1.2.
MDB interqasiya blokunun yaranması, təkamülü və xüsusiyyətləri
SSR -nin dağılması onun yerində müstəqil dövlətlər yaranması ilə nəticələndi.
MDB ölkələri SSR -dən vahid energetika sistemi, nəqliyyat, rabitə,
telekommunikasiya sistemi qarşılıqlı əlaqədə olan milli təsərrüfat sistemləri, işçi
qüvvələrinin azad surətdə hərəkəti, vahid texniki standartlaşma və s.-ə malik idi.
Bütün bu vahid məkan şərait sovet dövründə qeyri-bazar prinsipləri əsasında
qurulmuşdu. Hal-hazırda bu ölkələrdə yeni bazarların yaranması bir reallığa
çevrilmişdir.
Sovet dövründə MDB ölkələrinin xarici-iqtisadi, o cümlədən xarici ticarət
ə
laqələri uzun müddət "dəmir pərdələrlə" əhatə olunmuş, iqtisadiyyatın müstəqil bir
sahəsi kimi mövcud olmamışdır. Ümumittifaq xalq təsərrüfatı kompleksinin asılı
tərkib hissəsi olan respublika iqtisadi əlaqələrini iddia edildiyi kimi iqtisadi
inteqrasiya adlandırmaq düzgün deyildir. Çünki müasir anlayışlara uyğun olaraq
beynəlxalq iqtisadi inteqrasiya yalnız müstəqil dövlətlər arasında baş verir. Sovet
iqtisadi əlaqələrini isə respublika və regionları bitməmiş istehsal tsiklləri ilə bir-
birindən asılı vəziyyətə salan, onları iqtisadi müstəqillikdən məhrum edən təsərrüfat
inteqrasiyası kimi qiymətləndirmək lazımdır.
80-cı illərin sonundan başlayaraq, SSR -də çoxməsrəfli ekstensiv sosialist
iqtisadiyyatının inkişaf imkanları tükəndiyindən sosial iqtisadi böhran dərinləşirdi.
Rubl surətlə məzənnədən düşür, əhaliyə hətta kartoçka sistemi üzrə satılmalı olan
gündəlik zəruri ərzaq məhsullarının istehsal həcmi aşağı düşürdü.
ttifaq dövləti ölkənin iqtisadiyyatını sağlamlaşdırmağın yeganə mümkün
yolunu intensiv inkişafın mənbəyi olan bazar münasibətlərinə keçiddə görürdü.
Yalnız bazar iqtisadiyyatının tətbiqi ilə əsasını ictimai mülkiyyət təşkil edən vahid
xalq təsərürfatı kompleksinin iflası sürətlənər, əvəzində xüsusi mülkiyyətə əsaslanan
azad iqtisadiyyat qurmaq olardı. Sosialist inteqrasiya siyasətindən kənara çıxa
bilməyən respublikalar məhz bazar iqtisadiyyatından məhrum olduqları üçün real
ehtiyaclara uyğun iqtisadiyyat qura bilmirdilər.
80-ci illərin sonunda iqtisadi böhranın görünməmiş səviyyəyə çatması sovet
iqtisadi və siyasi sistemini iflasa doğru aparırdı.
1991-ci il dekabrın 8-də SSR -nin 3 respublikasının - Rusiya, Ukrayna və
Belorus respublikalarının Minsk görüşündə SSR -nin buraxılması və müstəqil
dövlətlər birliyinin yaradılmasına dair razılaşma əldə edildi. Bu razılaşma əslində
SSR -nin qanunauyğun yekunu idi.
1991-ci il dekabrın 21-də MDB-nin yaradılması barədə razılaşmaya əsasən bu
quruma daha 8 ölkə - Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova,
Tacikistan, Türkmənistan və Özbəkistan daxil oldu. 1993-cü ilin dekabrında MDB-yə
Gürcüstan da daxil oldu.
Müstəqilliyin ilk dövrlərində (1992-1993-cü ilin əvvəllərində) artıq ölkələr
arasında yeni münasibətlər yaranırdı. Bu qısa vaxt ərzində birliyini təşkilatı strukturu
yarandı: Dövlət başçıları şurası, Hökumət başçıları şurası, Parlamentlərarası
assembleya, 1993-cü ildən Minskdə icraedici katiblik fəaliyyət göstərir, Xarici işlər
nazirliyi şurası MDB ölkələrinin müdafiə nazirlər şurası, Sahəvi əməkdaşlıq orqanı,
Xarici qtisadiyyat təsisatların rəhbərləri şurası, Neft və qaz üzrə hökumətlərarası
ş
ura, iqtisadiyyatın digər sahələri üzrə rəhbərlərin hökumətlərarası şurası və s.
Bir neçə il ərzində MDB ölkələri arasında iqtisadi, sosial, müdafiə və s.
sferalarda qarşılıqlı iqtisadi əməkdaşlığın prinsip və istiqamətlərini təyin edən
yüzlərlə ikitərəfli və çoxtərəfli razılaşmalar əldə edilmişdir.
MDB ölkələrinin qarşılıqlı əlaqələrində ən mühüm nailiyyətlərindən biri 1993-
cü ildə iqtisadi ittifaqın yaradılması barədə razılaşma olmuşdur. Bu inteqrasiyanın
uzun müddətli məqsədlərini - məhsul, xidmət, kapital və işçi qüvvəsini vahid
bazarının yaradılmasını müəyyən edirdi. Bu vahid bazarın yaranmasına qədər
iştirakçılar, azad ticarət zonası, gömrük ittifaqı və valyuta ittifaqı kimi mərhələləri
görürdülər.
Lakin iqtisadi inteqrasiyaya dair razılıq hələ kağız üzərindədir. MDB ölkələri
hələ ki, heç bir ciddi səlahiyyətlərə malik deyillər.
Bununla yanaşı, MDB ölkələrinin ümumi iqtisadi mühitinin saxlanması və
möhkəmləndirilməsinə olan maraq keçmiş SSR ölkələrinin ötən 10 ildə yaxın
qarşılıqlı əlaqələri ilə əlaqədardır. Keçmiş SSR üçün yüksək intensivlik xarakterik
idi. Ölkələrarası mübadiləyə milli məhsulların 20%-dən çoxu cəlb olunmuşdu. 104
sahə üzrə tərtib olunmuş balansda Rusiyanın idxalı 102, ixracı isə 104 məhsul
üzərində qurulmuşdur. Digər ölkələrdən gətirilmə üzrə Rusiya öz tələbatını
maşınqayırma məhsulları üzrə 23%, neft-qaz kompleksi üzrə 80%, qara və əlvan
metallurgiya üzrə 30%-dən çox, kimya və yüngül sənaye üzrə 25% ödəyirdi.
Elektrovoz, elektrik qatarları, kombayn, pambıq və digər hazır məhsullar üzrə öz
tələbatını 100% ödəyirdi.
Rusiyanın yaxın xaric ölkələri bazarında öz iştirakının saxlaması təkcə keçmiş
ittifaq daxili şəraitlə deyil, gələcək iqtisadiyyatını təyin edən bəzi amillərdən asılı idi.
SSR dağılandan sonra Rusiya hüdudlarından kənarda onun iqtisadiyyatına 50-100%
təmin edə biləcək bir sıra əlvan və nadir metal yataqları aşkar olunmuşdur.
Rusiya istehsalının tarixən mənimsənilmiş bazarda hazır məhsulların satışına
olan maraq onun dünya bazarında rəqabət qabiliyyətliliyi ilə həmçinin investisiya
resurslarının məhdudluğu ilə əlaqədardır.
Yaxın xaric ölkələri ilə iqtisadi əməkdaşlıq, həmçinin əməkdaşlıq rusdilli
diasporaların (26 milyon) maraqlarını tələb edir. Rusdilli əhalinin əksəriyyəti
təsərrüfat əlaqələrinin dağılmasından əziyyət çəkən müəssisələrdə məşğuldurlar.
Onu qeyd etmək lazımdır ki, hal-hazırda Rusiyada sərhədboyu subregional
inteqrasiya prosesləri dinamik inkişaf edir. MDB ölkələrinin digər ölkələrlə alternativ
təsərrüfat əlaqələri yaranır. Milli bazar transmilli korporasiyalar tərəfindən
mənimsənilir, qərb firmaları ilə əməkdaşlıq Rusiyadan gətirilən məhsullardan asılılıq
səviyyəsinin aşağı salır.
Bunun nəticəsində Rusiyada iqtisadi islahatların dəyişikliklərin nəticəsi və
perspektivləri onun dünya iqtisadiyyatında yeri daha çox onun yaxın xaric
bazarlarında mövqeyinin qorunub saxlanması və möhkəmləndirilməsi ilə təyin
olunur. Problemin kəskinliyi onunla təyin olunur ki, milli iqtisadiyyatların 3-cü
ölkələrə doğru istiqamət alması yaxın vaxtlarda bərpa olmayan xarakterə gətirib
çıxara bilər.
Bununla bərabər yeni yaranmış müstəqil dövlətlər üçün tutumlu Rusiya bazarı
təkcə cəlbedici deyil, bəzən xammal, material, enerji daşıyıcıları, bir çox kənd
təsərrüfatı və sənaye məhsullarının idxalı və ixracı üçün alternativ olmayan bir
məkandır.
MDB ölkələri çərçivəsində inteqrasiya meylləri aşağıdakı amillərlə izah
olunur:
− Əmək bölgüsü - hansı ki, qısa zaman kəsiyində tamamilə dəyişmək
mümkünsüz idi. Bəzi hallarda bu ümumiyyətlə məqsədəuyğun deyildi. Çünki əmək
bölgüsü təbii iqlim, tarixi inkişaf səviyyəsi ilə bağlıdır.
− Ölkələrdə geniş əhali kütləsinin arzu və istəkləri - MDB ölkələrində qarışıq
ə
hali arasında sıx əlaqələri, qarışıq nigahlar, ümumi mədəniyyət elementlərinin
saxlanması, dil maneələrinin olmaması əhalinin azad hərəkəti və s. amillər təsir edir.
− Texnoloji qarşılıqlı asılılıq.
Lakin inteqrasiya prosesləri əks meyllərlə müşahidə olunur ki, bu da hər
ş
eydən əvvəl keçmiş sovet respublikalarında hakim dairələrinin əvvəlki
hakimiyyətlərini möhkəmləndirmək niyyətidir. Buna şərtsiz bir prioritet kimi baxır və
iqtisadi faydalılığı ikinci plana keçirirdilər. Hər bir inteqrasiya hətta ən mülayim olsa
belə birliyin vahid orqanına müəyyən hüquqlar verir.
Keçmiş sovet məkanındakı hər bir inteqrasiya proseslərini mənfi qarşılayan
qərb əvvəl gizli, sonradan isə açıq şəkildə bütün formalarda inteqrasiya proseslərinə
fəal şəkildə təsir etməyə başladı. MDB ölkələrinin qərbdən maliyyə və siyasi
asılılığını nəzərə alaraq bunu inteqrasiya proseslərinə bir maneəçilik kimi
dəyərləndirmək olmaz.
Postsovet ölkələrinin inteqrasiyaya hazırlığı müxtəlif idi. Bu müxtəliflik təkcə
iqtisadi deyil, siyasi hətta etnik amillərlə də bağlı idi. lk əvvəl baltikyanı ölkələr
MDB strukturunda iştiraka qarşı çıxmışdılar. Bu ölkələr üçün Rusiyadan
"idarəedilmək" və öz hökmranlığını yalnız "Avropaya" daxil olmaq yolu ilə
möhkəmləndirmək istəyi daha əsas idi. Baxmayaraq ki, MDB ölkələri ilə əlaqələri
inkişaf etdirmək marağında da idilər.
MDB daxilində inteqrasiyaya möhkəm münasibət Ukrayna, Gürcüstan,
Türkmənistan daha müsbət isə Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan
tərəfindən bildirilirdi.
Bu ölkələrdən bir çoxu MDB-yə "sivilizasion ayrılma" kimi öz dövlətçiliyini
qaçılmaz itkiləri minimumlaşdırmaq vasitəsilə möhkəmləndirmək kimi baxırdılar.
Ölkələrin real yaxınlaşması vəzifəsi ikinci plana keçirdi. Bu ölkələr öz siyasi
vəziyyətinə çatmaq üçün inteqrasiya qrupları mexanizmindən istifadə etməyə
çalışırdılar. Xüsusilə Gürcüstan Abxaziya separatizminə qarşı müharibədə MDB
vasitəsilə iqtisadi və siyasi blokadaya nail olmaq istəyirdi.
MDB
yaradılarkən
onun
nizamnaməsində
birliyin
məqsədləri
müəyyənləşdirirdi - MDB üzvlərinin iqtisadi, siyasi və humanitar sahələrdəki
inteqrasiyaya imkan yaratmaq, insanlar arasında əlaqə və münasibətləri inkişaf
etdirmək, üzv ölkələrin dövlət institutları və müəssisələri arasında əlaqələrin bərpaçı
və yeniləşməsi.
MDB-nin yeni yaranmış ölkə hökumətləri öz iqtisadi məqsəd və prioritetlərini
formalaşdırarkən keçmiş ittifaq ölkələri arasında tarixən mövcud olmuş əmək
bölgüsünün "aradan qaldırılmasının" mümkünsüzlüyünü anladılar. Keçmiş ittifaq
ölkələri arasında qarşılıqlı asılılıq çox güclü idi.
Keçmiş SSR respublikaları arasında kooperasiya əlaqələrinin qırılmasına
ə
lavə olaraq Q YŞ çərçivəsində istehsal əməkdaşlığı münasibətlərinin itirilməsi oldu.
20% tənəzzülün səbəbi təkcə keçmiş partnyorlar arasında təsərrüfat əlaqələrinin
qırılması olmuşdu. 90-cı illərin sonu üçün bu itki ümumdaxili məhsul ilə nisbətdə
hələ də artırdı. MDB ölkələri iqtisadiyyatlarının strukturu və yetkinlik səviyyələrinə
görə bir-birindən fərqlənir. Rusiya, Ukrayna, Qazaxıstan emaledici sənayedə, o
cümlədən maşınqayırma sənayesi, diversifikasiyalaşmış istehsalın sahəsi strukturunu
böyük həcminə görə milli təsərrüfatlarının kifayət qədər inkişafı ilə fərqlənir. Digər
ölkələri inkişaf etməkdə olan ölkələr siyahısına aid etmək olur. Onlar iqtisadiyyatın
ağır-xammal strukturu, hasiledici sənayenin xüsusi çəkisi və kənd təsərürfatı və
mineral xammalın ilkin emaledici sahələrində fəaliyyət göstərirlər. Onlar xarici
ticarətin böyük hissəsini öz aralarında həyata keçirirlər.
Birlik daxilində qarşılıqlı iqtisadi əlaqələri qüvvətləndirərkən ayrı-ayrı
ölkələrin göstəricilərini nəzərdən keçirmək lazımdır.
Qazaxıstan və Belarus Rusiyanın səviyyəsinə daha yaxındır (ÜDM-nin 77 və
71%-i). Bundan sonra Gürcüstan (48%), Ukraynadır (45%). Azərbaycan və
Türkmənistan (28%), Ermənistan (26%), Moldova (24%), Qırğızıstan (18%) və
Tacikistan (11%) zəif inkişaf etmiş ölkələrə daxildir.
Göstəricilərin dəyəri MDB-nin keçid iqtisadiyyatlı ölkələri üçün kifayət qədər
etibarlı alət deyil. Ona görə məşğulluğun strukturuna diqqət yetirək.
Kənd təsərrüfatında məşğulluğun ümumi həcminə görə 3 qrup ölkə var.
Rusiya, Belarus, Qazaxıstan və Ukrayna - 13-24%. Orta Asiya ölkələrində xüsusilə
Tacikistan, həmçinin Gürcüstan və Moldova aqrar sektorun həcmi məşğulluğun
xüsusi çəkisinə görə aşağıdır. Burada əhalinin böyük hissəsi hələ sənayeləşmə
dövrünə qədəm qoymamışdır.
Ümumdünya inteqrasiya meyllərindən fərqli olaraq postsovet məkanında
ölkələrin iqtisadi cəhətdən ayrılma prosesi gedir.
MDB ölkələrinin qarşılıqlı münasibətlərindən danışdıqda onların qarşılıqlı
çətinlikləri, yaranmaqda olan iqtisadi fəaliyyətin qloballaşması (regional və
subregional) proseslərini nəzərdən keçirmək lazımdır.
Hamıya məlumdur ki, qlobalizasiyanın hərəkətverici qüvvələri - ölkənin
ticarəti, kapital bazarının liberallaşdırılması, yeni texnologiyaların, məhsulların
bölüşdürülməsi, mübadiləsi strategiyası və istehsalın beynəlxalq xarakterinin
möhkəmləndirilməsi, məhsul, xidmət və kapitalın hərəkəti zamanı yaranan maneələri
aradan qaldırılmasına doğru atdığı addımlardır.
Qlobalizasiya meylləri dünya iqtisadiyyatında müxtəlif cür qiymətləndirilir.
Bunlar EÖ-də meydana gəlir, inkişaf edir və EOÖ-ə böyük təhlükələr yaradır. Bu
təhlükələrin olmaması üçün MDB ölkələri öz unikal geosiyasi mövqeyindən istifadə
edərək öz iqtisadi maraqlarını qoruya və dünya bazarlarına aktiv şəkildə müdaxilə
edə bilər. Bunun üçün bütün hərəkətverici qüvvələr vardır. MDB ölkələri spekrli və
böyük həcmli təbii resurslara, güclü elmi-texniki potensiala, ixtisaslı mütəxəssislərə
və işçi kadrlara malikdir.
Qərbi Avropa və inkişaf edən Asiya-Sakit Okean regionu arasında geosiyasi və
sosial mədəni bir qurum kimi inteqrasiya edən Müstəqil Dövlətlər Birliyi hal-hazırda
beynəlxalq siyasi və iqtisadi münasibətlər sisteminə aktiv şəkildə təsir etmək
gücündədir.
Yeni müstəqil dövlətlərin yaranmasından açıq bazar iqtisadiyyatının
formalaşmasına istiqamət götürən keçmiş ittifaq respublikaları dərin iqtisadi
transformasiyalara məruz qalmışdır.
Nəticədə hal-hazırki dövrdə demək olar ki, bazar iqtisadiyyatının bazisi vardır.
Bir çox ölkələr iqtisadiyyatın açıqlığı, liberalizasiyası ilə təmin olunmuş və bir çox
dövlət müəssisələri və təşkilatlarında iri miqyaslı özəlləşdirmə prosesləri
aparılmışdır.
Keçmiş sovet məkanında MDB-nin bütün ölkələrində iqtisadi münasibətlərin
yeni əsasda qurulması prosesi başlamışdır. Bu konteksdə qeyd etmək lazımdır ki,
hakimiyyətə nail olmaq onlara sərbəst surətdə xarici bazarlara çıxmaq imkanı verir.
MDB-də mürəkkəb iqtisadi vəziyyətin olması onun ölkələrinin dünya təsərrüfat
ə
laqələrinin qoşulmasına hazır olmaması olmuşdur və bunun da nəticəsində neqativ
dezinteqrasiya prosesləri güclənməkdədir. Bu şəraitdə birlik ölkələri milli maraqların
qorunması şərti ilə qarşılıqlı münasibətləri, əməkdaşlığı inkişaf etdirmək üçün
qanunauyğun şəkildə milli təsərrüfatların kompleks inkişafı yollarını axtarır. Burada
qeyd etmək olar ki, son dövrlərdə inteqrasiya prosesləri güclənməkdədir.
1997-ci ilin oktyabrında Kişinyov sammitindən sonra ilk dəfə MDB-yə bitərəf
bir qiymət verildi. Uzun müddət dövlətlərarası forum işə başladı ki, bu MDB
qarşısında duran kompleks problemlərin həlli, onun inkişafı və perspektivlərini
müəyyənləşdirməsi üçün nəzərdə tutulmuşdu. Daha qısa və konkret vəzifə - tam
qiymətli çoxtərəfli azad ticarət zonası formalaşdırılması irəli sürüldü. Bu dövrdən
etibarən aydınlaşdı ki, 15 aprel 1994-cü il azad ticarət zonasının yaradılması barədə
imzalanan, hələ onun yarısı təsdiq edilən bir razılaşma qarşılıqlı işgüzar tərəfdaşlığın
real bazası olmamışdır.
Burada qeyd etmək lazımdır ki, bu sənəd eks prezidentlərin rəyinə görə çox
yüksək tələblərə cavab verirdi. Bu tədricən gömrük rüsumlarının ləğvini, qarşılıqlı
ticarətdə kəmiyyət məhdudlaşdırmalarını, hər bir iştirakçı üçün 3-cü ölkələrə qarşı
münasibətlərin xarakterini özü müəyyən etməyi nəzərdə tuturdu. Lakin fakt
faktlığında qalır.
Bunun səbəbi müxtəlifdir. Bəzi ekspertlər əsas səbəbi MDB çərçivəsində
iqtisadi qarşılıqlı əlaqələrə təşəbbüsün olmaması və ikitərəfli əlaqələri üstün tutmaq
kimi qiymətləndirirlər. Razılaşmanın ireallaşdırılması üçün bu ölkələrdən ticarət
siyasətində əhəmiyyətli mövqelərin razılaşdırılmasını qaçılmaz qarşılıqlı güzəştlərə
getmək hazırlığını tələb etmiş olur.
Digərləri hesab edir ki, hər hansı bir planı həyata keçirərkən onu real faktlardan
götürmək lazımdır. 3-cülər hesab edir ki, azad ticarət rejiminin səmərəli fəaliyyət
göstərməsi üçün müəyyən bir sərhəddə çatmaq və bazar islahatlarının kefyiyyəti
zəruridir. Buraya dövlətlərin hüquqi və iqtisadi sisteminin bağlılığı və uyğun olaraq
islahatların istiqamətliliyi və sinxronluluğu nəzərə alınmalıdır.
Forum bu arqumentləri nəzərdən keçirdi və azad ticarət zonasının yaradılması
haqqında olan razılaşmaya dəyişikliklər və əlavələr edilməsi haqqında protokol
hazırladı. Protokol özündə prinsipial düzəlişlər və təkliflər çoxluğunu birləşdirirdi ki,
mütəxəssislərin qiymətlərinə görə bu sənədi azad ticarət rejiminin müəyyən məqsədə
yönəlmiş bir sənəd kimi dəyərləndirirdi.
Ə
gər adı çəkilən sənəddə qoyulmuş iddialar həyata keçirilsə, nazirlik və
təşkilatların konkret addımları ilə möhkəmləndirilsə, birlik ölkələri əhalinin həyat
səviyyəsinin qaldırılması üçün onların elmi-istehsal, təbii və əmək potensialından tam
və dolğun istifadə edə biləcək mexanizmə yiyələnəcəkdir. Əməkdaşlığın
müvəffəqiyyətli inikşafı üçün həm yuxarı (dövlət orqanları), həm də aşağılar
(təsərrüfat subyektləri) tərəfindən ardıcıl müəyyən bir məqsədə yönəlmiş bir fəaliyyət
göstərilməlidir. Bunlara iyun ayında keçirilmiş Moskva sammitində təsdiq edilmiş
"MDB-nin 2005-ci ilə qədərki dövrdə inkişafına dair" fəaliyyət proqramında ətraflı
şə
kildə nəzər yetirmişdir. Bu sammitin iqtisadi hissəsində diqqət azad ticarət
zonasının formalaşdırılmasına yönəlmişdir. Proqram kompleks ölçülərin həyata
keçirilməsini nəzərdə tutur ki, bu da son nəticədə ilk növbədə bütün birlik inteqrasiya
sistemi üçün faydalı olan milli iqtisadiyyatların qarşısına qoyduğu vəzifələri, 2-ci
növbədə isə ticarət-iqtisadi münasibətlərində fərqlərin müxtəlifliklərin aradan
qaldırılması, xarici iqtisadi və gömrük qanunvericiliyinin uyğunlaşdırılmasını
nəzərdə tutur.
Hal-hazırda təsdiq etmək olar ki, birliyin əksəriyyət ölkələri çoxdan elan
edilmiş sıx iqtisadi inteqrasiyaya doğru bir istiqamətin mühüm bir hissəsi kimi azad
ticarət rejiminin yaradılmasına səs verirlər. Razılaşmaya imza atan 11 ölkədən
(Türkmənistandan başqa) 9-u sənədin qüvvəyə minməsi üçün artıq dövlətləri
daxilində prosedur qaydaları yerinə yetirmişlər.
Ə
lbəttə ki, azad ticarət zonasının inteqrasiya problemlərinin həllində universal
vasitə olduğunu demək düzgün olmazdı.
Hökumət başçılarının Minskdə keçirilən sonuncu sammitində bu gün MDB
ölkələri ilə münasibətdə ağıllı proteksionizm zəruridir ki, bu da daxili bazarlarda
qarşılıqlı mövqelərin möhkəmləndirilməsi, şəxsi müəssisələrin və təsərrüfat
sahələrinin yeni dünya təsərrüfatında layiqli yer tutması üçün real resurslardan
səmərəli istifadəyə yol açır.
Bir qayda olaraq MDB məkanında cərəyan edən proseslər təhrif edilmişdir.
Sovet məkanı barəsindəki əvvəlki səhv təsəvvürlər artıq postsovet reallıqlarında da
özünü büruzə verməkdədir. Əslində sovet ittifaqı özündə çoxtəbəqəli, sosial iqtisadi
sahədə və dini mədəni sahədə təhlilə müxtəliflik birləşdirirdi. Onun hissələrində olan
müxtəlifliyi 50-ci illərin ortalarında meydana gələn totalitar rejimdə büruzə verirdi.
Bu hadisə ölkələrin gələcək inkişafında böyük rol oynamışdır.
MDB ölkələri arasında diversifikasiyanın dərinləşməsi onların xarici iqtisadi
orientasiyada müxtəlif istiqamətli iqtisadi maraqlarından irəli gəlir. Bildiyimiz kimi,
Rusiya Federasiyası bu məkanda dominant ölkə sayılır və ölkələrin Rusiya ilə
münasibətdə bir neçə qrupları vardır.
1.
Qısa müddətli və uzun müddətli dövrdə plana kritik olaraq xarici yardıma,
xüsusilə Rusiyaya ehtiyacı vardır. Bu ölkələrə Ermənistan, Belarus, Tacikistan aiddir.
2.
Qazaxıstan, Qırğızıstan, Ukrayna və Moldova Rusiya ilə əməkdaşlıq
sahəsində asılıdırlar. Lakin balanslaşdırılmış xarici iqtisadi əlaqələri ilə fərqlənirlər.
3.
Bu ölkələrin Rusiyadan asılılığı zəifdir və getdikcə azalır. Buraya
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan daxildir.
Bu qruplara bölünmə iqtisadi kriteriyalardan irəli gəlir. Belə ki, 1-ci qrupa zəif
inkişaf etmiş ölkələr (Belarusdan başqa) aiddir ki, onların şəxsi energetik bazası
yoxdur. 2-ci qrup aralıq xarakter daşıyır. Məsələn, Qazaxıstan 1-ci qrupa doğru
istiqamətdədir. Qırğızıstan isə əksinə 3-cü qrupa doğru istiqamətdədir. 3-cü qrup
ölkələr təbii resurslardan istifadə etməklə milli iqtisadi məkanda inkişaf modellərini
yeniləşdirməyə doğru can atırlar.
Ə
gər 3-cü qrup ölkələri maksimum iqtisadi və siyasi kursu həyata keçirməyə
çalışırlarsa, 1-ci qrup isə inteqrasiyanın daha doğrusu postsovet məkanında
reinteqrasiya tərəfdarladırıdır. MDB daxilində maksimum yaxınlaşmaya tərəfdar olan
ölkələr Belarus, Türkmənistan və Ermənistandır ki, öz fəaliyyətlərini Rusiya
resursları hesabına davam etdirmək niyyətinəddirlər.
MDB məkanında qarşılıqlı iqtisadi əlaqələri qiymətləndirərkən qeyd etmək
lazımdır ki, burada inteqrasiya amilləri ilə yanaşı əks təsirli mexanizmlər də vardır.
hər şeydən əvvəl qeyd etmək lazımdır ki, birlik sosial-iqtisadi böhran keçirir. Sosial-
iqtisadi inkişafda iqtisadi və siyasi islahatların həyata keçirilməsi istiqamətlərində
xarici siyasi, xarici iqtisadi orientasiyada müxtəliflik konfliktlərin tənzimlənməsi
birlik daxilində inteqrasiya prosesləri üçün gərəkli olan xarici və iqtisadi şərtləri
təmin edir. 2-ci amil iqtisadi potensiala görə fərqlilik Rusiyanın payına ÜDM-nin
80%-i düşür. 3-cü amil MDB ölkələrində hələ bazar islahatları sona çatmamışdır. Bu
da vahid bazar məkanının formalaşmasında problemlər yaradır. 4-cüsü isə dünya
dövlətlərinin bu məkanda baş verən proseslərə əks təsiri.
Dostları ilə paylaş: |