1.3.
MDB çərçivəsində inteqrasiya proseslərinin əsas
inkişaf istiqamətləri
1992-ci ildən başlanmış olan yeni yaranmış müstəqil dövlətlər arasında
qarşılıqlı əməkdaşlıq münasibətləri 1993-cü il sentyabrda Moskvada dövlət və
hökumət başçıları tərəfindən birlik çərçivəsində iqtisadi ittifaqın yaradılması
haqqında razılaşmanın imzalanması ilə davam etdi. lkin olaraq bu ittifaqa 7 ölkə:
Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, Qırğızıstan,
Moldova və Ukrayna assosiativ üzv hüququ ilə daxil oldu.
qtisadi ittifaqın yaradılması haqqında razılaşma ümumi iqtisadi məkanın
yaradılmasına təkan verdi. Bu razılaşmaya uyğun olaraq münasibətlər bazar
prinsipləri əsasında qurulmalı, qarşılıqlı maraqlara uyğun olan iqtisadi layihələrin
birlikdə həyata keçirilməsi və ekoloji problemlərin həllinə birlikdə iştirak edilməsi
edilməli idi. Məhsul, xidmət, kapital, işçi qüvvəsinin azad hərəkəti, pul-kredit, büdcə,
vergi, qiymət, xarici ticarət, gömrük və valyuta siyasətinə uyğun şəkildə təmin
edilməli idi. Bu razılaşma üzv ölkələrin inteqrasiya prosesində mərhələli hərəkətinə
azad ticarət zonası - gömrük ittifaqı, valyuta ittifaqı və nəhayət ümumbazar əsasında
təklif edirdi.
Azad ticarət zonasının yaranması ölkələrarası məhsul hərəkətində gömrük
təriflərinin ləğv olunmasını və kəmiyyət məhdudlaşdırmalarının tətbiq edilməsini
təklif edirdi. Bu zonaya daxil olan hər bir ölkə digər ölkəyə qarşı müəyyən tarif tətbiq
edə bilər. Bu razılaşma 1994-cü il 15 apreldə imzalanmışdır.
Bu razılaşma imzalandıqdan sonra ölkələr arasında iki meyl özünü göstərirdi.
Birinci meyl. Birlik ölkələrinin qarşılıqlı ticarət məsələlərinin azad ticarət
zonasının çoxtərəfli mexanizmi əsasında tənzimlənməsi idi. Bu mexanizm hələ tam
müəyyən edilməmişdir.
kinci meyl. Onunla əlaqədar ki, MDB ölkələri azad ticarətin çoxtərəfli
assosiasiyaların tərəfindən müəyyən edilən vəzifələri özünə aid etmək istəmirdilər.
Qarşılıqlı ticarətin tənzimlənməsi ikitərəfli ticarət-iqtisadi danışıqlar vasitəsilə həyata
keçirilir.
MDB çərçivəsində ölkələrin qarşılıqlı ticarət əlaqələri mexanizminin işlək
olmaması onların qarşılıqlı məhsul dövriyyəsində əks olunur. Birlik ölkələrinin ixracı
yanacaq-energetika və mineral-xammal sahələri üzrə həyata keçirilir.
90-cı ildə MDB ölkələri arasındakı ticarət ümumi ixracın 72%-ə qədəri idisə,
90-cı ilin sonunda bu göstərici 36,5%-ə qədər aşağı düşmüşdür. Paralel olaraq birlik
ölkələrinin uzaq xaric ölkələri ilə xarici ticarət əlaqələrində Rusiya 78%, Ukrayna
56%, Özbəkistan 72%, Azərbaycan 57%, Ermənistan 64%, Gürcüstan 55% artım əldə
etmişdir.
Vahid iqtisadi məkanın əldə edilməsi müvəffəqiyyətlərindən biri 1995-ci ildə
Belarus, Qazaxıstan, Rusiya tərəfindən "Gömrük ittifaqının" yaradılması haqqında
ə
ldə edilmiş razılaşma olmuşdur. 1996-ci ilin martında Qırğızıstan, 1999-cu ilin
fevralında Tacikistan da daxil oldu.
Gömrük ittifaqının fəaliyyəti dövründə çoxlu sayda sənədlər imzalanmışdır ki,
onların arasında 1996-cı il 26 martda iqtisadi və humanitar sənədlərdə inteqrasiyanın
möhkəmləndirilməsi və onun məntiqi inkişafı olan 26 fevral 1999-cu il gömrük
ittifaqı və vahid iqtisadi məkan haqqında olan sənədlərin mühüm əhəmiyyəti var.
Məhz bu sənədlərdə əməkdaşlığın aşağıdakı istiqamətləri təyin olundu: azad ticarət
zonasının formalaşması, gömrük ittifaqının 3-cü ölkələrə qarşı qarşılıqlı
münasibətləri, vahid gömrük ərazisinin formalaşdırılması, ümumi xidmət və əmək
bazarı, vahid elmi-texniki informasiya məkanının formalaşdırılması və s.
Müəyyən nailiyyətlərlə yanaşı gömrük ittifaqının formalaşması təcrübəsi bir
sıra ciddi problemləri və çətinlikləri aşkara çıxardı.
Gömrük ittifaqının formalaşmasının əsas prinsipial məsələləri hələ həll
edilməmişdir. Yaranmasından bəri əldə olunan iqtisadi fəaliyyətdəki nəticələr hələ
kifayət deyil. Gömrük ittifaqı nəticəsində gedən inteqrasiya hökm sürən bir növ
sabitlik bir sıra əhəmiyyətli amillərdən asılıdır ki, onların içərisində iqtisadi inkişaf
səviyyəsindəki, istehsalın səviyyəsi strukturunda həmçinin ölkənin coğrafi
mövqeyinin xüsusiyyətlərində olan müxtəliflik başlıca rol oynayır.
Hələ ki ümumi gömrük tarifinin formalaşması üçtərəfli əsasda həyata keçirilir.
Bununla əlaqədar əgər Rusiyf, Qazaxıstan və Belarusda qoyulan gömrük rüsumları
təsadüfən üst-üstə düşürdüsə, 99-cu ilin sonlarında Belarusda 10%, Qazaxıstanda isə
40% təşkil etmişdir. Tamqiymətli gömrük ittifaqının formalaşması çətinliklərlə
üzləşir. Belə ki, onun bəzi üzvlərinin bir-birindən əhəmiyyətli dərəcədə uzaqlaşması
infrastrukturun zəif inkişafı, həmçinin milli nəqliyyat tariflərinin fərqli olması əsas
amllərdir.
2000-ci ilin oktyabrında 5 ölkədən (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və
Tacikistan) ibarət gömrük ittifaqı dəyişdirilərək onun yerində Avrasiya qtisadi
Cəmiyyəti yarandı. Yeni təşkilatın məqsədləri 5 ölkənin ərazisində vahid iqtisadi
məkanın formalaşması idi. Birlik qarşısında yaxın vəzifələr müəyyən olunmuşdur.
Üzv ölkələrdə iqtisadiyyatda struktur islahatlarının uzlaşdırılması, vahid nəqliyyat
strukturunun və vahid nəqliyyat bazarının yaradılması, vahid gömrük tarifinin tətbiqi,
milli qanunvericiliklərin uyğunlaşdırılması və beynəlxalq təşkilatlarla münasibətdə
ümumi siyasi kursun işlənməsi. nteqrasiyanın formalaşmasından reallığa çevrilməsi
üçün mühüm yeni aspektlərdən biri bu qurumda yeni təsərrüfat qarşılıqlı əlaqələrinin
yaradılmasıdır. Mərkəzi komitə - nteqrasiya komitəsi, həmçinin parlamentlərarası
asambleya və cəmiyyət məhkəməsi yaradılması nəzərdə tutulur. Bunun üçün
təşkilatın sənədlərində ilk dəfə olaraq hər bir ölkə üçün dövlətlərarası strukturların
maliyyələşməsi və səslərin bölüşdürülməsi üçün kvota müəyyən olunmuşdur. Qərar
isə səslərin 2/3-si həcmindən çox olduğu halda qəbul olunur. Cəmiyyət ona
qoşulmağa arzu edən bütün ölkələr üçün açıqdır.
qtisadi birliyin gömrük ittifaqı bayrağı altında formalaşmasının real
problemlərindən biri ümumi xarici gömrük sərhədləri və ümumi xarici gömrük tarifi
müəyyən edilməmiş, gömrük sərhədlərinin ləğd edilməsi oldu, bu da üzv ölkələrin
daxili bazarlarında nizamsızlığa, pozuntulara gətirib çıxara bilər. nteqrasiya yolunda
Rusiya və Belarusiyanın öndə getmələrinə baxmayaraq, onların ikitərəfli
münasibətlərində də müxtəlif problemlər ortaya çıxır.
1999-cu ildə Belarusdan uzaq xaric ölkələrinə rus xammalından istehsal
olunmuş neft məhsulları ixracı artmışdır. Bu Belarusda Rusiyadan fərqli olaraq ixrac
gömrük rüsumlarının olmaması ilə əlaqədar idi.
1994-cü il 30 apreldə Qazaxıstan, Qırğızıstan və Özbəkistan respublikaları
arasında ümumiqtisadi məkan yaradılması haqqında razılaşma imzalandı. 30 mart
1998-ci ildə buraya Tacikistan da qoşulmuşdur. 17 iyul 1998-ci ildən etibarən bu
birlik Mərkəzi Asiya qtisadi Birliyi adlanır.
Razılaşmanın 3-cü, 4-cü bəndlərinə əsasən vahid iqtisadi məkanın formalaş-
dırılması məqsədlərinə aşağıdakılar aid edilir:
− Kapitalın və işçi qüvvəsinin azad hərəkəti üçün iqtisadi-təşkilati və zəruri
hüquqi şəraitin yaradılması;
− Yük
və
sərnişinlərin
səmərəli
daşınması
üçün
nəqliyyat
və
kommunikasiyanın inkişafı sahəsində siyasətin yürüdülməsi;
− Antiinhisar tənzimlənməsi daxil olmaqla vicdanlı rəqabətin formalaşması
üçün şəraitin yaradılması;
− Təsərrüfat subyektləri arasında birbaşa iqtisadi əlaqələrin inkişafının təmini
və istehsal korporasiyalarının təmini üçün əlverişli şəraitin yaradılması;
− Müştərək
müəssisələrin, prioritet sahələrdə istehsal birliklərinin,
kommersiya, maliyyə-kredit sahələrinin və təşkilatlarının yaradılmasına kömək
edilməsi;
− Qarşılıqlı kapital qoyuluşu, investisiya siyasətinin koordinasiyalaşdırılması,
iqtisadiyyat sahəsində xarici investisiyalar və kreditlərin cəlb edilməsi və investisiya
haqlarının hüquqi və maraqlarının qorunması üçün fəaliyyət mexanizminin
yaradılmasında bərabər iqtisadi şəraitin təmin edilməsi;
− Gömrük rüsumlarının ləğvi, vergilərin, yığımların və digər məhdudiyyətlərin
həcminin aşağı salınması;
− Gömrük proseduralarının sadələşdirilməsi;
− Gömrük qanunvericiliyinin istiqamətləndirilməsi.
10 oktyabr 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova ölkə
prezidentlərinin Strasburq görüşündə 4 ölkə tərkibində dövlətlərarası birlik
yaradılması haqqında ideya irəli sürüldü. 1999-cu il aprelin 24-də Özbəkistan da
rəsmi olaraq bu quruma qoşulduğunu elan etdi.
Yuxarıda adı çəkilən birliyin yaradılmasının başlıca səbəbləri həm siyasi
sferada, həm də iqtisadi sferada məsələn, separatizmlə, dini ekstremizmlə və
terrorizmlə mübarizə, sülhməramlı fəaliyyət, Avropa-Qafqaz nəqliyyat dəhlizinin
inkişafı, "Dünya üçün tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlıq
məsələlərində irəli gəlirdi.
MDB ölkələrinin bu regional birliyi kütləvi informasiya vasitələrində GÜÖAM
kimi səslənirdi.
Birlik məkanında baş verən inteqrasiya proseslərinə əhəmiyyətli dərəcədə yer
tutan razılaşmalardan biri də 1996-cı il 2 apreldə Rusiya və Belarus arasında olan
razılaşmadır. Bu razılaşma düz bir ildən sonra Rusiya-Belarus ittifaqı adını aldı. Bu
ittifaqın MDB məkanında baş verən inteqrasiya proseslərində xüsusi yer tutmasının
ə
sası ondadır ki, Rusiya-Belarus ittifaqının iri bir regional birlik kimi
formalaşmasından sonra tərəflər çoxtərəfli inteqrasiyanın inkişafı, xüsusilə sıx ittifaq
qurmağı elan etmişlər. 2000-ci il 26 yanvarda Rusiya Federasiyası ilə Belarus
Respublikası arasında ittifaq dövləti yaratmaq haqqında razılaşma imzalandı.
Razılaşmanın 2-ci maddəsinə görə ittifaq dövlətinin formalaşmasının əsas məqsədləri
kimi aşağıdakılar göstərilir:
− Üzv ölkələrin qardaş xalqlarının sülh və demokratik inkişafının təmini,
dostluğun möhkəmləndirilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının
yüksəldilməsi;
− ştirakçı dövlətlərin xammal və intellektual potensialının birləşdirilməsi
ə
sasında sosial-iqtisadi inkişafın və iqtisadiyyatın funksiyalaşmasını bazar mexanizmi
ə
sasında fəaliyyət göstərməsi üçün vahid ÿiqtisadi məkanın yaradılması;
− Vətəndaşların hüquq və azadlıqlarına beynəlxalq hüququn ümumi qəbul
edilmiş prinsip və qaydaları çərçivəsində riayət edilməsi;
− Müdafiə sahəsində düzgün siyasət yeridilməsi;
− Demokrafik dövlətlərin vahid hüquq sisteminin formalaşdırılması;
− nsanın layiqli yaşamış və azad inkişafını təmin edən məqsədyönlü sosial
siyasətin aparılması;
− MDB-nin Avropada və dünyada təhlükəsizliyi və qarşılıqlı faydalı
ə
məkdaşlığın təmin edilməsi.
ş
tirakçı ölkələr vahid iqtisadi məkanın formalaşdırılmasında formalaşacaq
ittifaq dövləti üçün əsaslı prinsipləri elan etmişlər.
− Təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün əvvəl tətbiq olunmuş, sonra
vahid qanunvericiliyin, həmçinin vətəndaş və vergi qanunvericiliyinin fəaliyyəti;
− Makroiqtisadi və sosial inkişaf göstəricilərinə mərhələli yanaşmaq üçün
tədbirlərin görülməsi və vahid struktur siyasətinin həyata keçirilməsi;
− Vahid emissiya mərkəzinin yaradılması ilə yanaşı pul vahidinin təşkili;
− Vergi toplamada tətbiq olunan prinsiplərin fəaliyyəti;
− Xidmət, xarici və daxili borcların ödənişi sahəsində vahid hüquqi bazanın
yaradılması;
− Qiymətəmələgəlmə sahəsində siyasətin aparılması;
− Vahid qiymətli kağızlar bazarının yaradılması;
− 3-cü ölkəyə, beynəlxalq iqtisadi təşkilatlara, iqtisadi birliklərə qarşı vahid
ticarət siyasətinin yeridilməsi;
− Birlik dövlətlərində vahid gömrük məkanının fəaliyyəti;
− ttifaq
dövlətlərindən
kənarda
birləşmiş
energetika,
nəqliyyat,
kommunikasiya və rabitə sisteminin əlaqələndirilməsi;
− Əhalinin
sosial
müdafiəsi,
təqaüdlə
təmini
sahəsində
ə
mək
qanunvericiliyinin fəaliyyəti.
Rusiya və Belarus ittifaqı hər iki ölkənin maraqlarına cavab verir. Rusiya kimi
Belarus dövləti də başa düşür ki, əsas makroiqtisadi və sosial göstəricilərin
yaxınlaşması, vahid struktur siyasətinin yeridilməsi, vahid valyutaya keçmək və digər
məsələlər əmək tələb edən çətin işdir. Lakin bu iki dövlətin birləşməsinə mane ola
bilməz.
Ə
lbəttə Rusiya və Belarusun birlikdən əldən etdikləri strateji gəlirləri hər
ş
eydən əvvəl həmin ölkələrin iqtisadi əsası olan maliyyə imkanları vasitəsilə
qiymətləndirilməlidir.
Son dövrdə Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova arasında yaxınlaşma
hiss olunur. Bunun əsasında onların ümumi maraqları durur ki, bu da keçmiş SSR -
nin cənubundan keçən nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Azərbaycan,
Türkmənistan və Qazaxıstan xarici bazarlara neftin nəqli problemi bu ölkələrin
iqtisadi inkişafının əsas xüsusiyyətidir. Qərb və Türkiyə tərəfindən dəstəklənərək
onlar enerji daşıyıcılarının nəqli yollarını diversifikasiya etməyə çalışırlar.
Öz növbəsində öz gəlirlərini tranzit yolu ilə Gürcüstan, Ukrayna isə enerji
daşıyıcıları ilə təminatda alternativ tələblər vasitəsilə genişləndirməyə maraq
oyatmışdır. Hələ ki deyilən ölkələr arasında dürüst bir təşkilati forma yaranmamışdır.
MDB çərçivəsində regionallaşma proseslərinin ümumi inteqrasiya proseslərinə
təsiri bir tərəfli qəbul olunur. Bir tərəfdən o vahid iqtisadi məkanı bir növ parçalayır,
digər tərəfdən postsovet məkanında ümumi inteqrasiya prosesinin çətinləşdiyi bir
dövrdə mini inteqrasiya planları yaradır. Müəyyən şəraitdə "müxtəlif sürətli
inteqrasiya" proseslərinə tam şəkildə təsir göstərir.
Müxtəlif sürətli inteqrasiya proseslərində MDB üzvlərinin müxtəlif sahələrdəki
obyektiv maraqları durur.
nteqrasiya və dezinteqrasiya prosesinin fəaliyyətinin son nəticəsi postsovet
məkanında bir çox səbəblərdən asılı olacaq, o cümlədən islahatların nəticəsi,
iqtisadiyyatın vəziyyəti, MDB hakim dövlətlərin siyasəti və MDB çərçivəsindəki
digər faktorların böyük təsiri vardır.
Aydındır ki, Qərb dövlətləri gələcəkdə MDB ölkələrinə qarşı ziddiyyətli
siyasətini davam etdirəcəklər. Hal-hazırki dövrdə onlar Zaqafqaziyada və Mərkəzi
Asiyada cərəyan edən hadisələrə daha çox diqqət yetirirlər, bu da onların liderlərinə
MDB-nin digər ölkələri ilə əlaqələrini soyuqlaşdırmağa bir dəstək kimi
qiymətləndirilir.
II FƏ S L.
AZƏ RBAYCANIN MDB ÖLKƏ LƏ R LƏ QT SAD Ə LAQƏ LƏ R N N
MÜAS R VƏ Z YYƏ T VƏ Ə SAS ST QAMƏ TLƏ R
2.1. Azə rbaycanın MDB çə rçivə sində inteqrasiya proseslə rində
iş tirak xüsusiyyə tlə ri
Müasir şərtlərlə beynəlxalq iqtisadi inteqrasiya makroiqtisadi proseslərin
transmilliləşdirilməsinin məntiqi, qanunauyğun bir nəticəsidir.
Keçmiş SSR -nin yerində yaranan müstəqil respublikaların MDB ilə yanaşı,
regional əməkdaşlığa, təşkilati qurumlara inteqrasiya olunma cəhdləri nəticəsində
aşağıdakı mexanizmlər yaranmışdır.
− 11 ölkə çərçivəsində Qara Dəniz qtisadi Əməkdaşlıq Təşkilatının yaranması
ticarət və investisiyaların preferensial rejiminin formalaşdırılması və birgə
institutların yaranması
− Azərbaycan,
Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və
Qazaxıstanın qtisadi Əməkdaşlıq Təşkilatına daxil olması
− Qazaxıstan, Qırğızıstan və Özbəkistan respublikaları arasında vahid iqtisadi
məkanın yaradılması haqqında razılaşma
− Belarus-Rusiya arasında olan gömrük ittifaqına sonradan Qazaxıstan da
qoşuldu
− Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın arasında iqtisadi və humanitar
sahədə inteqrasiyanın dərinləşməsinə dair olan razılaşmanın imzalanması,
Türkmənistanın da qoşulması
− Azərbaycan, Gürcüstan, Ukrayna, Özbəkistan və Moldova ölkələrinin hələ
də qeyri-formal birliyi.
Həqiqətdə isə bu gün MDB daxilində yaranan 3 gömrük ittifaqı: 4 ölkənin
gömrük ittifaqı (Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya); Mərkəzi Asiya ölkələrinin
gömrük ittifaqı və Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın gömrük
ittifaqı (Avrasiya gömrük ittifaqı) MDB çərçivəsində bu 3 ittifaqın yaranması təkcə
inteqrasiya proseslərinin deyil, həmçinin dezinteqrasiya proseslərinin inkişafının
təəccüblü sübutudur. Bu ölkələrdə iqtisadi inteqrasiyanın inkişafının nəticələrindən
biri də birlik məkanından kənardakı beynəlxalq ticarətin səviyyəsidir.
Cədvəl 2.1. 2006-2013-cü illərdə Azərbaycanın xarici ticarət dövriyyəsi.
Ümumi ticarət dövriyyəsi (mln. ABŞ dolları)
2006
2007
2008
2009
2010
2011
2012
2013
Cəmi
11638,9
11771,7
54926,0
20824,5
27960,8
36326,9
33560,9 34687,9
MDB
2693,4
2598,3
3417,8
2964,6
4035,0
5477,9
3630,0
4062,9
MDB-nin xüsusi çəkisi (%-lə)
XTD
23,1
22,1
6,2
14,2
14,4
15,1
10,8
11,7
xrac
10,1
18,2
2,4
7,7
9,3
11,0
5,2
6,3
dxal
38,9
33,3
31,9
29,8
31,1
26,2
24,6
23,8
Mə nbə :
www.azstat.org
Cədvəl göstərir ki, 2006-2013-cü illərdə Azərbaycanın bütövlükdə xarici
ticarət dövriyyəsi 3 dəfəyə qədər artdığı halda, MDB ölkələri xarici ticarət
ə
laqələrinin xüsusi çəkisi xeyli azalmışdır.
Bəzi rus iqtisadçıları belə hesab edirlər ki, MDB çərçivəsində hətta gömrük
ittifaqı dövlətlərində qarşılıqlı əmtəə dövriyyəsində təəssüf ki, müsbətlilik müşahidə
olunmur. Son illərin təcrübəsi MDB-nin həqiqətən inteqrasiya qruplaşmasına
çevrilməsində əhəmiyyətli perspektivlər vəd etmir. Azərbaycan MDB-ni
bərabərhüquqlu və milli maraqların qorunmasına xidmət edən suveren dövlətlərin
hüquqi səlahiyyətli bir birliyi kimi görmək istərdi.
MDB-ni yaradarkən üzv ölkələr keçmiş SSR məkanında ikitərəfli ticarət
ə
ləqalərinin qırılmasından sonra yaranan böyük itkiləri aradan qaldırmaq üçün
mövcud vəziyyəti hissə-hissə də olsa bərpa etmək istəyirdilər.
Bununla yanaşı, ölkələr arasında xarici iqtisadi və siyasi sahədə düyünlər
(ziddiyyətlər) yarandı. Bunlardan biri Xəzər düyünüdür. Bu onun statusu və bu
rayondan nəql edilən neftin marşrutu ilə bağlıdır. 2 postsovet ölkəsi - Azərbaycan və
Qazaxıstan müxtəlif əsaslarla Xəzərin zonalarla bölgüsünü təklif edirlər. Rusiya isə
öz növbəsində Xəzərin təkindəki neft yataqlarından digər Xəzəryanı ölkələrlə birlikdə
istifadəni təkid edir. O nefti Rusiya ərazisindən Avropaya nəqli üçün böyük sahədə
yataqları əldə etmək marağındadır.
Rusiya Azərbaycanda neft sənayesində öz mövqeyini saxlamağı davam etdirir.
1994-cü ildə rus konserni "Lukoyl" Xəzər dənizinin Azərbaycan şelfindəki Azəri,
Çıraq, Günəşli yataqlarından neft çıxaran beynəlxalq konsorsiuma daxil oldu. Bu
ş
irkətin payı 10%-dir. 1995-ci ildə bu kampaniya digər bir layihədə (100 min tondan
çox ehtiyatı olan Qarabağ yatağı) əhəmiyyətli bir mövqe tutdu. Burada beynəlxalq
konsorsiumda payı 35% idi. 1996-cı ildə neft ehtiyatı 200 mln ton, qaz kondensatı
100 mln ton və 400 mlrd m3 qaz ehtiyatı olan Şahdəniz konsorsiumuna daxil oldu.
Xəzər regionu MDB ölkələri xüsusilə Rusiya ilə digər ölkələr mövcud olan
ziddiyyətlərdən biridir. Bunu birlik ölkələrinin o cümlədən Azərbaycanın Rusiya ilə
məhsul dövriyyəsinin azalmasında görmək olar.
Dünya iqtisadiyyatı tendensiyalarının və Azərbaycanın ticarət əlaqələrinin
kompleks tədqiqatlarının aparılması, regional xüsusiyyətlərin, coğrafi-ölkə
ə
saslandırılmış proqnozların hazırlanması xarici ticarətin inkişaf strategiyasının
müəyyən olunmasında böyük rol oynayır.
Bu strategiyanı müəyyən edərkən dünya ticarətinin keçid iqtisadiyyatı
ölkələrində inkişafının xüsusiyyətini nəzərə almaq lazımdır. Belə ki, son 15 ildə bu
ölkələrin dünya ixracatında və ÜDM-də payı getdikcə artır. 1992-ci ilə nisbətən
2007-ci ildə bu göstəricilər uyğun olaraq 2,05 və 1,51 punkt artmış, nəticədə 8,01 və
15,5 təşkil etmişdir. MDB ölkələrinin ixracatı isə 1992-ci ildə 1,4%-dən 1998-ci ildə
2,3%-dək artmışdır. Bu meyllər keçid iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın
transformasiyası eləcə də xarici-iqtisadi əlaqələrin liberallaşdırılması nəticəsində
iqtisadi aktivliyin artmasından xəbər verir.
Azərbaycan mövcud şəraitdə dünya bazarında və onun ayrı-ayrı seqment və
sferalarında baş verən proseslərə təsir etmək iqtidarında deyil.
Hələ SSR tərkibində respublikamızın xarici ölkələrlə ticarət əlaqələrinə nəzərə
salsaq görərik ki, idxal ixracı bir neçə dəfə üstələyir. Bu SSR rəhbərliyinin perifriya
respublikalarına münasibətdə apardığı məqsədyönlü siyasət olmaqla, onları mərkəzin
xammal əlavəsinə çevirmək məqsədini güdürdü. Respublikanın əsas ticarət partnyoru
Rusiya olmuşdur. Belə ki, ixracatın 60%-i Rusiyanın payına düşürdü. Məhz bu
şə
raitdə Azərbaycan özünü müstəqil elan etməklə B M-in müstəqil subyekti kimi
azad ticari-iqtisadi münasibətlərə qoşuldu.
Hazırda Azərbaycan Respublikası tərəfindən bütün MDB ölkələri
(Ermənistandan başqa) ilə azad ticarət rejimi yaradılmış, sərbəst sərmayə üçün
hüquqi baza tərtib olunmuşdur. 2011-ci ildə MDB çərçivəsində "Azad ticarət zonası
haqqında Saziş" imzalanmışdır, hal-hazırda Azərbaycan Respublikasının Sazişə
qoşulması ilə bağlı danışıqlar aparılmaqdadır.
Bununla yanaşı, MDB-nin 2020-ci ilədək qtisadi nkişaf Strategiyasının ikinci
mərhələsinin (2012-2015-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planı layihəsi
işlənib hazırlanmış, MDB Hökumət Başçıları Şurasının 18 oktyabr 2011-ci il tarixli
Qərarı ilə sözügedən Tədbirlər Planı təsdiq olunmuşdur. Həmin Plana əsasən
beynəlxalq innovasiya, ticari-iqtisadi, texniki tənzimləmə, informasiya və
kommunikasiya kimi sahələrdə əməkdaşlıq, ətraf mühitin qorunması, maddi və təbii
resursların effektiv istifadəsi, istehlakçıların hüquqlarının qorunması, nəqliyyat,
sənaye və digər sahələrdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2011-ci ilin 28 iyun-3 iyul tarixlərində Moskvada Ümumrusiya Sərgi Mərkəzində
Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyinə həsr olunan Dövlətlərarası Sərgidə
MDB-yə üzv dövlətlərdən rəsmi şəxslərlə yanaşı, Azərbaycanda müxtəlif sahələrdə
fəaliyyət göstərən iş adamları iştirak etmişdir. Sərgidə 40-a yaxın Azərbaycan
ş
irkətinin 250 çeşiddən çox məhsulları nümayiş olunmuşdur. Azərbaycanın milli
pavilyonunda
sənaye,
kənd
təsərrüfatı,
yanacaq-energetika,
informasiya
texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil edilmişdir.
MDB-nin qtisadi Şurasının 20 sentyabr 2013-cü il tarixində keçirilmiş növbəti
iclasında sözügedən Sazişə dəyişikliklərin edilməsi barədə Protokol layihəsi haqqında
Qərar layihəsi hazırlanmış və MDB-nin Hökumət Başçılarının 20 noyabr 2013-cü il
tarixində keçirilmiş növbəti iclasında baxılmaq üçün təqdim olunmuşdur. Həmçinin,
2014-cü ilin 9-12 oktyabr tarixlərində Moskva şəhərində Ümumrusiya sərgi
mərkəzinin ərazisində keçirilmiş "Qızıl payız" adlı sərgidə Azərbaycanın kənd
təsərrüfatı, heyvandarlıq, bitkiçilik məhsulları istehsalçılarının iştirakının, logistika
mərkəzlərinin, alternativ enerji üzrə avadanlıqların nümayişi həyata keçirilmişdir.
"MDB-də malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu
il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol" Azərbaycan
Respublikasına münasibətdə 2013-cü il 1 may tarixindən qüvvədədir.
Dostları ilə paylaş: |