23
Daşımaların təhlükəsizliyi prinsipini beynəlxalq nəqliyyat hüququnun ümumi prinsiplərindən
törəmə xarakteri daşımasına baxmayaraq, təhlükəsizliyin təminatı məsələlərində həlledici mövqeyə
malik imperativ beynəlxalq-hüquqi normaların tələblərinə uyğundur. Nəqliyyat təhlükəsizliyi
prinsipi sərnişin və yük daşımaları üzrə subyektlərin nəqliyyat fəaliyyətində mühüm əhəmiyyət
kəsb edir.
Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat təhlükəsizliyinin hüquqi tənzimlənməsi. Nəqliyyat
təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq hüquqi sənədlər (konvensiyalar, sazişlər və
b.).
Beynəlxalq nəqliyyat daşımaları zamanı nəqliyyat təhlükəsizliyinin təmin olunması sferasında
beynəlxalq əməkdaşlıq və onun institusional bazası.
Nəqliyyat (daşıma) təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq dövlətlərarası,
hökumətlərarası, idarələrarası müqavilələr, habelə qanunvericiliyə uyğun olaraq, nəqliyyat
müəssisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları müqavilələr
əsasında həyata keçirilir.
Beynəlxalq nəqliyyat təhlükəsizliyi sahəsində əməkdaşlıq və tərəfdaşlığın əsas istiqamətləri:
vahid təhlükəsizlik standartlarının işlənib hazırlanması və effektli tətbiqi, ekoloji nəzarətin həyata
keçirilməsi və s. Nəqliyyat təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan Respublikasının
milli (daxili) nəqliyyat qanunvericiliyi və beynəlxalq müqavilə praktikası. Beynəlxalq nəqliyyat
daşımalarında nəqliyyat təhlükəsizliyinin təmin olunmasında beynəlxalq nəqliyyat hüququnun
əlaqələndirici rolu və onun inkişaf perspektivləri.
Nəqliyyat təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması məqsədilə beynəlxalq nəqliyyat
təhlükəsizliyi sisteminin yaradılması zəruridir. Gələcəkdə dövlətlərin və digər subyektlərin intensiv
və sıx əməkdaşlığı sayəsində, həmçinin müvafiq beynəlxalq təşkilatların səyləri nəticəsində
beynəlxalq nəqliyyat hüququ çərçivəsində vahid nəqliyyat təhlükəsizliyi konsensiyasının (beynəlxalq
konvensiyasının) qəbul edilməsi müasir dövrün aktual məsələlərindən biridir.
Dostları ilə paylaş: