Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə4/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   2   3   4   5   6   7   8   9   ...   80
dasima-modellari

Ədəbiyyat 

98



GİRİŞ
Azərbaycan Respublikasında ilk dəfə olaraq tərtib edilmiş bu dərslikdə ölkədaxili və beynəlxalq 
yük daşıma modelləri ilə bağlı məsələlərin əhatəli şəkildə işıqlandırılmasına təşəbbüs göstərilir. 
Burada ölkədaxili və beynəlxalq nəqliyyat hüququna, onun subinstitutlarına anlayış verilir, ayrı-ayrı 
nəqliyyat növləri üzrə ölkədaxili və beynəlxalq daşımaların hüquqi tənzimlənməsinin xüsusiyyətləri 
şərh edilir. Müasir beynəlxalq nəqliyyat daşımaları sahəsində ən yeni normativ-hüquqi sənədlər və 
çoxsaylı elmi mənbələr əsasında hazırlanmış bu dərslik Azərbaycan beynəlxalq nəqliyyat hüquq 
elmində mövcud olan boşluqların doldurulmasına xidmət edir. Dərslikdən peşə məktəb tələbələri, 
nəqliyyat sahəsində çalışan mütəxəssislər və praktiki işçilər istifadə edə bilərlər.
Hörmətli tələbələr, siz daşıma modelləri üzrə modulu öyrənib bitirdikdə daşıma modellərinin 
növlərini, əsas anlayışları və terminləri, yük daşımada istifadə olunan nəqliyyat növlərini, daşıma 
prosesinin prinsiplərini, daşıma prosesində iştirak edən tərəfləri və onların hüquqi məsuliyyətlərini, 
müxtəlif daşıma növlərini, təhlükəsizlik və ətraf mühitin qorunması qaydalarını öyrənəcəksiniz.
Hamımıza məlumdur ki, yük daşıma müxtəlin növ nəqliyyat vasitələri ilə həyata keçirilir: dəmir 
yolu, dəniz yolu, hava yolu, avtomobil yolu və boru kəməri vasitəsi ilə. Bu dərslikdə yuxarıda adları 
qeyd olunan, nəqliyyat növlərinə dair daşımanın xüsusiyyətləri və daşımanın təşkili qaydaları ətraflı 
izah olunmuşdur. Deməli, təhsilini yüksək səviyyədə başa vuran hər bir tələbə bir-birindən maraqlı 
olan nəqliyyat növü üzrə daşıma sahəsində çalışa biləcək.
Siz dəmir yolu daşıma modelini öyrənərkən onun xüsusiyyətlərini, dəmir yolu daşıma modelinin 
üstünlüklərini və çatışmazlıqlarını, digər daşıma modellərindən fərqini, daşımanın təşkilini, 
planlaşdırma qaydalarını, hüquqi tənzimləmələri, dəmir yolu nəqliyyatında istifadə olunan vaqon 
növlərini, vaqonların nömrələnməsi qaydalarını, yükün növünə görə vaqonların seçılmə üsullarını, 
yükləmə və boşaltmanın təşkilini bilib istehsalatda tətbiq edə biləcəksiniz.
Dəniz yolu daşıma modeli də özünə məxsus maraqlı model sayılır və bir çox mütəxəssislərin 
diqqətini cəb edir. Gələcəkdə bu sahə üzrə çalışmaq istəyənlər təqdim olunan bu dərslikdən istifadə 
edərək, dəniz yolu daşıma modelinin xüsusiyyətlərini, üstünlüklərini və çatışmazlıqlarını, daşımada 
istifadə olunan konteyner növlərini, təhlükəsizlik qaydalarını, məhsulun gəmiyə yükləyib-boşaltma 
qaydalarını mükəmməl öyrənə biləcək.
Daşıma modellərinin içərisində ən maraqlı və əmək haqqı yüksək olan daşıma modeli hava yolu 
daşıma modelidir. Sizə təqdim olunan bu dəslikdə hava yolu daşımanın xüsusiyyətləri, baynəlxalq 
daşımalar, hüquqi çərçivələr, karqo daşımanın təşkili, təhlükəsizlik qaydaları, sənədləşmə və 
tərəflərin məsuliyyəti, yükləmə-boşaltma qaydaları, hava yolu yük daşımasının təşkili, daşınmasına 
icazə verilən yüklərin növləri və s. ətraflı açıqlanmışdır.
5



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin