Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ 
1
20


Hər bir məhsul özünün nadir fiziki xassələrinə malikdir. Məhsulların konkret fiziki-kimyəvi 
xassələrə malik olması onların həm saxlanması, həm də istismarı prosesinə əsaslı təsir göstərir. 
Məsələn, daş kömürün açıq havada saxlanması əlverişli olsa da, duzun belə şəraitdə saxlanması 
məqsədəuyğun deyil. Digər tərəfdən bəzi istehsal-texniki təyinatlı məhsullar və xalq istehlakı malları 
müəyyən həddə qədər soyuq və ya isti hava temperaturuna tab gətirmək qabiliyyətinə malikdir. Bu 
həddən sonra onun istismar xüsusiyyətlərində keyfiyyət dəyişiklikləri meydana çıxır və istehlakçılar 
iqtisadi problemlərlə üzləşirlər.
Bir çox məhsullar logistik kanallar üzrə hərəkət etdikcə onların fiziki xarak-teristikaları dəyişir. 
Buna əyani nümunə kimi təzə meyvə, tərəvəzi və ət məhsullarını, çörək və un məhsullarını, balığı 
göstərmək olar. Bu tip məhsullar üçün xüsusi qablaş-dırma, yükləmə-boşaltma və saxlanma 
metodları tələb olunur.
Fiziki xassələri ilə yanaşı məhsullar kimyəvi xüsusiyyətlərə də malikdir ki, bu da onların 
saxlanması və emalı prosesinə birbaşa təsir göstərir. Bəzi növ məhsulların bu fiziki və kimyəvi 
xassələrini nəzərə alaraq onların bir yerdə saxlanılması və nəqli məqsədəuyğun hesab edilmir. 
Məsələn, etil spirtinə həssas olan bananı, özündən etil spirtini ayıran alma və ya yemişlə bir yerdə 
bir neçə saat saxlamaq olmaz.
Müəyyən şəraitdə praktiki olaraq hər bir məhsul özünün malik olduğu ətraf mühit üçün 
arzuedilməz olan təhlükəli xassələrini aşkar edə, meydana çıxara da bilər, eyni zamanda onu 
əhatə edən mühitdən neqativ təsirlər ala da bilər. Bu nöqteyi nəzərdən ilkin təyinat məntəqəsindən 
son istehlak yerlərinə qədər məhsulların malik olduğu fiziki kimyəvi və texniki istismar 
xüsusiyyətlərinə uyğun olaraq çatdırıl-ması üçün qablaşdırma, yenidən qablaşdırma, etiket və 
markaların yapışdırılması kimi əməliyyatlar həyata keçirilməlidir.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin