24
Qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:
Ətraf mühit
- insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin
məcmusu;
Ekologiya
- ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və
antropogen (insan fəaliyyəti) və fiziki proseslər öyrənən elm;
Təbii resurslar (ehtiyatlar)
- insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan
torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;
Ətraf mühitin mühafizəsi
- ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və
keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması;
Təbiətdən istifadə
- gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi
tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji razılığının pozulmasına yol verilmədən təbii
resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;
Ətraf mühitin monitorinqi
- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli
qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata
keçirilməsi;
Ekoloji sistem
- qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü,
flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji
mənbələrinin vəhdətidir;
Dostları ilə paylaş: