərin və digər
əmlakın xilas edilməsi, ümumi qəza və b. Beynəlxalq miqyasda həyata keçirilən su (çay) daşımaları
beynəlxalq su (çay) hüquqi ilə tənzimlənir. Beynəlxalq su (çay) hüququ dedikdə beynəlxalq çayların,
göllərin, qeyri-dəniz kanallarının və digər beynəlxalq əhəmiyyətli daxili su yollarının istifadəsilə
bağlı dövlətlər arasındakı münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.
Dostları ilə paylaş: