Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun
tərkibinə daxil edilmiş, sonradan müstəqil dəmir yolu kimi sərbəst buraxılmışdır.
Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında sərəncam imzalanmışdır. Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm
sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün
məqamlar öz əksini tapıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı,
işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid,
texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün
Tədbirlər Planında öz əksini tapmışdır.
Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə
artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit
potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin
və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli
fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
Dostları ilə paylaş: