Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə18/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   14   15   16   17   18   19   20   21   ...   80
dasima-modellari

Yükün saxlanması hüququ
MDO, daşıma müqaviləsində digər hallar nəzərdə tutulmadığı təqdirdə, daşıma üzrə ona aid 
olan daşıma haqlan və digər ödənişlərin təmin edilməsi məqsədilə onun sərəncamında olan yükləri 
saxlamaq hüququna malikdir.
Yükgöndərənin məsuliyyəti
1. Ümumi qayda olaraq hesab olunur ki, yükgöndərən MDO-ya yük haqqında xüsusilə yükün 
təhlükəli xarakteri haqqında bütün məlumatların təqdim edilməsinə təminat verir.
2. Yükgöndərən MDO-ya nəqliyyat sənədlərində yoxlanmamış, qeyri-dəqiq və ya natamam 
19


məlumatların göstərilməsi nəticəsində yaranan itkilər üzrə məsuliyyətdən azad edilməsinə və ya 
zərərin əvəzinin ödənilməsinə təminat verir.
3. Əgər multimodal daşıma haqqında sənəd onun tərəfindən digər şəxsə ötürülmüşsə, hətta bu 
halda belə yükgöndərən məsuliyyət daşıyır.
4. MDO-nun yükgöndərəndən zərərin ödənilməsi və məsuliyyətdən azad edilməsi təminatım 
əldə etmək hüququ heç bir halda yükgöndərəndən başqa digər istənilən şəxs qarşısında MDO-
nunməsuliyyətini məhdudlaşdırmır.
İddia müddəti
Yükün çatdırıldığı andan və ya yükün çatdırılmalı olduğu andan bir il ərzində verilmiş iddia 
mövcud olmadığı, yaxud hazırkı Sazişə əsasən yükün çatdırılmasının mövcud olmadığı yükalana 
hazırkı Sazişin 7-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq yükü itirilmiş hesab etmək hüququnu 
təmin etdiyi təqdirdə, digər hallar haqqında razılıq əldə olunmadıqda, müqavilənin tərəfləri 
müqavilə üzrə istənilən məsuliyyətdən azad edilirlər.
Mübahisələrin həlli
Sazişin müddəalarının tətbiqi və ya təfsiri ilə əlaqədar yaranan mübahisə və ya fikir ayrılıqları 
tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Müxtəlif daşıma modelləri üçün hüquqi və tərəflərin məsulliyyəti
Logistik nəqliyyat daşınmanın əsas funksiyaları aid edilənlər:
1. Daşımanın planlaşdırdıqda, tərkibində və yerinə yetirilməsində ortaya çıxan problemlər.
2. Lazım olan sənədlərin, o cümlədən hüquqi çərçivənin qeydiyyatı. 
3. Daşınan məhsulların miqdarı təmzimləyir. Yükləmə və boşaltma işlərini təşkili o cümlədən
yükün qablaşdırması və anbarda saxlanması, yerləşməsi təmin olunmalıdır. Bütün daşınma prosesi 
keyfityyətli olması üçün marşurutun düzgün seçilməsi çox vaçibdir. Yük böyük məsafəyə daşınan 
və ya bir neçə dövlətin ərazisində istifadə olunan hallarda, səmərəli marşurut seçmək daha da 
aktual olur. Logist marşurut seçərkən fərqli parametr əsasinda bir-neçə variantı işlənir və ən 
səmərəli marşurutu seçir. Marşurutu tərtib edərkən vaxt, təhlükəsizlik, və sairə amillər nəzərə 
alınır. Məlumatlaşdırma daşınmada əsas rol oynayır. Məlumatlaşdırma daxili və xariçi olur. Daxili 
məlumatlaşdırmada müştərilər, rəqiblər qanunlar dəyişmələr haqqında məlumatlarla təmin 
olunur. Xarici məlumatlaşdırmada üsul, xidmətlər və qiymətlər haqqında məlumat başa düşülür.
Logistik nəqliyyat daşıma zamanı lazım olan hüquqi çərcivə və tərəflərin məsuliyyətin 
sənədləşdirilir.
Daşımada iştirak edən bütün tərəflər öz üzərinə götürən öhdəliklərə görə məsuliyyət daşıyırlar.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin