Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat təhlükəsizliyi anlayışı və onun əsas xüsusiyyətləri



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə21/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   17   18   19   20   21   22   23   24   ...   80
dasima-modellari

Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat təhlükəsizliyi anlayışı və onun əsas xüsusiyyətləri
Nəqliyyat təhlükəsizliyi nəqliyyat (daşıma) prosesinin elə bir vəziyyətidir ki, bu vəziyyət həmin 
prosesdə iştirak edən şəxslərin nəqliyyat hadisəsindən və onun nəticələrindən müdafiə olunması 
dərəcəsini əks etdirir. Nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin əsas prinsipləri.
Bu prinsiplər sırasına aşağıdakıları aid etmək olar:
• Nəqliyyat (daşıma) prosesində iştirak edən insanların həyat və sağlamlığının təsərrüfat 
fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü;
• Nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə görə dövlət məsuliyyətinin nəqliyyat (daşıma) 
prosesində iştirak edən şəxslərin məsuliyyətindən üstünlüyü;
• Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin 
mənafelərinə əməl olunması və s. 
TƏLİM NƏTİCƏSİ 
1
22


23
Daşımaların təhlükəsizliyi prinsipini beynəlxalq nəqliyyat hüququnun ümumi prinsiplərindən 
törəmə xarakteri daşımasına baxmayaraq, təhlükəsizliyin təminatı məsələlərində həlledici mövqeyə 
malik imperativ beynəlxalq-hüquqi normaların tələblərinə uyğundur. Nəqliyyat təhlükəsizliyi 
prinsipi sərnişin və yük daşımaları üzrə subyektlərin nəqliyyat fəaliyyətində mühüm əhəmiyyət 
kəsb edir. 
Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat təhlükəsizliyinin hüquqi tənzimlənməsi. Nəqliyyat 
təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq hüquqi sənədlər (konvensiyalar, sazişlər və 
b.). 
Beynəlxalq nəqliyyat daşımaları zamanı nəqliyyat təhlükəsizliyinin təmin olunması sferasında 
beynəlxalq əməkdaşlıq və onun institusional bazası. 
Nəqliyyat (daşıma) təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq dövlətlərarası, 
hökumətlərarası, idarələrarası müqavilələr, habelə qanunvericiliyə uyğun olaraq, nəqliyyat 
müəssisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr 
əsasında həyata keçirilir.
Beynəlxalq nəqliyyat təhlükəsizliyi sahəsində əməkdaşlıq və tərəfdaşlığın əsas istiqamətləri: 
vahid təhlükəsizlik standartlarının işlənib hazırlanması və effektli tətbiqi, ekoloji nəzarətin həyata 
keçirilməsi və s. Nəqliyyat təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan Respublikasının 
milli (daxili) nəqliyyat qanunvericiliyi və beynəlxalq müqavilə praktikası. Beynəlxalq nəqliyyat 
daşımalarında nəqliyyat təhlükəsizliyinin təmin olunmasında beynəlxalq nəqliyyat hüququnun 
əlaqələndirici rolu və onun inkişaf perspektivləri.
Nəqliyyat təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması məqsədilə beynəlxalq nəqliyyat 
təhlükəsizliyi sisteminin yaradılması zəruridir. Gələcəkdə dövlətlərin və digər subyektlərin intensiv 
və sıx əməkdaşlığı sayəsində, həmçinin müvafiq beynəlxalq təşkilatların səyləri nəticəsində 
beynəlxalq nəqliyyat hüququ çərçivəsində vahid nəqliyyat təhlükəsizliyi konsensiyasının (beynəlxalq 
konvensiyasının) qəbul edilməsi müasir dövrün aktual məsələlərindən biridir.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin