3.2.
Azərbaycanın MDB ölkələri ilə iqtisadi əlaqələrinin
inkişaf perspektivləri
Qeyd etdiyimiz kimi, müasir dünya iqtisadi inteqrasiya proseslərinin
genişlənməsi və dərinləşməsində dünya təsərrüfat əlaqələri sistemində baş verən ciddi
keyfiyyət dəyişiklikləri ilə yanaşı əvvəllər totalitar, inzibati-amirlik prinsipləri
ə
sasında fəaliyyət göstərən onlarla postsosialist və postsovet ölkələrinin bazar
münasibətləri sisteminə keçməsi də çox mühüm əhəmiyyət kəsb etmişdir. Dünya
iqtisadi münasibətlərində bu hadisə külli miqdarda tamamilə yeni keyfiyyət
parametrləri ilə təzahür edən əsaslı struktur dəyişiklikləri, özəlləşdirmə, xüsusi
sahibkarlıq fəaliyyəti, ticarətin və maliyyənin liberallaşması, inzibati metodların ləğv
edilməsi və s. ilə xüsusi səciyyə daşıyır. SSR -nin dağılması ilə Azərbaycan da bu
ölkələrdən biri kimi beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrildi və əldə
olunan keyfiyyətcə bu yeni şərait ona bütün fəaliyyət sahələrində müstəqil siyasi və
iqtisadi siyasət yeritmək imkanı yaratmaqla, dünya ölkələri və regional ölkə qrupları
ilə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı olan əməkdaşlıq qurmaq üçün real
şə
rait yaratdı.
Sovet ttifaqının dağılması ilə bu ittifaqa daxil olan ölkələr arasında iqtisadi
münasibətlərin qırılması və özünəməxsus geosiyasi vakkumun yaranması
Azərbaycanı da digər respublikalar kimi, dünya siyasəti, iqtisadi və ümumilikdə
sivilizasiya proseslərinin müxtəlif meyllərini və istiqamətlərini təmsil edən müxtəlif
ölkə və ölkə quruplarının maraq dairəsinə cəlb etdi. Bu "çağırışa" qarşı Azərbaycanın
adekvat cavabı müasir B M sisteminin mürəkkəb şəraitində ona milli mənafelərə
uyğun olaraq sərbəst manevr etmək imkanı verən çoxvektorlu iqtisadi və siyasi
diplomatiyası ola bilərdi. Lakin çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində
siyasi hakimiyyət bu arqumentlərdən düzgün istifadə etməyərək respublikanın
beynəlxalq əlaqələrinə ciddi ziyan vurdu və praktiki olaraq onun beynəlxalq aləmdə
təklənməsinə gətirib çıxardı.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyev cənablarının hakimiyyətə qayıdışı
Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərinin və onun dünya təsərrüfat əlaqələri
sisteminə inteqrasiyası üçün yeni dövrünün başlanğıcı oldu. Hazırda Azərbaycan
dünyanın 180-dan çox ölkəsi tərəfindən tanınaraq, bu ölkələrlə müasir B M-in bütün
formaları və istiqamətləri üzrə ikitərəfli və çoxtərəfli əlaqələr qurur, BƏB sisteminə
daha fəal qoşulur. Bununla belə respublikanın xarici siyasətində çoxvektorluluq bu
gün də öz əhəmiyyətini saxlayır və o, bəzilərinin qeyd etdiyi kimi qüvvə və
vəsaitlərin bütün ölkələr və əmtəələr üzrə səpələnməsi, dağıdılması kimi başa
düşülməlidir. Ölkənin milli mənafelərinə tam cavab verən xarici iqtisadi strategiyası
və onun əsas istiqamətlərindən biri sayılan regional iqtisadi inteqrasiya siyasəti
olmalıdır. Bu siyasət müasir dünya təsərrüfat əlaqələri sistemində cərəyan edən
prosesləri və təmayülləri, eləcə də dünya ölkələrinin, o cümlədən keçid iqtisadiyyatlı
ölkələrin inteqrasiya təcrübəsini nəzərə alaraq, respublikanın real şəraitinə və onun
strateji məqsədlərinə müvafiq olaraq işlənilib hazırlanmalıdır (54,s. 326-328).
Dünya inteqrasiya təcürbəsində yararlanaraq, keçmiş SSR ərazisində yaranan
yeni müstəqil dövlətlər, o cümlədən Azərbaycan elə müstəqilliyinin ilk illərindən
regional iqtisadi əməkdaşlığı nizama salmaq, inteqrasiya birlikləri, təşkilatları və
ittifaqlarına qoşulmaq üçün müvafiq səylər göstərmişlər. Məhz, bu səylərin və
obyektiv iqtisadi şəraitin nəticəsində müstəqillik dövrünün qısa bir zaman kəsiyində
MDB - Müstəqil Dövlətlər Birliyi, Q ƏT - Qara dəniz qtisadi Əməkdaşlıq Təşkilatı,
GÜÖAM - ölkələri birliyi, Avrasiya qtisadi Əməkdaşlığı (A Ə) və s. inteqrasiya
birlikləri yaradıldı və bu ölkələrin bəziləri artıq fəaliyyət göstərən (postsovet
məkanından kənarda) regional inteqrasiya bloklarına daxil olurlar, məsələn
Azərbaycan və Orta Asiya respublikalarının daxil olduqları ƏT - qtisadi
Ə
məkdaşlıq Təşkilatı.
Azərbaycanın regional iqtisadi inteqrasiya proseslərində iştirakı və beynəlxalq
iqtisadi təşkilatlarla əməkdaşlığı əlavə 2.1.-də əyani olaraq göstərilmişdir. Göründüyü
kimi, Azərbaycan hazırda dörd regional iqtisadi inteqrasiya birliyinin tam hüquqlu
üzvüdür əv A -ilə əməkdaşlıq və tərəfdaşlıq səviyyəsində əlaqələri mövcuddur.
Respublikanın inteqrasiya əlaqələrinin strateji istiqamətlərinin müəyyən edilməsi,
onun iqtisadi səmərəliliyinin və perspektivlərinin qiymətləndirilməsi baxımından bu
ə
laqələrin dərindən öyrənilməsi və tədqiq edilməsi olduqca vacibdir və o, həm nəzəri
həm də praktiki əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi inteqrasiya proseslərinin inkişafı haqqında dürüst
təsəvvürə malik olmaq üçün, hər şeydən əvvəl inteqrasiya birliyi daxilində əmtəə və
xidmətlər üzrə beynəlxalq ticarətin inkişaf dinamikasını və onun struktur
dəyişikliklərini hərtərəfli tədqiq etmək vacibdir. Bununla əlaqədar olaraq öncə
Azərbaycan üçün olduqca əhəmiyyətli sayılan, yarandığı gündən indiyə qədər
inteqrasiyanın dərinləşməsi istiqamətində o qədər də irəli getməyən, hətta son illərdə
deformasiyaya
uğrayaraq,
blokdaxili
ə
məkdaşlığı
mürəkkəbləşdirərək
mərkəzdənqaçma meyllərini gücləndirən MDB-ni nəzərdən keçirək. Cədvəl 2.1.-də
verilən rəqəmlər aydın surətdə göstərir ki, Azərbaycanın xarici ticarətində MDB-nin
rolu ildən-ilə əhəmiyyətli dərəcədə azalır, istər ixrac, istərsə də idxal (2002-ci il
istisna olmaqla) əməliyyatlarında onun əhəmiyyəti nəzərə çarpacaq dərəcədə aşağı
enir. Belə ki, əgər 1992-ci ildə respublikanın xarici ticarət dövriyyəsinin ümumi
həcmində MDB ölkələrinin payı 1336,7 mln.dollar, o cümlədən ixrac - 730
mln.dollar və idxal - 606,6 mln.dollar təşkil etmişdirsə, bu göstəricilər 2002-ci ildə
müvafiq olaraq 894,3, 243,7 və 650,6 mln.dollar təşkil etmişdir, başqa sözlə ümumi
dövriyyə 30,1%, ixrac - 67,9% aşağı enmiş, idxal isə 7,3% artmışdır.
Müstəqillik dövrünün ilk illərindən etibarən Azərbaycanın xarici ticarətinin
coğrafiyasında uzaq xarici ölkələrin timsalında yeni oriyentirlər formalaşmağa
başladı. Bu ölkələrin bazarları Azərbaycan məhsulları üçün həm keyfiyyət, həm də
rəqabət parametrləri baxımından o qədər də cəlbedici olmasa da, əsasən xammal-
material və bir çox neft maşınqayırma, kimya sənayesi və kənd təsərrüfatı məhsulları
ilə oraya daxil olmaq mümkün idi. Azərbaycan bazarına gəlincə isə, o yüksək
keyfiyyətli, texnoloji faydalılıq və istehsal parametrləri və xassələri baxımından yerli
və MDB ölkələrinin əmtəələri ilə müqayisəyə girməyən uzaq xarici ölkələrin
məhsulları üçün müqavimətsiz və maneəsiz zəbt edilən bazara çevrildi.
Bütün bunlara 1994-cü ilə qədər xarici ticarətin tənzimlənməsində yol verilən
ciddi səhvləri və heç bir iqtisadi məntiqə uyğun gəlməyən idxal-ixrac siyasətini də
ə
lavə etsək (ixracın məhdudlaşdırılması və idxalın həvəsləndirilməsi), onda belə bir
qısa müddət ərzində respublika bazarının uzaq xarici ölkələr tərəfindən (xüsusilə ran
və yaxın Şərq ölkələri) sözün əsl mənasında zəbt edilməsinin (müstəqilliyin ilk
illərində əsasən mənşəyi məlum olmayan keyfiyyətsiz istehlak malları ilə)
səbəblərini aydın başa düşmək olar. Bütün bunların nəticəsində uzaq xarici ölkələrin
respublikanın xarici ticarətində xüsusi çəkisi ildən-ilə yüksələrək 2002-ci ildə
ümumilikdə idxalın 60,9%-ni, ixracın isə 88,8%-ni təşkil etmişdir. (Cədvəl 2.2).
Müvafiq olaraq MDB ölkələrinin payı 71,5 və 92,3%-dən 39,1 və 11,2 faizə qədər
aşağı etmişdir. Tədqiqat göstərir ki, Azərbaycanın MDB ölkələri ilə xarici ticarət
ə
laqələrində formalaşmış bu meyllər ümumilikdə MDB ölkələrinin qarşılıqlı ticarət
münasibətləri üçün də tam xarakterikdir. Belə ki, inteqrasiyanın səviyyəsini əks
etdirən blok daxili ticarətin həcmi olduqca aşağıdır, Azərbaycan kimi MDB-yə daxil
olan digər ölkələrin də xarici ticarət axınlarının əsas oriyentirləri məhz, uzaq xarici
ölkələrdir. Təsadüfi deyildir ki, hazırda Azərbaycan kimi MDB-yə daxil olan digər
ölkələrin də xarici ticarət axınlarının əsas oriyentirləri məhz, uzaq xarici ölkələrdir.
Təsadüfi deyildir ki, hazırda Azərbaycanın ticarət-iqtisadi əlaqələri olan 128 ölkədə
118-i uzaq xarici ölkələrdir. Azərbaycanın ən mühüm ticarət partnyorları-tərəfdaşları
arasında MDB ölkələrini həm kəmiyyətcə, həm də keyfiyyətcə mövqeyi çox zəifdir
(cədvəl 2.3.). Əgər Azərbaycanın MDB ilə ümumi xarici ticarət dövriyyəsini
Rusiyasız nəzərdən keçirsək, bu rəqəm çox cüzi xüsusi çəki ilə - cəmi 6,8%-lə ifadə
olunar ki, bu da inteqrasiya əlaqələrinin çox aşağı səviyyədə və qeyri-qənaətbəxş
olduğunu təsdiq etməyə imkan verir. Cədvəldən göründüyü kimi Azərbaycanın 10 ən
mühüm ticarət tərəfdaşları arasında MDB-yə daxil olan dörd ölkə, ixracda - Rusiya,
Gürcüstan, cəmi - 8,1%-lə, idxalda isə Rusiya, Qazaxıstan, Türkmənistan və Ukrayna
- 37,9%-lə təmsil olunurlar. Göstərmək lazımdır ki, bu göstəricilərin səviyyəsi
tədqiqat dövründə hər il kəskin surətdə azalmışdır. Yalnız 2002-ci ildə bu ölkələrin
idxalda payı bir qədər artmışdır.
Məlum olduğu kimi müasir şəraitdə hər hansı bir ölkənin xarici ticarətinin
inkişafı (xüsusilə ixracın artımı) onun hansı regional iqtisadi birliyə daxil olması ilə
birbaşa əlaqədədir. Bu cür qruplaşma nə qədər güclü olarsa, başqa sözlə inteqrasiya
ə
laqələri nə qədər dərin və geniş olarsa, onların qarşılıqlı ticarəti də bir o qədər
sürətlə inkişaf edər. Təəssüf ki, bütün bunları MDB-yə aid etmək olmaz, əksinə
hazırda dünya üzrə regional ticarətin xüsusi çəkisinin artdığı bir şəraitdə, MDB-də
vəziyyət əks meyllərlə xarakterizə olunur. Başqa sözlə desək, blok daxili inteqrasiya
ə
laqələrinin genişlənməsi əvəzinə, mərkəzdən qaçma meyllərinin (Rusiya-Belarus
ə
laqələri istisna olmaqla) güclənməsi real səciyyə daşıyır.
MDB ölkələri arasında qarşılıqlı ticarətin inkişafını ləngidən əsas amillərə
aşağıdakıları aid etmək olar:
1) stehsalın ciddi surətdə aşağı enməsi, iqtisadiyyatın və ödəniş sisteminin
böhranlı vəziyyəti, tədiyyə qabiliyyətli tələbin aşağı olması və potensial idxalatçıların
satışla bağlı çətinlikləri;
2) Qarşılıqlı ticarətin strukturunun qeyri-balanslılığı və əksər ölkənin ticarət
balansının defisitli olması, qarşılıqlı ticarətdə qiymətlərin dünya qiymətlərinə yaxın
olması və bəzən onu hətta üstələməsi, nəticədə analoji əmtəələrin (şübhəsiz
keyfiyyətcə üstün) daha ucuz qiymətə uzaq xarici ölkələrdən almaq imkanının
yaranması;
3) stehsalın texnoloji geriliyi, işçi qüvvəsinin ixtisas səviyyəsinin, əmək
şə
raitinin nisbətən aşağı olması və s. səbəblərlə əlaqədar olaraq istehsal olunan
malların keyfiyyətinin aşağı olması və onların ekoloji cəhətdən təmiz olması;
4) Uzaq xarici ölkələrin ticarət əməkdaşlığında etibarlılığı da daxil olmaqla,
müqayisə olunmaz rəqabət üstünlüyü və birlik ölkələri əsasən Rusiyadan idxal
asılılığını azaltmaq üçün bilərəkdən uzaq xarici ölkələrə istiqamətində idxalın
diversifikasiyası;
5) Nəqliyyat və digər tariflərin, xüsusilə tranzit yükdaşımaların əsassız olaraq
ə
həmiyyətli dərəcədə qaldırılması (Məsələn, Azərbaycana qarşı Rusiyanın tətbiq
etdiyi tranzit tariflərinin, bəzən malların dəyərini də ötüb keçməsi) nəticəsində,
ə
nənəvi mallarla mübadilənin qeyri-səmərəli olması. Burada həmçinin bir neçə il
ə
rzində Qafqaz regionunda Şimal dəmir yolunun, eləcə də Tacikistan istiqamətində
nəqliyyat arteriyasının blokadasını da xüsusi qeyd etmək vacibdir;
6) Xarici ticarətin təşkilati-hüquqi aspektlərindəki uyğunsuzluqlar, daxili
bazarın xarici rəqabətdən qorunması zərurəti, iqtisadi təhlükəsizliyin təminatı və s.
göstərir ki, MDB ölkələrinin inteqrasiya prosesləri olduqca mürəkkəb və ziddiyyətli
xarakter daşıyır. MDB inteqrasiyasını bu gün bəlkə də üzv-ölkələrin xarici iqtisadi
ə
laqələrdə getdikcə daha çox uzaq xarici ölkələrə istiqamətlənən ləng, süst bir proses
adlandırılması daha düzgün olardı. Bu proseslərə bilavasitə təsir edən amillərin
sırasına sosial-iqtisadi islahatların başa çatmamasından başlayaraq, onların həyata
keçirilməsinin müxtəlif səviyyə və artım tempi ilə fərqlənməsi, bir çox məsələlərdə
üzv-ölkələrin siyasi və iqtisadi mənafelərinin kəsişməməsi, qanunçuluqda mövcud
olan uyğunsuzluqlar, regional konfliktlər və ərazi işğalına qədər müxtəlif amillər
aiddir (Əlavə 2.3.). Eləcə də birgə mülkiyyətin formalaşma prosesinin ləng getməsi
və nəticədə bu günə qədər nəqliyatın, energetika və kommunikasiya sistemlərinin
vahid idarəetmə sisteminin yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Bütün
bunlar MDB çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın inkişafını ciddi sürətdə
ləngidir. Bu işdə birliyin əsas orqanlarının fəaliyyətinin qeyri-səmərəliliyini də xüsusi
göstərmək vacibdir.
Bütün bunları nəzərə alaraq MDB ölkələrəninin əksəri, o cümlədən
Azərbaycan hər şeydən əvvəl birliyin icra orqanlarının əsaslı surətdə
islahatlaşdırılması, onun fəaliyyət prinsiplərinin dəyişdirilməsi üçün ciddi tədbirlər
işləyib hazırlanması tərəfdarıdır. Bu istiqamətdə A , NAFTA və digər regional
inteqrasiya birliklərinin təcrübəsinə əsaslanmaq mümkündür.
MDB yarandığı 10 ildən artıq dövr ərzində ardıcıl inkişaf edən əsil inteqrasiya
birliyi kimi formalaşmasa da, müəyyən nəticələrin əldə edildiyini də inkar etmək
düzgün olmazdı. Bizim fikrimizcə, MDB-də inteqrasiya proseslərinin inkişafını öz
xarakterinə, məzmununa və səviyyəsinə görə üç mərhələyə ayırmaq olar.
Birinci mərhələ - 1992-1993-cü illər. Bu dövrdə SSR -nin keçmiş müttəfiq
respublikalarının "sivilizasiyalı ayrılma" prosesləri başa çatmaqla, ölkələrarası
münasibətlər üçün xarakterik olan əlaqələrinin əsaslarının yaradılmasına başlanıldı.
Bu dövrdə iqtisadi inteqrasiyanın inkişafı yolunda mühüm rol oynayan - qtisadi
ittifaq haqqında müqavilə imzalandı (1993-cü il). Həmin müqavilə inteqrasiya
birliyinin uzunmüddətli məqsədini - mərhələlərlə əmtəə, xidmətlər, kapital və işçi
qüvvəsi üzrə ümumi bazarın yaradılması sistemi müəyyənləşdirildi. Belə bir bazarın
yaradılması şübhəsiz, ardıcıl olaraq azad ticarət, gömrük və ödəniş zonasının
yaradılması ilə mümkün ola bilərdi. Bu məqsədlə qtisadi ttifaqın Dövlətlərarası
iqtisadi komitəsi yaradıldı;
kinci mərhələ - 1994-1996-ci illər. Azad ticarət zonasının yaradılması elan
edilsə də, birlik çərçivəsində ölkələrarası əmtəə və xidmətlərin hərəkətində ciddi tarif
və qeyri-tarif məhdudiyyətləri tətbiq olunur və bəzən də hətta sərt inzibati maneələr
yaradılırdı. Başqa sözlə, Azad ticarət zonası yalnız kağız üzərində qaldı və onun əsas
müddəlarının həyata keçirilməsi hələ də mümkün olmayıb. Bu dövrdə üzv-ölkələr
arasında bir sıra iqitsadi, siyasi6 hərbi-strateji məsələlər ətrafında yaranan ciddi fikir
ayrılıqları, eləcə də birliyə daxil olan ölkələr arasında hərbi konfliktlərin (Ermənistan
tərəfindən Azərbaycanın 20% ərazisinin işğalı) həll edilməməsi, birliyin ən böyük
dövlətinin - Rusiyanın üzv ölkələrə qarşı yeritdiyi ayrıseçkilik və ikili siyasətinin və
s. nəticəsində dezinteqrasiya prosesləri daha da güclənir və nəticədə MDB ölkələrinin
lokal inteqrasiya birlikləri yaradılmağa başlayır/ Şübhəsiz, prstsovet məkanında
inteqrasiya proseslərinin xarakterini düzgün qiymətləndirmək üçün bu dövrdə
subregional səviyyədə yaranmış olan bu inteqrasiya birliklərinin ayrıca geniş və
hərtərəfli tətdiq edilməsi vacidbir. Lakin bu məsələlər bizim tədqiqat obyektindən
kənara çıxdığı üçün biz, sadəcə olaraq bu prosesləri göstərməklə kifayətlənirik.
Beləliklə, göstərilən bu dövr ərzində iqtisadçıların o qədər də qəbul etmədikləri
nəzəri konsepsiya - iqtisadi sferada müxtəlif sürətli inteqrasiya meylləri formalaşdı
ki, bu da əsasən MDB ölkələrinin inteqrasiya proseslərinin daha sürətlə və daha
dərindən inkişaf etdirilməsi üçün onların hazırlıqlıq səviyyələrinin və maraqlarının
müxtəlifliyi ilə izah edilməlidir;
Üçüncü mərhələ - 1997-ci ildən sonrakı dövr. Bu dövrdə demək olar ki,
birliyin inkişafı yeni mərhələyə qədəm qoyur. Bu mərhələ onunla xarakterikdir ki,
MDB-yə üzv dövlətlər artıq öz suverenliklərini və müstəqilliklərini tam
möhkəmləndirmiş (Geriyə qayıtmaq sindromu da aradan qalxmışdır), beynəlxalq və
regional təşkilatlarda iştirak təcrübəsi əldə etmiş və ən başlıcası isə cəmiyyətdə
iqtisadi böhran dayandırılmış, birilk ölkələrinin əksərində siyasi, sosial və iqtisadi
sabitlik meylləri formalaşdırılmışdı. Bütün bunları nəzərə alaraq, hər bir ölkə özünün
həm ölkələrarası ikitərəfli, həm də çoxtərəfli əlaqələrinin MDB çərçivəsi də daxil
olmaqla dəqiq prioritetlərini müəyyənləşdirirlər.
Apardığımız tədqaqatlar göstərir ki, MDB bu gün "ölü doğulmuş", perspektivi
olmayan, amorf struktur və s. kimi adlandırılsa da, bu inteqrasiya birliyi
Azərbaycanın xarici iqtisadi siyasətində, xüsusilə inteqrasiya siyasətində mühüm
strateji istiqamətlərdən biri kimi müəyyən olunmalıdır. Xüsusilə 300 mlrd.dollara
yaxın MDM-ə nəhəng hərbi-sənaye kompleksinə və bazar xarici ticarətinin xeyli
hissəsinin - 22%-ə qədərinin formalaşdığı və eləcə də hərbi-strateji və geosiyasi
baxımdan mühüm əhəmiyyət kəsb edən Rusiya Federasiyası kimi nəhəng qonşu
dövlətlə münasibətləri həm ikitərəfli əlaqələr səviyyəsində, həm də MDB
çərçivəsində inkişaf etdirmək olduqca vacibdir. Azərbaycanla Rusiya arasında
iqtisadi əlaqələrin ən mühüm prioritet istiqamətləri - Xəzər neftinin hasilatı, onun
dünya bazarlarına nəqli və Xəzərin statusu ilə bağlı olan problemlər, Şimal-Cənub
sistemində nəqliyyat-kommunikasiya əlaqələri, birgə sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, işçi qüvvəsinin miqrasiyası, beynəlxalq proqram və layihələrdə
birgə iştirak və s. məsələlərdən ibarətdir.
Beləliklə, MDB-ni yaratmaqla keçmiş postsovet respublikaları vahid xalq
təsərrüfat kompleksində mövcud olan və müstəqillik dövrünün ilk illərində dağılmış
iqtisadi əlaqələri müəyyən mənada bərpa etmək niyyətində olsalar da, onlar bunun
ə
vəzinə keyfiyyətcə yeni problemlərlə qarşılaşmalı oldular. MDB inteqrasiyasının
uğursuzluqları və onun perspektivliyinə inamsızlıq üzv-ölkələrin məntiqi olaraq
blokdaxili qruplaşmalar yaradılması ilə nəticələndi. Bunlar arasında Azərbaycan üçün
ə
n əhəmiyyətlisi və onun milli maraqlarına uyğun ölkəni Gürcüstan, Ukrayna,
Azərbaycan və Moldovanın yaratdığı GUAM təşkilatıdır. Doğrudan da MDB-nin
mövcud olduğu 20 ildən artıq zaman ərzində onun üzvlərinin maraqları arasındakı
dərin zidiyyətlərlə əlaqədar olaraq, qəbul olunmuş prinsipial qərarların heç vaxt
həyata keçirilmədiyi bir şəraitdə subregional inteqrasiya mexanizmlərinin yaradılması
tamamilə məntiqə uyğundur və o, müasir şəraitdə lazımi qədər cəlbedici və real
görünür.
Demokratiya və qtisadi nkişaf naminə Təşkilat-GUAM Azərbaycan
Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən təsis edilmiş
beynəlxalq regional təşkilatdır. lk öncə GUAM Azərbaycan Respublikası,
Gürcüstan, Moldova Respublikası və Ukrayna Prezidentlərinin 10 oktyabr 2007-ci
ildə Strasburqda Birgə Kommünike imzalamaqla bu dörd dövlətlərin birliyi kimi
fəaliyyətə başlamışdır. Kömmünikedə Prezidentlər suverenlik, ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına
hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi
məqsədilə
dördtərəfli
ə
məkdaşlığın
inkişaf
elətdirilməsinin
vacibliyinin
vurğulamışlar.
7 iyun 2001-ci ildə Yalta təşkil olunmuş GUAM-ın ilk Zirvə Toplantısı onun
beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol
oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın Yalta Xartiyası
iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini
müəyyənləşdirmişdir.
22 may 2005-ci il tarixində GUAM-ın Kişineuda keçirilmiş Zirvə Toplantısı
üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda
sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir.
Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair
birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici şlər Nazirləri
Ş
urasına müvafiq qərar vermişlər.
Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyev
Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik
ə
sasında Demokratiya və qtisadi inkişaf naminə Təşkilat – GUAM təsis olunmuşdur.
Kiyev Zirvə Toplantısında Prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər.
GUAM-ın Nizamnaməsinə görə demokratik dəyərlərin bərqərar olunması, davamlı
inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya
inteqrasiya, üzv-dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının
genişlənməsi Təşkilatın başlıca məqsədlərini təşkil edir.
Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısında qəbul
olunmuş “Demokratiya və qtisadi inkişaf naminə Təşkilat – GUAM-ın yaradılması
haqqında Kiyev Deklarasiyası”nda aşağıdakı məqamlar və vəzifələr qeyd
olunmuşdur:
−
Demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının
qorunması, dövlətlərin iqtisadi inkişafının və təhlükəsizliyinin və sabitliyin təmin
olunması;
−
GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, dinamik iqtisadi artım,
sosial ahənglik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrinin
gücləndirilməsi;
−
Bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və azadlığını dağıdan, tam
miqyaslı demokratik islahatları həyata keçirilməsini və regionun iqtisadi inkişafını
çətinləşdirən, Avro inteqrasiyaya mənfi təsir göstərən və bütün dünya birliyinə çağırış
törədən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq;
−
Beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm, və həmçinin onunla
bağlı olan digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;
−
qtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və
Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi;
−
Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması;
−
GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması və s.
|