Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə13/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   9   10   11   12   13   14   15   16   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ 
1
14


Daşıma işini yerinə yetirən nəqliyyat müəssisələri daşımanın təşkili zamanı aşağıda qeyd olunan 
prinsiplərə əsaslanmalıdır:
1. Daşıma prosesi zamanı yükgöndərən (yükalan) müştərinin istək və tələblərinə müqvilə 
çərçivəsində əməl etməlidir.
2. Şifarişçiyə yüksək səviyyədə xidmət göstərməlidir.
3. Qarşıda qoyulan vəzifəni tam şəkildə yerinə yetirməlidir.
4. Optimal nəqliyyat seçməklə az xərc sərf etmək və yüksək gəlir əldə etmək.
5. İşin və gəlirin sistemliliyini təmin etmək.
Daşıma sistemi təmin etməlidir:
• Şirkət daxili strukturların və işçilərin kordinasiyasının yaradılmasını,
• Hərəkət sisteminin optimallaşdırılmasını,
• Daşımanın qısa müddət ərzində yerinə yetirilməsini,
• Hərəkət təhlükəsizliyinin təmin olunmasını,
• Daşımanın rentabelliyinin təmin olunmasını.
Müvafiq yükün daşınması sifarişini alan nəqliyyat şirkəti daşıma prosesinə başlamadan öncə 
daşımanın planlaşdırması işini hazırlamalıdir. Beləki, daşıma üçün marşrut sxemini hazırlamalı 
və marşrut xətti üzrə təhlükəli məqamları və yerləri sxemdə qeyd etməlidir. Marşrut sxeminin 
hazirlanmasında ölkədaxili və beynəlxalq daşıma qaydalarına və istifadə olunan texnologiyalara 
əsaslanaraq hərəkət sürəti müəyyən olunmalıdır. Optimal daşımaya nail olmaq üçün nəqliyyat 
vasitəsinin yükün növünə uyğun seçilməli, yükün həcminin və qabarit ölçülərini müəyyənləşdirməli, 
hava və yol şəraiti araşdırılmalı nəzərə alınmalıdır. Daşıma zamanı yükün çəkisi, həcmi və qabarit 
ölçüləri nəqliyyat vasitəsinin texniki xarakteristikasına uyğun olmalıdır.
Hərəkət qrafiki hazırlanarkən – daşıma marşurutu üzrə hərəkətin intensivliyi və ümumi orta 
sürəti, sürücünün iş rejimi və istirahət vaxtı müvafiq norma və qaydalara uyğun nəzərə alınmalıdır. 
Hə bir sürücü marşurut boyu nahar vaxı, istirahət vaxtı və gecələmə yeri qeyd olunmuş hərəkət 
qrafiki ilə təmin olunmalıdır.
Sürücü marşrut badədə təlimatlandırılmalıdır:
• Marşrutun mühümlüyü,
• Hərəkətin təhlükəsizliyi,
• Təhlükəli, ağır çəki, iriqabaritli və s. yüklərin daşıma qaydalarına dair təlimatlar.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin