Logistik nəqliyyatda əsas anlayışları arasında çox vaxt aşağıdakıları qeyd edirlər.
1. Daşınma üçün nəqliyyat vasitələrinin seçilməsi
2. Nəqliyyat prosesinin üsul və qaydaları
3. Daşıyıcı təşkilatın və bəzi logistik tərəfdaşların seçilməsi
Nəqliyyat vasitələri ilə beynəlxalq yük daşınması Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə və hökumətlərarası sazişlərə, həmçinin bu qaydalara, gömrük
qanunvericiliyinə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq
həyata keçirilir.
Nəqliyyat vasitələri ilə beynəlxalq yük daşımaları yerinə yetirilərkən yüklərlə bağlı əməliyyatlar
müvafiq gömrük qaydalarına riayət etməklə aparılır.
Təhlükəli yüklərin daşınması qaydaları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
aktları ilə müəyyən edilir.
Tezkorlanan yüklərin daşınması və saxlanılmasının sanitariya-gigiyena rejimi, o cümlədən
satılma müddətləri bu Qaydalarla və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları
ilə tənzimlənir.
Daşınması zamanı nəqliyyat vasitələrinin kütlə və qabaritlərinə dair mövcud məhdudiyyətlərin
pozulmasına səbəb olan iriqabaritli və ağırçəkili yüklərin avtomobil nəqliyyatı ilə daşınması
qaydaları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir:
1. Kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri
ilə yerinə yetirilən daşımalara;
2. Müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan
avtomobil daşımalarına;
3. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının,
Azərbaycan Respublikası Milli Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin
diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi
və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;
4. Hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan
yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) nəqliyyatı ilə
daşımalarına;
5. Fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar
üçün yerinə yetirdikləri daşımalara.
Dostları ilə paylaş: