AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
MAG STRATURA MƏ RKƏ Z
Ə
lyazması hüququnda
HƏ SƏ NL CAV D SALMAN oğ lu
“Azə rbaycan Respublikasının MDB ölkə lə ri ilə iqtisadi ə laqə lə rinin
kompleks tə dqiqi”
mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın s ifri və adı 060401 Dünya qtisadiyyatı
xtisaslas ma Beynə lxalq iqtisadi münasibə tlə r
Elmi rəhbər:
dos.Cəmilov M.R.
Magistr proqramının rəhbəri
dos.Cəmilov M.R.
Kafedra müdiri: i.e.d., prof.Hacıyev Ş.H.
BAKI - 2015
MÜNDƏ R CAT
G R Ş .......................................................................................................................... 3
I FƏ S L. MDB POSTSOVET ÖLKƏ LƏ R N N NTEQRAS YA BLOKU
K M : YARANMASI VƏ NK Ş AF ST QAMƏ TLƏ R
1.1.
MDB ölkələrinin bazar iqtisadiyyatına keçid modellərinin
müqayisəli təhlili .......................................................................................... 5
1.2.
MDB interqasiya blokunun yaranması, təkamülü və
xüsusiyyətləri………………………………………………………..…..….11
1.3.
MDB çərçivəsində inteqrasiya proseslərinin əsas
inkişaf istiqamətləri ..................................................................................... 20
II FƏS L. AZƏRBAYCAN IN MDB ÖLKƏLƏR LƏ QT SAD
Ə
LAQƏLƏR N N MÜAS R VƏZ YYƏT VƏ ƏSAS
ST QAMƏ TLƏ R
2.1.
Azərbaycanın MDB çərçivəsində inteqrasiya proseslərində
iştirak xüsusiyyətləri..................................................................................... 28
2.2.
Azərbaycanın MDB ölkələri ilə ticarət əlaqələrinin
kompleks tədqiqi.......................................................................................... 32
2.3.
Azərbaycanın MDB ölkələri ilə investisiya sahəsində
ə
məkdaşlığının mövcud vəziyyəti və istiqamətləri ..................................... 39
III FƏ S L. MDB ÇƏ RÇ VƏ S NDƏ NTEQRAS YANIN NK Ş AF
PROBLEMLƏ R VƏ AZƏ RBAYCANIN Ş T RAK
PERSPEKT VLƏ R
3.1.
MDB inteqrasiya bloku çərçivəsində vahid bazarın
formalaşma problemləri…………………………………........................... 53
3.2.
Azərbaycanın MDB ölkələri ilə iqtisadi əlaqələrinin
inkişaf perspektivləri ................................................................................... 67
NƏ T CƏ VƏ TƏ KL FLƏ R .................................................................................... 80
Ə
DƏB YYAT S YAHISI ........................................................................................ 82
REZUME....................................................................................................................83
G R Ş
Tədqiqat mövzusunun aktuallığı. Müasir qloballaşma şəraitində dünya
iqtisadiyyatının inkişafı bir sıra hadisələrlə və meyillərlə müşahidə edilmişdir.
Birincisi, dünya sosialist sisteminin və SSR -nin dağılmasından sonra ölkələrin
ə
ksəriyyəti dünya təsərrüfat əlaqələrinə qoşulmuşlar. kincisi, xarici iqtisadi
ə
laqələrin liberallaşdırılması bir çox ölkələri əhatə edir. Üçüncüsü, vahid standartların
geniş tətbiqi. Makroiqtisadi siyasətin vahid kriteriyaları yaranır. Bütün dünya
iqtisadiyyatının qloballaşmasını xarakterizə edən xüsusiyyətlər ayrıca bir iqtisadi
birliklər səviyyəsində təzahür edir.
Postsovet arealında mürəkkəb və ziddiyyətli bir proses əvvəl vahid xalq
təsərrüfatı kompleksinin hissələrini təşkil edən respublikaların bir-biri ilə qarşılıqlı
təsərrüfat fəaliyyətinin uyğun olaraq müasir suveren ölkələrarası qarşılıqlı
münasibətlərinə transformasiya prosesi baş verməkdədir. Bu qarşılıqlı münasibətlər
bir tərəfdən onların subyektlərinin 10 illərlə yaradılmış istehsal-texnoloji və
kooperasiya əlaqələri elmi-texniki bazarın vahidliyi və s. əsasında formalaşmış, hətta
alternativsiz qarşılıqlı tamamlama ilə səciyələnən dərin qarşılıqlı asılılıqla xarakterizə
olunur. Digər tərəfdən keçmiş SSR respublikaları dünya təsərrüfatı sisteminə
müstəqil qoşulma cəhdləri ilə nəinki siyasi, hətta iqtisadi xüsusiləşmə ilə xarakterizə
olunur.
Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının prioritet istiqamətlərindən
biri onun müasir dünya təsərrüfatı proseslərinə qoşulmasıdır.
nteqrasiya
proseslərinin eninə və dərininə inkişafı əvvəl totalitar iqtisadiyyat əsasında inkişaf
edən onlarla ölkələrin bazar iqtisadiyyatı yoluna keçməsi ilə də şərtlənir. Bu, keçid
iqtisadiyyatlı ölkələrdə bir çox yeni struktur dəyişikliklərinin baş verməsi ilə
nəticələndi: şəxsi mülkiyyətin kütləvi özəlləşdirilməsi, xarici ticarətin və maliyyə
xidmətləri sferasının liberalizasiyası, idarəetmənin administrativ metodlarının ləğvi
baş verdi.
Yeni minilliyin ərəfəsində dünyanın bir çox dövlətləri qlobal inteqrasiya
proseslərinin birgə inkişaf sxemlərini hazırlayır, hansı ki, öz növbəsində yeni
geosiyasi və geoiqtisadi mərkəzlərin yaradılmasını öz tərkibinə alır. Bu prosesdə
Azərbaycan gənc, müstəqil dövlət kimi, beynəlxalq regional əməkdaşlığın siyasi və
iqtisadi təhlükəsizliyi təmin edə biləcək stabil sisteminin yaradılmasına can atır. Bu
meyl nəinki Azərbaycanın dünya cəmiyyətinə inteqrasiyasını stimullaşdırır, eləcə də
ölkənin müxtəlif regionlarda təsirinin artmasına, ticari-iqtisadi əlaqələrin və istehsal
kooperasiyasının inkişafına, məhsul satışının perspektiv bazar axtarışına imkan
yaradır.
Tədqiqat işinin obyekti kimi Azərbaycanın MDB ölkələri ilə iqtisadi
ə
laqələri, bu əlaqələrin reallaşdırılması mexanizmləri və perspektivləri çıxış edir.
Tə dqiqat iş inin nə zə ri-metodoloji ə sasını regional iqtisadi inteqrasiya
nəzəriyyələri, mövzu ilə əlaqədar yerli və xarici iqtisadçı alimlərin apardıqları
tədqiqatların nəticələri, beynəlxalq müqavilələr və milli qanunvericilik aktları təşkil
edir.
Tə dqiqat iş inin informasiya bazası kimi beynəlxalq təşkilatların, o cümlədən
MDB Dövlətlərarası Statistika Komitəsinin, həmçinin Azərbaycan Dövlət Statistika
Komitəsinin və qtisadi nkişaf Nazirliyinin hesabatlarından, mövzu ilə əlaqədar
mövcud iqtisadi ədəbiyyat, internet və dövri mətbuat nəşrlərindən istifadə
olunmuşdur.
Tədqiqat işinin elmi yeniliyi. Azərbaycanın MDB çərçivəsində inteqrasiya
proseslərində iştirakının müasir vəziyyətinin kompleks təhlil edilməsini, keçid
iqtisadiyyatlı ölkələrin regional inteqrasiya istiqamətində müasir problemlərinin
tədqiq edilməsini, Azərbaycanın MDB ölkələri ilə iqtisadi inteqrasiyasının əsas
istiqamətlərinin müəyyən edilməsini tədqiqat işinin elmi yeniliyi kimi hesab etmək
olar.
I FƏ S L.
MDB POSTSOVET ÖLKƏ LƏ R N N NTEQRAS YA BLOKU K M :
YARANMASI VƏ NK Ş AF ST QAMƏ TLƏ R
1.1.
MDB ölkə lə rinin bazar iqtisadiyyatına keçid modellə rinin
müqayisə li tə hlili
Sovet ttifaqı dağıldıqdan sonra müstəqil dövlətlərdə bazar iqtisadiyyatının
yaradılmasına istiqamətlənən islahatların həyata keçirilməsi həmin dövrün sosial-
iqtisadi vəziyyətini müəyyən edən əsas faktorlardan biri oldu. Bütün yeni müstəqil
dövlətlər bazar iqtisadiyyatına keçmək niyyətində olduqlarını bəyan etdilər ki,
bununla da planlı idarəetmə sistemi şəraitində meydana gəlmiş və daha da
gərginləşmiş iqtisadi problemləri həll etsinlər. Lakin bu niyyətlərin praktik
realizasiyası müxtəlif formalarda həyata keçirilir və islahatlar yolunda bir-birinə
bənzəməyən nəticələrə gətirib çıxarırdı.
Bununla bərabər nəzərdən keçirilən bütün dövlətlər üçün bir neçə oxşar
cəhətlər var. Onların təsərrüfatında bərqərar olmuş sistemi mərkəzləşdirilmiş planlı
idarəetmədən xaotik bazar mexanizminə malik olan qarışıq elementi bazar
iqtisadiyyatına keçid adlandırmaq olardı. qtisadi vəziyyət pisləşir və bu cür davam
etməklə islahatlar üçün əlavə çətinliklər yaradırdı. slahatların həyata keçirilməsinin
çətinlikləri təsəvvür olunduğundan daha böyük olması hamı tərəfindən etiraf olundu.
Proqram sənədlərin müəlliflərinin - islahat təşəbbüskarlarının faktiki.
slahatlar "marşrutundan" imtina etmələri daha çox vüsət almağa başlayırdı.
Tamamilə aydındır ki, bazara keçid heç də iqtisadi uğura zəmanət vermir. Bu hal
sadəcə olaraq, səmərəli və səmərəsiz istifadə oluna biləcək imkanlar asır. şi birinci
növbədə keyfiyyət, əsaslılıq, uyğun proqram sənədlərinin reallığı və bunları həyata
keçirən siyasətçi və dövlət idarəetmə orqanlarının instrumentləri həll edir.
1991-ci ildə MDB-in yaranmasından sonra dövlətlər öz proqramlarını həyata
keçirməyə başladılar. Qeyd olunduğu kimi, prosesdə, müstəqil dövlətlərin yeganə
oxşar cəhəti proqramların istiqaməti və islahatların əsas elementləri idi. Prinsipial
məsələlərin həlli metodları isə kifayət qədər fərqli idi. Bu fərqlər konkret təsərrüfat
fəaliyyəti sferasında və idarəetmədə daha da güclənirdi. Bu cür fərdlərin də əsasında
proqramın özülünü təşkil edən konseptual şərtlər və ya necə deyərlər, islahatların
ideologiyası (fəlsəfəsi) dururdu. Lakin sonuncu şərt dəqiq qeyd olunmur. Proqramlar
ə
vvəlcədən, bilərəkdən, "ideologiyasızlaşdırılmış" formada yaradılırdı. Belə ki,
ə
halinin ona münasibəti tamamilə ziddiyyətli idi. Proqram sənədlərin nəşr olunması
və praktik realizasiyası zamanı yarana bilən konfliktləri yumşaltmaq üçün, onların
müəllifləri "qarışıq iqtisadiyyat", "plyuralizm", "təsərrüfat fəaliyyəti azadlığı",
"təşəbbüskarlıq və müstəqillik" kimi terminlərdən geniş istifadə edirdilər. Bazar
iqtisadiyyatına keçid xalqın maraqları zəminində həyata keçirildiyi, onun həyat
şə
raitinin yaxşılaşdırılması və böyük sosial-ədalətlilik təmin edəcəyi inadkarlıqla
vurğulanırdı. Bununla yanaşı, dövlətin iqtisadi artım perspektivi sovet dövründə
həllini tapa bilməyən məsələlərlə əlaqədar xüsusi sahibkarlığın inkişafına prioritet
diqqət göstərilməsi də qeyd olunur. Dövlət sektoru müəssisələri əksər hallarda qeyri-
effektiv hesab olunur və şübhəsiz bu da onların istehsal və komersiya fəaliyyətini
bazar şərtləri daxilində rasional ifadəsini mümkünsüz edirdi.
Bütün ziqzaqlara baxmayaraq, MDB-də islahatçıların düşüncəsi sosial
istiqamətli bazar iqtisadiyyatının qurulması olaraq qalır. slahatların məzmunu və
ə
sas mərhələləri oxşardır. Liberalizasiya və iqtisadiyyatın xarici kapital qarşısında
daha açıq olması kursu ardıcıl həyata keçirilir. nstitutsioneal siyasət isə ümumxalq
mülkiyyətinin nəhəng maliyyə kapitalı ilə özəlləşdirilməsinin sona çatdırılmasına
yönəlib. Artıq söhbət mülkiyyətin müxtəlif formalarının bərabərhüquqlu inkişafında
getmir: prioritet şəxsi və koporativ sahibkardlığa verilir. slahatların episentri
iqtisadiyyatın bütün əsas sferalarını əhatə edən struktur dəyişiklikləri ilə qarışır:
istehsal və əhalinin sosial təminatı, büdcə və vergilər. Kommunal təsərrüfat. Birlik
ölkələrinin demək olar ki, bütün islahatçılarının ayrıldığı nöqtə bazarın mexanizmləri
və tənzimləmə instrukmentləri fikirləridir. slahatçı-liberallar əvvəlki kimi, "hər şeyi
öz yerinə qoyan" bazar qüvvələrinin "azad oyununa" üstünlük verirlər. slahatçı-
dövlətçilər bu məsələlərin dövlət nəzarəti altında hüquqi formada tənzimlənməsində
israrlıdır.
Nəticədə, islahatçıların problemi əvvəlki kimi, siyasi-iqtisadi dəyişikliklərin
ssenarisinin, prioritet və mərhələlərinin, strateji və taktiki məqsədlərinin seçilməsində
qurtarır. Əlbəttə, seçim yenə də yerli elitaların ambisiyalarını təmin edən suverenlik
çərçivəçində ediləcək.
Müstəqilliklərinin ilk dövrlərində Rusiya, Ukrayna, Belorus islahatçıları radial
ssenaridə aparmağı qərarlaşdırmışdılar. Qeyd edək ki, bu qərarlar öz hüquqi əksini
Rusiyada 1992-ci ildə Rusiya Ali Sovetinə təqdim olunmuş " qtisadi islahatların
dərinləşdirilməsi proqramında", 1992-ci ildə Ukraynada "Ukraynanın iqtisadi
islahatlar proqramı" və Belorusda "Belorus Respublikası Hökumətinin istehsalın
tənəzzülünün qarşısının alınması siyasətinin əsas istiqamətləri və böhrandan çıxış
şə
rtlərinin formalaşdırılması proqramında" tapmışlar. Bu respublikalardan əlavə,
Ermənistan da şok-terapiyası yolunu tutmuşdur.
Qırğızıstanın ilk vaxtlarda xalis şok-terapiyası keçid formasını dəstəkləməsinə
baxmayaraq, artıq 1997-ci ildə o, öz kursunu mülayim-radikal ssenariyə verdi.
Qazaxıstan MDB ölkələri arasında evolyusiyalı keçidin ən bariz nümunəsini
göstərirdi. Qeyd edək ki, Qazaxıstanda islahatların müddəti 15-20 ilə müəyyən
edilmişdir. Müqayisə üçün deyək ki, birinci haqqında danışdığımız ölkələrdə bu
müddət 2 ildən 5 ilə qədər göstərilmişdir. ndi Qazaxıstanda və Moldava mülayim-
radikal kursa üstünlük verərək. Xüsusi sahibkarlığın inkişafı prioritetlərini kiçik
istehsal, ticarət və məişət xidmətinin strateji əhəmiyyəti olan müəssisə və sahələrə
nəhəng xarici kapitalının cəlb edilməsinə yönəldirlər.
Bazar islahatlarına təkamüllə keçidi yalnız Türkmənistan və Özbəkistanın
hakim dairələri qoruyub saxlayırlar. Cəmiyyətin stabilliyi və islahatların sosial
vəziyyətə mənfi təsirinin minimuma endirilməsi iqtisadi siyasətin əsasında durur.
Burada da, ciddi xarici investorları strateji dövlət layihələrində iştiraka cəlb etmək
üçün islahatlara mütərəqqi xarakter verməyə çalışırlar.
Gürcüstan, Azərbaycan və Tacikistan əvvəlcədən islahatlar axınından
çıxmışlar: daxili siyasi çəkişmələr və müharibələr bazar islahatlarının dövlətlər və
ictimai qüvvələrin fəaliyyət çərçivəsindən çıxardı. Sonralar elan edilən proqramlar və
praktik fəaliyyətə nəzər salsaq görərik ki, Azərbaycan və Gürcüstanda islahatlar
mülayim-radikal, Tacikistanda isə mühafizəkar-təkamül ssenarisinə yaxındır.
qtisadi islahatların yeni mərhələlərinin müxtəlif modelləri obyektiv olaraq
MDB ölkələrində fərqli sosial-iqtisadi situasiyalara səbəb olur. Xarakterikdir ki,
islahatlar mövcud siyasi rejimlərin möhkəmlənməsi, iqtisadiyyatın böhran
vəziyyətindən sabitlik fazasına keçirilməsi, ən yaxşı halda bərpa və inkişaf, sosial
gərginliyi azaltmaqla məhdudlaşır. Sosial yönümlü bazar iqtisadiyyatının qurulması
ilə əlaqədar sistemli məqsədlərə gəldikdə isə onların nailiyyətləri perspektivdən çox
uzaqdır. Bundan əlavə, "işıqlı bazar gələcəyi" "sosial kapitalizm" kimi deyil, "bazar
sosializmi" kimi qələmə verilir. Bu da radikal islahatçıların liberal qanadını ciddi
narahat edir.
Məlum olduğu kimi, islahatlar yeni yaranmış xaotik iqtisadi strukturun
tənəzzülünün, müəssisələrin istehsal-texnoloji və təsərrüfat əlaqələrinin dağılmasının
qarşısını ala bilmədi. Birliyin heç bir ölkəsi hələ də uzun sürən istehsalın
tənəzzülündən və geniş miqyaslı sosial-iqtisadi böhrandan çıxa bilməyib. MDB-in
ÜDM 1996-cı ildə 1988-90-cı illər səviyyəsinin 53%-ni, 1998-ci ildə isə 1990-cı il
səviyyəsinin 46%-i təşkil etmişdir. Bu səviyyə iştirakçı dövlətlərin 20 il bundan
qabaqkı istehsal səviyyəsinə uyğun gəlir.
Bütün sivilizasiyalı dünyada iqtisadi islahatlar bu və digər formada dövlətin
tənzimləmə alət və mexanizmlərinin köməyilə və yaxud əksinə, irimiqyaslı iqtisadi
liberalizasiya kursu ilə iqtisadiyyat böhran vəziyyətindən çıxarılır, onun qarşısına
yeni məqsədlər qoyulur, inkişafa impuls verilir. Bu cür islahatların aparılması
yaranmış iqtisadi-ictimai və istehsal münasibətlərinə müsbət təsir göstərir, onun daha
da müasirləşməsi, daxili və xarici iqtiadi münasibətlərin rasionallaşmasına gətirib
çıxarır. Keçmiş ittifaq respublikalarında isə tamamilə əks tendensiya müşahidə
olundu.
Praktik olaraq, Birliyin heç bir ölkəsində ictimai-siyasi və sosial-iqtisadi
islahatlar iqtisadiyyatın və ictimaiyyətin həyat fəaliyyətində gözlənilən təsir
göstərmədi, ictimai və iqtisadi proqresin "lokomotivi" olmalıdılar. Struktur
dəyişikliklər və milli iqtisadiyyatın modernizasiyasına, xarici investisiyalar onlarla
gətirilən texnologiya və onların köməyi ilə dünya bazarına çıxmaq və dünya
iqtisadiyyatına inteqrasiya olunmaq ümidləri də boşa çıxdı. MDB çərçivəsində
inteqrasiya prosesi neqativ halların aradan qaldırılmasında real faktor, ölkələrin
iqtisadiyyatının inkişafını və sistemli islahatların sinxronizasiyası üçün güclü forma
kimi çıxış edə bilmədi. Birlik ölkələri siyasi-iqtisadi transformasiyanın müxtəlif
səviyyəli trayektoriyasına çıxdılar.
Məlumdur ki, hələ SSR -nin dağılmasından qabaq, iqtisadi diskussiya və
islahatlar axtarışı dövründə sosialist planlı iqtisadiyyatının trasformasiyasının
aşağıdakı əsas istiqamətləri müəyyən edilmişdir:
− qitsadi fəaliyyətin mərhələlərlə liberallaşdırılması, təsərrüfat təşəbbüskar-
lığının və sahibkarlığın stimullaşdırılması;
− Bazar infrastrukturunun yaradılması qeyri-dövlət birja, bank, investisiya,
sığorta institutları, fond və valyuta bazarının vahid valyutanın konvertləşməsi;
− nstitusional dəyişikliklərin həyata keçirilməsi, xüsusi korporativ və dövlət
mülkiyyəti formalarının inkişafı, "məsuliyyətli və effektiv təsərrüfatçının"
yetişdirilməsi;
− Daxili və xarici ticarətin demonopolizasiyası və liberalizasiyası, əmtəə və
xidmət bazarlarında rəqabət mühiti yaradılması;
− Qiymətlərin, əmək haqqı və gəlirlərin, məşğulluğun liberallaşdırılması
(əhalinin dövlət sosial-müdafiə sisteminin yaradılmasına uyğun);
− qtisadiyyatın struktur yenidən qurulması, hərbi sənayenin konversiyası;
− Dövlətin təsərrüfat fəaliyyətinin, kredit-maliyyə münasibətlərinin, fond və
valyuta bazarının, işçi qüvvəsi bazarının tənzimlənməsinin bazar mexanizmi və
alətlərinin işlənməsi və hərəkətə gətirilməsi.
Bu ümumi islahatçı məqsədlər tam həcmdə, yeni müstəqil dövlətlər tərəfindən
qəbul olunmuşdur. Fərqlər islahatların tempindən, şok terapiyası siyasətinin hansı
formada qəbul olmasından, iqtisadiyyatı idarəetmə mexanizmlərindən ibarətdir.
Lakin bu fərqlər MDB-dəki bazar islahatlarına müxtəlif qütblü konfiqurasiya verdi.
Artıq 2-3 ildən sonra plan iqtisadiyyatı tamamilə dağıdıldı: sosial-iqtisadi
dəyişikliklər avtoritar xarakter aldı.
Birlik ölkələrinin hamısı üçün "suverenləşmənin" sosial-iqtisadi dəyişikliklərin
nəticəsi maliyyə destabilizasiyası və ən yüksək inflyasiya oldu.
"Şok terapiyası"ndan tamamilə uzaq olan ölkələrdə (Özbəkistan,
Türkmənistan) əhalinin pul gəliri ilə istehlak qiymətləri arasında kəsir az idi. Bu
siyasətdən "bəhrələnənlər" isə kütləvi xarici maliyyələşmədən dəstəklənirdilər
(Rusiya, Qırğızıstan, Moldova). Ümumböhran vəziyyəti sosial-iqtisadi islahatların
dayandırılmasına gətirib çıxarırdı. qtisadi reformalar ardıcıl xarakter daşımır, onların
tərəfdar və əleyhdarları islahatların baş tutmadığını bəyan edir, yeni əks kursa
dönməyin zəruriliyini vurğulayırdılar.
Sistemli transformasiyanın əsası olan iqtisadiyyatın dövlətsizləşdirilməsi və
ümumxalq mülkiyyətinin özəlləşdirilməsi Ukrayna, Belorus, Moldovada praktik
olaraq dayandırılıb. Qafqaz dövlətlərində mülkiyyət münasibətlərinin dərinləşməsi
sovxoz və kolxozların ləğvi, torpağın kəndli təsərrüfatına kütləvi şəkildə paylanması,
kiçik ticarət müəssisələrinin satışı və icarəyə verilməsi ilə nəticələndi. Mərkəzi Asiya
ölkələri bu prosesə daha yaxındırlar. Kütləvi xalq özəlləşdirilməsi özünün kriminal və
qeyri-effektiv elementləri ilə Rusiyada geniş vüsət aldı. Proses Moldova və
Qırğızıstanda başlanıb, lakin sona yetməyib. Birliyin əksər ölkələrində dövlətlərin
ə
lində sənaye, tikinti, energetika, nəqliyyat, rabitə və aqrar-sənaye kompleksinin
ə
ksər hissəsi cəmləşmişdir.
MDB dövlətlərindəki islahatların ilkin mərhələsində iqtisadiyyatın bütün
sahələrində fərdi əmək fəaliyyəti, icarə müəssisələri və istehsal kooperasiyası, xüsusi
vasitəçi ticarət-satış, xidmət və konsaltinq firmalarının bazasında təşəbbüskar şəxsi
sahibkarlıq dairəsi genişlənmişdir. Bu mərhələ üçün Birliyin bir çox ölkəsinin
maliyyə-kredit sferasının kommersiyalaşması ən xarakterik cəhətdir. Ticarət və bank
ə
məliyyatlarının azadlığı şəxsi sahibkarlığın, dövlət müəssisələrinin, nazirlik və
idarələrin, maliyyə aktivlərinin "özəlləşdirilməsi" dövlət əmtəə fondlarının, icarə və
kooperativ müəssisələrin, xarici humanitar yardımların spekulyativ satışı kimi
fenomenləri yaratdı.
Dostları ilə paylaş: |