Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə17/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   13   14   15   16   17   18   19   20   ...   80
dasima-modellari

MDO-nun məsuliyyəti üçün əsaslar
1. MDO, yükün itirilməsi, korlanması və ya çatdırılmasının gecikdirilməsi onun və ya onun işçiləri 
və ya agentlərinin və ya multimodal daşıma haqqında müqavilənin icrası üçün xidmətlərindən 
istifadə etdiyi şəxslərin günahı və ya diqqətsizliyi üzündən yaranmadığını sübut edə bilmədiyi 
təqdirdə, MDO yükün itirilməsi və ya korlanması, habelə çatdırılmasının gecikdirməsi ilə 
nəticələnən həqiqi zərərə görə məsuliyyət daşıyacaqdır.
TƏLİM NƏTİCƏSİ 
1
18


TƏLİM NƏTİCƏSİ 
1
2. Yükün çatdırılmasında gecikdirilmə yük birbaşa olaraq müqavilə ilə müəyyən olunan müddət 
ərzində çatdırılmadıqda və ya belə müqavilə mövcud olmadıqda, konkret hallar nəzərə alınmaqla, 
vicdanlı multimodal daşıma operatorundan tələb olunması ağlabatan olan müddətdə baş verir.
3. Yük, müqavilədə müəyyən olunan müddətin bitməsindən sonra 30 təqvim günü ərzində 
çatdırılmadığı təqdirdə, tələb irəli sürmək səlahiyyətinə malik olan şəxs əks hallan təsdiq edən 
faktların mövcud olmamağı halında yükü itirilmiş hesab edə bilər.
MDO-nun məsuliyyət həddi
1. Yükün xarakter və dəyəri yükün MDO-a verilməsindən qabaq yükgöndərən tərəfindən təsdiq 
edildiyi təqdirdə və bunlar multimodal daşıma haqqında sənəddə onunla razılaşdırılmış olduğu 
təqdirdə, MDO yükün itkisinə görə, eləcə də yükün daşınması zamanı yükə dəymiş ziyanın məbləği 
dəyərində yaranmış zərərə görə tam həcmdə məsuliyyət daşıyır, korlanmış yükü bərpa etmək 
mümkün olmadıqda isə operator itirilmiş yükün dəyərinin əvəzini tam həcmdə ödəməlidir. Yükün 
dəyəri satıcının hesabında göstərilmiş yükün qiymətinə əsasan müəyyən olunur.
2. Yükün xarakteri və ya dəyəri yükgöndərən tərəfindən elan olunmadığı bütün digər hallarda 
isə, MDO-nun yükün itkisinə, korlanmasına görə məsuliyyəti itirilmiş və ya korlanmış yükün brutto 
çəkisinin kiloqramına görə 8.33 GXH-ni aşmayan məbləğlə məhdudlaşır.
3. Yük itkisindən və ya korlanmasından başqa, yükün çatdırılmasında ləngimə nəticəsində itkilər, 
eləcə də dolayı zərər və ziyana görə MDO hər ləngimə sutkasına görə müqavilədə razılaşdırılmış 
ödənişin 5 faizini aşmayan məbləğdə cərimə ödəyir. Yükün çatdırılmasının ləngiməsinə görə MDO-
nun məsuliyyəti yüklərin multimodal daşıma haqqında müqaviləyə əsasən, daşıma haqqının 30 
faizindən çox ola bilməz.
4. Yükün çatdırılmasında itki, gecikdirmə və ya korlanmasının belə itki, gecikdirmə və ya 
korlanmanın meydana gəlməsi ehtimalının dərk edilməsi ilə MDO tərəfindən qəsdən edilən 
hərəkətlərin və ya səhvinin nəticəsi olması sübut olunduğu təqdirdə, MDO məsuliyyəti 
məhdudlaşdırmaq hüququna malik deyildir.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin