Nəqliyyat vasitəsinin qayıtma vaxtı müəyyən olunur və gecikmə hallarında nəqliyyat vasitəsinin
yeri və gecikmənin səbəbləri araşdırılır. İş qrafinin vaxtında yerinə yetirilməsinə, nəqliyyat
vasitələrinin istismar qaydalarına əməl olunmasına nəzarət üçün şirkətdaxili struktur böməsi
yaradılır.
Logistik nəqliyyat iki növ prinsip əsasında təşkil oluna bilər.
1. Logistik
2. Ənənəvi
Logistik yanaşmanın əsasında bir operator olur.
Bunun nəticəsində məlumatlar sxemi, mərkəzi-ardıcıl
əməliyyatlar sxeminə çevrilir. Nəqliyyatda olan bütün
qiymətlər eyni olur.
Ənənəvi yanaşmada, bir operator olmur, bu zaman
multimodel daşınma yerinə yetirilir və yükün
yerdəyişməsinə prosesini idarə edir. Bütün iştirakçılar bir-
birləri ilə ardıcıl olaraq əməkdaşlıq edirlər.
Fərdli iş məlumatı və maliyyə əməkdaşlığı tərəflər arasında çatdırılır. Bu zaman tərəflər arasında
vahid qiymətlər mövcud olmur.
1. Yüklərin daşımalarının icrası zamanı, nəqliyyat təşkilatları, multimodal daşıma operatorları,
yükgöndərənlər, yükalanlar, yük sahibi adından çıxış edən digər hüquqi və fiziki şəxslər arasındakı
münasibətləri tənzimləyir və hər bir daşıma iştirakçılarının hüquq, öhdəlik və səlahiyyətlərini
müəyyən edir.
2. Bütün nəqliyyat növlərindən istifadə olunmaqla, tərəflərin dövlətlərinin ərazilərində yerləşən,
göndərmə və ya təyinat məntəqələri ilə, tərəflərdən birinin dövlətinin ərazisində qeydiyyatdan
keçən daşıyıcılar tərəfindən həyata keçirən dövlətlərin əraziləri üzrə tranzit və ya dövlətləri arasında
yüklərin multimodal daşımaları sahəsində tətbiq edilir.
3. Multimodal daşımaların inkişafının vahid hüquqi əsasını yaratmaq məqsədilə, tərəflər
sazişdə qeyd olunan təriflərdən istifadə etməklə və konsepsiyalara əsaslanmaqla qanunvericiliyin
uzlaşdırılması üçün çalışacaqlar.
4. Tərəflər sazişin həyata keçirilməsi məqsədilə istifadə edilməsi üçün multimodal daşımaların
sənədləşmə formasını müəyyən edirlər.
Dostları ilə paylaş: