27
TƏLİM NƏTİCƏSİ
2
4. Mübasəli məsələlər hansı yolla həll olunur?
“Müxtəlif daşıma növləri üçün təhlükəsizlik və ətraf mühitin qorunması”
1. Hansı məsullar fiziki və kimyavi xassələrinə görə dəyişməz sayılır?
2. Daşınan təhlükəli yüklərin neçə növü var və hanılardır?
3. Ətraf mühitin qorunması dedikdə nə başa düşülür?
4. Yüklərin təhlükəsiz daşınmasına nəzarət edən dövlət qrumları hansılardır?
Dəmiryolu daşımaları ən sərfəli nəqliyyat növü hesab olunur. Azərbaycan dəmir yolunun təməli
hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880 -ci ildə başa çatmışdır. Uzunluğu cəmi 20 km
olan-Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq
Azərbaycan dəmir yolu yük daşımasına olan təlabatın artdığini nəzərə
alaraq inkişaf etmiş və
təkmilləşmişdir. Hazırda baş yolların uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki,
onlardanda 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7 faizi
elektrikləşmiş, 837,9 km-i, yəni 40,3 faizi dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış
idarəetmə
sistemi ilə təchiz edilmişdir. Hal- hazırda Azərbaycan dəmir yolları dünyanın bir çox ölkələrinin
dəmi yolları ilə birləşmiş və yüksək səviyyədə əlaqələr qurulmuşdur.
Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması
ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət
sistemsiz üsulla çıxarılmış
və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində,
Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.
2.1. DƏMİR YOLU DAŞIMA MODELİNİN XÜSUSİYYƏTLƏRİNİ SADALAYIR
AZƏRBAYCAN DƏMİR YOLLARI HAQQINDA ÜMÜMİ
MƏLUMATLAR
Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun
tərkibinə daxil edilmiş, sonradan müstəqil dəmir yolu kimi sərbəst buraxılmışdır.
Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında
dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında sərəncam imzalanmışdır. Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm
sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün
məqamlar öz əksini tapıb. Vaqon və lokomotv parkının
yeniləşdirilməsi, yol, elektrik təchizatı,
işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid,
texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün
Tədbirlər Planında öz əksini tapmışdır.
Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə
artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın
tranzit
potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin
və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat
kompleksinin səmərəli
fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
Dostları ilə paylaş: