Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə10/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   6   7   8   9   10   11   12   13   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ 
1
11
1.2. MÜXTƏLİF DAŞIMA MODELLƏRİNƏ AİD OLAN TERMİNLƏRİ FƏRQLƏNDİRİR
DAŞIMA MODELLƏRİNİN TERMİNLƏRİ 


olunan və sonradan istifadəsi məqsədəuyğun hesab edilməyən taralar birdövriyyəli taralara (kağız 
kisələr, faner barabanlar, polimer torbalar, konfet qutuları, ərzaq məhsulları qablaşdırılan kağızlar 
və s.) aid edilir. Logistik sistemin hər bir iştirakçısı tərəfindən bir neçə dəfə istifadə olunmaq üçün 
yararlı halda olan və məhsulların saxlanması və daşınması zamanı qarşıya qoyulan funksional 
vəzifələri yerinə yetirə bilən taralar çoxdövriyyəli taralar (yeşiklər, boçkalar, müxtəlif növlü kisələr
konteynerlər, kanistrlər, barabanlar) adlanır. Çoxdövriyyəli taralar logistik sistemin iştirakçılarından 
hər hansı birinə aiddirsə, ona əksər hallarda inventar tarası və ya tara avadanlığı da deyilir. Bu tip 
taraların üzərində xüsusi qeydlər, o cümlədən məxsus olduğu firma və ya müəssisənin adı və taranın 
inventar nömrəsi qeyd olunur. İstifadə şərtlərinə və mənsubiyyətinə görə taralar istehsal, inventar 
və anbar taralarına ayrılır. Əvvəl qeyd olunduğu kimi inventar tarası konkret firma və ya müəssisəyə 
məxsus olmaqla çox möhkəm və xüsusi təyinata (butulka yığmaq üçün gözləri olan yeşiklər, çörək 
tabaqları, şüşə daşımaq üçün xüsusi konteynerlər, tara-avadanlıqları və s.) malikdir. Bu tip taralar 
məhsullardan azad olduqdan sonra mənsub olduğu firma və ya müəssisə sahibinə qaytarılır. Taraların 
geri, təkrar istifadə məqsədilə tara sahibinə qaytarılması üçün son alıcılar daha çox maraqlıdırlar. 
Çünki, geri qaytarılmayan taraya görə istehlakçılar onun maya dəyərindən çox yüksək bir qiymətin 
tara sahiblərinə ödənilməsi məcburiyyəti ilə üzləşirlər. Bu da nəticə etibarı ilə istehlakçılar üçün 
iqtisadi baxımdan əlverişli olmadığından onlar taranı geri qaytarmağı məqsədəuyğun hesab edirlər.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin