Daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla yük daşımalarını yerinə yetirən
hüquqi şəxs və ya fərdi sahibkar.
İcazə - Azərbaycan Respublikasının nəqliyyat vasitəsinə (yüklə və ya yüksüz) xarici dövlətlərin
ərazisindən keçmək və özündə qeyd olunan yükdaşıma növünü yerinə yetirmək hüququnu verən,
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada verilən sənəd.
Sifarişçi - yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs
(yükgöndərən, yükalan və ya ekspeditor).
Yükgöndərən - adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs;
Yükalan - avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə
əsasən yükü almaq səlahiyyəti olan hüquqi və ya fiziki şəxs.
Tezkorlanan yüklər - daşınması zamanı salamatlığı (bütövlüyü) üçün xüsusi temperatur və
sanitariya-gigiyena rejiminə əməl edilməsini tələb edən yüklər.
Terminal (anbar) - yüklərin yığılması (toplanması), çeşidlənməsi, nəzarətdə saxlanılması və
sonradan göndərilməsi (yola salınması) üçün nəzərdə tutulan binalar, tikililər və texniki vasitələr
kompleksi.
Universal konteyner - yüklərin tarasız, ilkin qablaşdırmada və ya yüngülləşdirilmiş
(sadələşdirilmiş) tarada daşınması üçün nəzərdə tutulan və həcmi 1 kub metrdən az olmayan,
təkrar istifadə olunan tara.
Nəqliyyat tarası - daxili tarası olan və olmayan məhsulların daşınması və saxlanması üçün
istifadə edilən taradan ibarətdir. Bura yeşiklər, boçkalar, bidonlar, kisələr, qutular və s. aid edilir.
Praktikada bu taralar təkrar tara adlanır və onların ölçüləri elə seçilir ki, burada eyni təyinata
malik bir sıra ilkin qablaşdırma modullarını yerləşdirmək mümkün olsun.
Taralar logistik sistem daxilində yük vahidlərinin daşınması və saxlanması zamanı funksional
təyinatına görə bir dəfə və ya təkrar - təkrar istifadə olunur. Bu nöqteyi-nəzərdən yalnız bir
partiya məhsulların və ya logistik yük vahidinin saxlanması və daşınması üçün tətbiq olunan və