TƏLİM NƏTİCƏSİ
1
Logistika yalnız daşınmadan ibarət olmayan mürəkkəb bir prosesdir. Lakin logistik xərclərə
baxdığımızda xərclərin böyük hissəsinin daşınmaya sərf olunduğunu və rəqabətin əhəmiyyətli
parçası olduğunu görərik.
Daşıma - insanların, heyvanların və malların daşıma vasitələri ilə bir nöqtədən digər nöqtəyə
hərəkəti deməkdir. Bundan başqa daşıma - daşıma vasitələrini, yol əlaqələrini, nəqliyyat vasitələrini,
eləcədə müxtəlif texniki qurğuları, mexanizmləri və müvafiq tikililəri özündə birləşdirən prosesdir.
Daşıma - yük göndərən, yükü qəbul edən və daşıyıcı nəqliyyat müəssisələri arasında yerinə yetirilən
zəhmət və vaxt tələb edən çətin iş prosesidir.
Logistik nəqliyyat daşımalarının fəaliyyininin əsas terminlərinə aşağıdakılar daxildir.
1. Yüklərin yerinə çatdırılmasının proqnozlaşdırılması və təşkili;
2. Daşıma zamanı tələb olunan sənədlərin qeydiyyatı;
3. Daşıma zamanı hüqüqi məsuliyyət;
4. Yükləmə - boşaltma işləri;
5. Daşınan yükün qablaşdırılması və onu anbarda yerləşməsinin təşkili;
6. Nəqliyyat daşıma prosesini optimalaşdırılması;
7. Məlumatlarla təmin olunma.
Logistik nəqliyyat daşıma bəzi əlavə xidmət növlərindən istifadə oluna bilər. Bunlara misal olaraq,
sığorta prosesinin qeydiyyatı və gömrükxanadan keçmə zamanı tələb olunan sənədlərin tərtibi.
Daşıma vasitələri - boru kəmərləri, konteynerlər, yük altlıqları (paletlər), az və ya çox təyinatlı
taralardır.
Yol əlaqələri - yüklərin və sərnişinlərin təhlükəsiz daşınması üçün tikilmiş avtomobil yollarını,
dəmiryolunu, dəniz yolunu, çay yolunu, hava yolunu, kanat yolunu, boru kəmərlərini ifadə edir.
Tikililər - avtomobil müəssisələrini, texniki xidmət məntəqələrini, anbarları, duracaq
meydançalarını, vağzalları, aeroportları, limanları, terminalları və yük doldurma və boşaltma
məntəqələrini əhatə edir.
Nəqliyyat vasitələri - avtomobilləri, qatarları, gəmiləri, təyyarələri və s. əhatə edir.
Lojistika - göndərmə, saxlama, gömrük rəsmiləşdirilməsi, qablaşdırma, satınalma, müştəri
xidməti, fond idarəçiliyi və s. Belə bir çox sahələri əhatə etsə də, ən vacib nöqtələr aşağıdakılardır:
Nəqliyyat - müştərilərin ehtiyacı olan bölgələrə və mərkəzlərə ehtiyaclarını ödəmək məqsədilə
istehsal olunan malların daşınmasıdır. Nəqliyyat yerli və beynəlxalq səviyyədə həyata keçirilir və
istifadə edilən vasitələrə əsasən siniflərə bölünür:
8
Dostları ilə paylaş: