- Bir başa daşımanın mümkünsüzlüyü;
- Yükləmə-boşaltma işlərinə
sərf olunan vaxt çoxluğu;
- Avtomobil nəqliyyatı qədər kiçik məsafələrə və istənilən hərəkət sxemi üzrə istəkləri təmin
etməməsi;
- Marşrut üzrə yük doldurma - boşaltma şəraitinin olmaması.
Dəmiryolu nəqliyyatında istifadə olunan vaqonların yan divarında həmin vaqonun hansı
qruma məxsus olması, vaqonun tipi və texniki xüsusiyyətlərini müəyyənləşdirmək üçün müvafiq
standartlara uyğun yazılar, işarələr və nömrələr yazılır.
Yan divarda olan işarələr:
- İstehsalçının ticarət nişanı;
- Məxsus olduğu Dəmiryolu Nəqliyyatı Nazirliyinin markası;
- Yükgötürmə qabiliyyəti, tara, kuzanın həcmi, yük dolma tarixi və s.
Bunlardan başqa vaqonların yan divarında daşınan yükün növü (məsələn: taxıl, sement, neft, süd
vəs.) həmçinin vaqonun plnlı sonuncu təmir tarixi də qeyd oluna bilər.
Yük vaqonlarının yan divarlarına yazılmış səkkiz rəqəmli nömrə vaqnun nömrəsidir. Bu
rəqəmlərin hərbirinin özünün mənası var. Nömrənin ilk
yeddi rəqəmi vaqonun tipini, texniki və
ticari xüsusiyyətlərini bildirir. Səkkizinci rəqəm isə sənədləşmədə aparılan qeydlərin düzgünlüyünü
bildirir.
Vaqonlarının yan divarlarına yazılmış səkkiz rəqəmli nömrənin birinci rəqəminin mənaları:
- 0 –
sərnişin vaqonu deməkdir;
- 1 – lokomativ kran və s.;
- 2 – vaqonun örtülü olmasını bildirir;
- 3 – konvayr tipli dörd və ya səkkiz oxlu vaqon;
- 4
- platforma;
- 5 – vaqonun hansısa müəssisəyə məxsus olması (şəxsi vaqon);
- 6 – dörd və ya səkkiz oxlu yarımvaqon;
- 7 – sistern vaqon;
- 9 – digər vaqonlar (ixtisaslaşmış və s.)
Vaqonlarının yan divarlarına yazılmış səkkiz rəqəmli nömrənin ikinci rəqəmi konveyr tipli
vaqonlar istisna olmaqla yük vaqonlarının neçə oxlu olmasını bildirir ( 0-dan 8-zə
qədər rəqəmlər
Dostları ilə paylaş: