MDO-nun məsuliyyəti
1. MDO-un məsuliyyəti onun yükü öz sərəncamına götürməsi anından yükün yükalana verilməsi
anına qədər olan dövrü əhatə edir.
2. Bundan başqa, hazırkı sazişə əsasən:
a) MDO özünün işçi və ya agentlərinin hərəkətlərinə və ya hərəkətsizliyinə
görə məsuliyyət
daşıyır, bir şərtlə ki belə agent və ya işçi öz xidməti vəzifələri çərçivəsində fəaliyyət göstərsin.
b) MDO daşıma haqqında müqavilənin icrası üçün xidmətlərindən istifadə etdiyi istənilən digər
şəxsin hərəkətlərinə görə, belə hərəkətlər və ya hərəkətsizlik onun
özü tərəfindən törədildikdə
olduğu kimi, məsuliyyət daşıyır.
3. Sazişə əsasən, MDO-un öz üzərinə götürdüyü öhdəliklər yükün çatdırılması və ya onun
çatdırılmasının təmin edilməsi üzrə hərəkətlər kimi müəyyən oluna bilər.
4. Hazırkı Sazişin müddəalarına
əsaslanaraq, yük yükalana aşağıdakı yollarla çatdırıla bilər:
a) Əgər multimodal daşıma haqqında sənəd dövriyyə sənədi kimi verilmişsə və “təqdim edən
şəxsə” sənədi kimi tərtib olunubsa,
bu zaman yük, multimodal daşıma haqqında
sənədin əslini
təqdim edən şəxsə verilir, və ya;
b) Əgər multimodal daşıma haqqında sənəd dövriyyə sənədi kimi verilmişsə və qiymətli kağız
orderi kimi tərtib olunubsa, bu zaman yük, müvafiq təslim yazısı ilə birlikdə multimodal daşıma
haqqında sənədi təqdim edən şəxsə verilir, və ya;
c) Əgər multimodal daşıma haqqında sənəd dövriyyə sənədi kimi verilmişsə və adlı kağız orderi
kimi tərtib olunubsa, bu zaman yük, şəxsiyyəti təsdiq edən sənədləri və ya bu cür sənədin əslini
təqdim edən səlahiyyətli şəxsə verilir; əgər sənədin əsli artıq əmrə əsasən və ya bank indossamentinə
əsasən verilmişsə, bu maddənin (b) bəndinin müddəaları
tətbiq olunur, və ya;
d) Əgər sənəd qeyri-dövriyyə sənədi kimi verilmişsə, bu zaman yük şəxsiyyəti təsdiq edən
sənədləri təqdim etməklə sənəddə yükalan qismində göstərilən şəxsə verilir, və ya;
e) Əgər multimodal daşıma haqqında sənəd MDO-ya verilməzsə,
yük yükgöndərən tərəfindən
göstərilən şəxsə və ya yükalanın və yaxud yükgöndərənin multimodal daşıma haqqında müqavilə
üzrə təlimatlar vermək hüquqlarının ötürüldüyü şəxsə verilir.
Dostları ilə paylaş: