AZƏrbaycan döVLƏt qt sad un vers tet mag stratura məRKƏZ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix21.04.2017
ölçüsü0,64 Mb.
#15035
1   2   3   4   5   6   7

GUAM çərçivəsində həyata keçirilən layihələr: 

GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və 

Dövlətlərarası  nformasiya-Təhlil  Sistemi  (VM/D TS)  layihəsi  və  Ticarətə  və 

Nəqliyyata  Yardım  (TNY)  layihəsi  həyata  keçirilməkdədir.  TNY  GUAM  dövlətləri 

arasında  ticarət  və  nəqliyyat  sahəsində  əlaqələrinin  genişləndirilməsi  və 

intensivləşdirilməsi  məqsədini  daşıyırsa,  VM/D TS  məlumat  mübadiləsi  və  digər 

operativ  xarakterli  tədbirləri  həyata  keçirmək  vasitəsilə  ticarət  və  nəqliyyatın 

inkişafına,  onun  effektiv  və  təhlükəsiz  fəaliyyət  göstərməsinə  təminat  verir.  Hər  iki 

layihə  GUAM-ABŞ  Çərçivə  Proqramının  əsas  elementləri  hesab  olunaraq  bir-birini 

tamamlayır və onların paralel şəkildə həyata keçirilməsin nəzərdə tutulur. VM/D TS 

layihəsi çərçivəsində hər bir GUAM dövlətində Milli  nformasiya-Təhlil Mərkəzi və 

ş

çi  qruplar  yaradılmış  və  hüquq-mühafizə  orqanlarının  müvafiq  ekspertləri  bu 



istiqamətdə  ilkin  məlumat  mübadiləsi  aparırlar.  TNY  layihəsinin  həyata  keçirilməsi 

məqsədilə hər bir GUAM dövləti milli planları əsasında dördtərəfli əməkdaşlıqlarını 

davam etdirirlər. 

Həmçinin, qeyd olunmalıdır ki, GUAM dövlət başçıları Kiyev Zirvə Toplantısı 

zamanı  Azad  Ticarət  Zonası  haqqında  Sazişin  həyata  keçirilməsinin  başlanmasını 

elan etmişlər və buna dair müvafiq işlər görülməkdədir. 



GUAM üzv dövlətlərin həll olunmamış münaqişələr üzrə əməkdaşğı: 

Kiyev  Zirvə  Toplantısında  qəbul  olunmuş  “Demokratiya  və  qtisadi  nkişaf 

naminə  Təşkilat-GUAM  dövlət  başçılarının  münaqişələrin  nizamlanması  üzrə  Birgə 

Bəyannamə”sində aşağıdakı əsas məqamlar qeyd olunmuşdur: 

− 

GUAM  dövlətlərinin  ərazilərindəki  münaqişələrin  həlli  yalnız  suverenliyinin 



qorunması,  ərazi  bütövlüyü  və  bu  dövlətlərin  beynəlxalq  səviyyədə  tanınan 

sərhədlərinin  toxunulmamazlığı  əsasında  həyata  keçirilə  bilər  və  bu  GUAM 

çərçivəsində əməkdaşlığın əsas prioritetlərindən hesab edilir; 

− 

Dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz; 



− 

Separatizm  və  dezinteqrasiya  perspektivsizdir.  Güc  tətbiqi,  etnik  təmizləmə 

təcrübəsi və ərazi işğalı universal və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik 

və regional əməkdaşlıq prinsiplərinə ziddir; 



 

− 

Nəzarət  olunmayan  ərazilərin  məxsus  olduqları  dövlətlərə  reinteqrasiyası, 



məcburi  köçkünlərin  daimi  yaşayış  yerlərinə  qayıtmaları  və  müxtəlif  etnik  qruparın 

dövlətlərin  beynəlxalq  səviyyədə  tanınmış  sərhədləri  çərçivəsində  sülh  şəraitində 

birgə  yaşamaları,  vətəndaş  cəmiyyətinin  inkişafı,  bu  ərazilərdə  dağıdılmış 

infrastrukturun  bərpa  edilməsi  və  həmçinin  kommunikasiyaların  bütün  tərəflərin 

faydası  üçün  istifadə  edilməsi  yolu  ilə  GUAM  dövlətlərinin  ərazilərindəki 

münaqişələrin  həllində  bu  dövlətlərin  və  beynəlxalq  ictimaiyyətin  səylərinin 

birləşdirilməsi;  

− 

Ə



halinin  geri  qayıtması  və  etnik  icmaların  sülh  şəraitində  birgə  yaşamaları 

məqsədilə  münaqişə  zonalarının  demilitarizasiyası  və  bu  zonalarda  BMT  və  ATƏT 

çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi köməyi ilə təhlükəsizliyi təmin 

olunması;  

− 

GUAM  Xarici  şlər  Nazirləri  Şurasının  bu  Bəyanatın  müddəalarının  həyata 



keçirilməsi məqsədilə konkret tədbirlərin hazırlaması. 

GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir 

sıra  tədbirlər  görməkdədirlər.  Belə  ki,  BMT  və  BMT  sistemi  təşkilatlarında  birgə 

mövqedən  çıxış  edərək  məqsədyönlü  şəkildə  iş  aparmaq  üçün  GUAM  dövlətləri 

arasında  razılaşma  əldə  olunmuş,  GUAM  dövlətlərinin  beynəlxalq  təşkilatlar 

nəzdindəki  Daimi  Nümayəndəliklərinin  fəaliyyət  planları  qəbul  olunmuşdur.  Bu 

istiqamətdə aparılan işlərin nəticəsi kimi “GUAM ərazisində uzanmış münaqişələr və 

onların beynəlxalq sülhə, təhlükəsizlik və inkişafa təsiri” adlanan 42 bənd BMT 61-ci 

sessiyasının  gündəliyinə  daxil  edilmişdir.  5  dekabr  2007-ci  il  tarixində  bu  bənd 

altında eyni adlı qətnamə layihəsi baxılması üçün BMT Baş Assambleyasında rəsmi 

yayılmışdır.  Hal-hazırda  GUAM  dövlətləri  arasında  qətnamənin  qəbul  olunmasına 

dair məsləhətləşmələr aparılır. 

GUAM-da  Azərbaycanın  Sədrliyi  19  iyul  2007-ci  ildə  Bakı  Zirvə 

Toplantısından  başlayaraq  1  iyul  2008-ci  il  Batumi  Zirvə  Toplantısınadək  davam 

etmişdir. 

“GUAM:  qitələri  birləşdirərək”  şüarı  altında  keçirilmiş  Bakı  Zirvə  Toplantısı 

Təşkilatın  inkişafının  uzunmüddətli  prioritetlərini  müəyyən  etmiş,  onun  instusional 


 

cəhətdən  möhkəmləndirmiş  və  tərəfdaş  ölkələrlə  “GUAM+”  formasında 

ə

məkdaşlığım  üstünlüklərini  nümayiş  etdirmişdir.  Azərbaycan  Respublikasının 



Sədrlik  proqramında  əksini  tapmış  bu  strateji  istiqamətlər  Təşkilatın  2007-2008-ci 

illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil etmişlər. Azərbaycan Sədrliyi üzv-

dövlətlərin  və  Katibliyin  əlaqələndirilmiş  səyləri  nəticəsində  GUAM-ın  beynəlxalq 

mövqeyinin  möhkəmlənməsi  və  Təşkilatın  keyfiyyətcə  yeni  inkişafı  ilə  yadda 

qalmışdır.  

Bakı Zirvə Toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya 

və  təhlükəsizlik  məkanının  yaradılması  ideyası  Azərbaycan  Sədrliyinin  başlıca 

vəzifəsi  idi.  Bu  ideyadan  irəli  gələrək  Sədrlik  edən  ölkənin  diqqəti  GUAM-ın 

regional  əhəmiyyətinin  möhkəmləndirilməsinə  və  ona  beynəlxalq  dəstəyin 

gücləndirilməsinə, üzv-dövlətlərin ümumi maraqlarının konsolidasiyasına və Təşkilat 

daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yönəlmişdir.  

Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası Təşkilat çərçivəsində 

sahələr  üzrə  əsas  əməkdaşlıq  istiqamətlərini  müəyyənləşdirən  GUAM-ın  Sahəvi 

Ə

məkdaşlığının  nkişafı Strategiyasını qəbul etmişlər. 



 

NƏT CƏ VƏ TƏKL FLƏ

Birlik  ölkələrində  sosial-iqtisadi  situasiya  birtərəfli  şəkildə  qiymətləndirilə 

bilməz.  Bir  tərəfdən  bir  çox  ölkələrlə  iqtisadi  inkişafın  dirçəlişi  və  siyasi  həyatın 

sabitləşməsi  sahəsində  müsbət  nəticələr  əldə  olunmuşdur.  Digər  tərəfdən  ayrı-ayrı 

ölkələrdə  siyasi  problemlər,  həmçinin  maliyyə,  elmi,  təhsil,  ekologiya  sahəsində 

problemlər hələ də qalır. 

Üzv ölkələrinin çox tərəfli əməkdaşlıqları çərçivəsində praktiki olaraq heç bir 

ciddi  vəzifə  həll  edilməyib.  Bununla  belə  müəlliflərin  MDB  ölkələrinin  siyasi 

vəziyyətinin  analizi  və  iqtisadi  inteqrasiyanın  gələcək  inkişafının  prioritet 

istiqamətlərinin  müəyyənləşdirilməsi  göstərir  ki,  qarşılıqlı  maraqlar  iqtisadiyyatın 

bütün  sfera  və  sahələrində,  xüsusilə  istehsalda  üstünlük  nəqliyyat,  yanacaq-

energetika, aqrosənaye kompleksinə verilməklə ödənməlidir. 

ndiki  dövrdə  sənayenin  bütün  sahələrində  sabitləşməyə  mənfi  təsir  göstərən 

faktorlardan biri uzunmüddətli möhkəm kooperasiya əlaqələrinin olmaması, maliyyə 

sferasında  qeyri-sabitlik  və  tələbin  aşağı  düşməsi,  investisiya  resurslarının  kifayət 

etməməsidir. 

Bununla əlaqədar inteqrasiyanın dərinləşməsi üçün təkcə gələcək inkişaf üçün 

qanunvericilik  bazası  yaradılmır,  lakin  mikro  səviyyədə  konkret  addımlar  atılır. 

Bunlara:  müştərək  müəssisələrinin,  maliyyə-sənaye  qruplarının  və  digər  transmilli 

qrupların birgə proqram və layihələrin işlənməsi aiddir. 

Nəqliyyat  və  rabitə  sahəsində  bu  istiqamətdə  razılaşdırılmış  tarif  və  texniki 

siyasətin həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin yaradılmasını əlavə edirlər. Tələb 

olunur  ki,  norma  və  standartlar  razılaşdırılsın,  məhsul  və  xidmətlərin  başlıca 

istehsalçılarına dəstək verilsin. 

MDB ölkələrində həyata keçirilən islahatlardan əldə olunan nəticələrdən aydın 

olur ki, dünya iqtisadiyyatında iştirakın sabit və balanslaşdırılmış şəkildə olması üçün 

iqtisadi, sosial, institusional islahatların dövlətlərarası tənzimlənməsi vacibdir. 

Optimizmə  əsaslanıb  qeyd  etmək  lazımdır  ki,  son  dövrlər  MDB  ölkələrinin 

ticarət-iqtisadi əlaqələrində əhəmiyyətli dəyişikliklər müşahidə olunur ki, bu da onları 

beynəlxalq təcrübədə tətbiq olunan norma və qaydalara doğru yaxınlaşdırır. 



 

Birincisi,  dövlətlərarası  ekvivalent  əsasında  məhsul  tədarükü  sistemi  dəyişib, 

xüsusi dövlət xarici ticarət əlaqələri dayanıb.  

kincisi, xarici ticarət fəaliyyətinin vergi, gömrük və valyuta nəzarəti vasitəsilə 

dövlət fəaliyyətindən dolayı yolla tənzimlənmənin rolu artmışdır. 

Üçüncüsü,  xarici  qeyri-tarif  metodlarından  məhdud  istifadə  əsasında 

formalaşan xarici ticarət mexanizminin formalaşması başa çatması. 

Dördüncüsü,  xarici  iqtisadi  fəaliyyətin  ardıcıl  surətdə  liberallaşdırılması 

nəticəsində ticarət əlaqələri bazar prinsipləri əsasında daha sabit şəkildə inkişaf edir. 

Hal-hazırda  MDB  ölkələrində  azad  ticarət  rejiminə  keçid  üçün  zəruri  ilkin 

şə

rait yaranmışdır. Yerdə qalan məsələ sənədin qüvvəyə  minməsi üçün prosedurları 



yerinə  yetirmək,  məhsul  və  xidmətlərin  idxal  və  ixracı  zamanı  dolayı  vergilərin 

toplanması  sistemini  unifikasiya  etmək  və  valyuta  tənzimlənməsinin  ümumi 

prinsipləri və razılaşdırılmış metodologiyalara keçmək lazımdır. 

Lakin  azad  ticarət  zonası  sosial  iqtisadi  əməkdaşlıq  sahəsində  həm  köhnədən 

qalmış,  həm  də  yeni  yaranan  problemlərin  heç  də  hamısını  həll  etmək  iqtidarında 

deyil.  nteqrasiyanın  inkişafında,  dərinləşməsində  qarşıda  duran  başqa  vəzifələr 

vardır. Aydındır ki, azad ticarət zonası məhsul mübadiləsini stimullaşdırmaqla yanaşı 

ictimai  həyatın  başqa  sahələrində  qarşılıqlı  əlaqə  və  münasibətləri  stimullaşdırır. 

Azad ticarət zonası milli institut və təsisatları əhalinin sosial müdafiəsi problemlərinə 

baxmağı, informasiya siyasətinin həyata keçirilməsini və s. baxmağı tələb edir. 

MDB-nin 

Azərbaycanın 

iqtisadi-siyasi 

həyatındakı 

rolu 

birmənalı 



qiymətləndirilə bilməz. Son illərin təcrübəsi MDB-nin əsl inteqrasiya qruplaşmasına 

çevrilməsinin perspektivlərini kəskin azaldır. Bu əsasən məqsəd və vəzifələrin fərqli 

anlaşılması ilə izah edilir. Nəticədə, ölkələrin qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsi 

azalmaqda  davam  edir.  MDB  çərçivəsində  inteqrasiyanın  dərinləşməsinin  qeyri-

perspektivliyi  Azərbaycan  da  daxil  olmaqla,  müstəqil  dövlətlərin  öz  milli  inkişaf 

strategiyalarının yaranmasına səbəb oldu. 

 

 


 

Ə

DƏB YYAT S YAHISI 

 

1.

  Ш.Гаджиев  "Азеpбайджан  на  пути  к  миpовому  сообществу:  стpатегия 



внешнеэкономического

 pазвития" Киев 2001. 

2.

  Əvəz Bayramov "Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika" Bakı 



1997. 

3.

  Əvəz Bayramov " nhisarizm" Bakı 2002. 



4.

  Ахмедов А.И, Мухсинов Л.Х, Азизов Ф.H, Гадъжиева С.М "Междуна-

pодная тоpговля Азиатской Республики" Баку 2002. 

5.

  М.Е.Гулиев "Экономические связи Азеpбайджана с Россией: пpоблемы 



п

pиоpитеты, пеpспективы" Санкт-Петеpбуpг 2002. 

6.

  Məmmədov  X.,  Mizəyev  S.  " qtisadi  islahatlar strateji  inkişaf  yolumuzdur" 



Bakı 2002. 

7.

  Qəzet: "Gömrük xəbərləri" 24 yanvar 2013. 



8.

  Х.Тиммеpман  "Пpоцессы  дезинтегpации  и  pеоpганизации  СHГ"  МЭ  и 

МО

 № 12, 2010. 



9.

  Б.Кpасин, С.Астахова "Экономика стpан СHГ в 2012 г". МЭ и МО № 12, 

1999. 

10.


  H.Шапиpо "Интегpация стpан СHГ: Политический и економикотеоpети-

ческий


 аспект" МЭ и МО № 7, 2011. 

11.


  О.Резникова  "Модеpнизация  России  и  взаимодействие  в  СHГ".  МЭ  и 

МО

 № 3, 2000. 



12.

  Ю.Яpов  "Глобализация  экономики  и  pазвитие  интегpационных 

п

pоцессов в СHГ" РЭЖ № 1, 2011. 



13.

  М.Кpотов  (Санкт-Петеpбуpг)  "Экономического  интегpация  стpан  СHГ: 

п

pоблемы и пеpспективы" РЭЖ № 1, 2010. 



14.

  H.Исингаpин  (Алма-Ата)  "СHГ:  интегpационно-дезинтегpационные 

факто

pы сценаpии pазвития и тенденция" РЭЖ № 9, 2012. 



15.

  А.КОЗИК  (Минск),  П.Кохно  "СHГ:  pеалии  и  пеpспективы  (фpагмнты 

введения

 и заключения к моногpафии)" РЭЖ № 10, 2011. 

16.

  Azərbaycan Respublikasının Statistik Göstəriciləri 2014. 



17.

  Ф.Устинов  "Внешняя  тоpговля  (Статиститический  сбоpник)"  Москва 

2012. 

18.


  Azərbaycan rəqəmlərdə 2014.  

19.


 

www.stat.gov.az

 

20.


 

www.economy.gov.az

 

21.


 

www.mfa.gov.az

 

22.


 

www.cisstat.org

 

 


 

REZUME 

 

 



This  Masters  dissertation  discusses  theoretical  and  practical  issues  of  integrational 

processes in the context of the CIS and the participation of Azerbaijan therein. The 

study  analyzes  the  establishment  of  the  CIS,  evolution  of  its  development,  and 

challenges of integrational cooperation. Various directions for collaboration between 

Azerbaijan  and  the  CIS  member  states  are  examined:  foreign  trade,  investments, 

currency and credit systems. On the basis of the conducted analysis, the dissertation 

proposes  a  number  of  recommendations  for  the  advancement  of  Azerbaijan’s 

participation in the CIS on the contemporary stage. 

 

 

 



 

 

 



 

 

РЕЗЮМЕ



 

 

B  магистерской  диссертации  рассмотрены  теоретические  и  практические 

вопросы

  интеграционных  процессов  в  рамках  СНГ  и  участия  в  нём 



Азербайджана

.  В  работы  проанализированы  аспекты  создания  СНГ,  эволюция 

его

  развития  и  проблемы  интеграционного  взаимодействия.  Выявляются 



различные

  направления  сотрудничества  Азербайджана  со  странами  СНГ: 

внешняя

 торговля, инвестиции, валютно-кредитной системы.



 

На

 основе проведённого анализа в магистерской диссертации обосновываются 



ряд

  предложений  и  рекомендация  по  совершенствованию  участия 

Азербайджана

 в СНГ на современном этапе. 



 

 «Azərbaycan Respublikasının MDB ölkələri ilə iqtisadi əlaqələrinin 

kompleks tədqiqi» mövzusunda yazdığı magistr dissertasiyasının 

 

REFERATI 

 

Tədqiqat  mövzusunun  aktuallığı.  Müasir  qloballaşma  şəraitində  dünya 

iqtisadiyyatının  inkişafı  bir  sıra  hadisələrlə  və  meyillərlə  müşahidə  edilmişdir. 

Birincisi,  dünya  sosialist  sisteminin  və  SSR -nin  dağılmasından  sonra  ölkələrin 

ə

ksəriyyəti  dünya  təsərrüfat  əlaqələrinə  qoşulmuşlar.  kincisi,  xarici  iqtisadi 



ə

laqələrin liberallaşdırılması bir çox ölkələri əhatə edir. Üçüncüsü, vahid standartların 

geniş  tətbiqi.  Makroiqtisadi  siyasətin  vahid  kriteriyaları  yaranır.  Bütün  dünya 

iqtisadiyyatının  qloballaşmasını  xarakterizə  edən  xüsusiyyətlər  ayrıca  bir  iqtisadi 

birliklər səviyyəsində təzahür edir. 

Postsovet  arealında  mürəkkəb  və  ziddiyyətli  bir  proses  əvvəl  vahid  xalq 

təsərrüfatı  kompleksinin  hissələrini  təşkil  edən  respublikaların  bir-biri  ilə  qarşılıqlı 

təsərrüfat  fəaliyyətinin  uyğun  olaraq  müasir  suveren  ölkələrarası  qarşılıqlı 

münasibətlərinə  transformasiya  prosesi  baş  verməkdədir.  Bu  qarşılıqlı  münasibətlər 

bir  tərəfdən  onların  subyektlərinin  10  illərlə  yaradılmış  istehsal-texnoloji  və 

kooperasiya əlaqələri elmi-texniki bazarın vahidliyi və s. əsasında formalaşmış, hətta 

alternativsiz qarşılıqlı tamamlama ilə səciyələnən dərin qarşılıqlı asılılıqla xarakterizə 

olunur.  Digər  tərəfdən  keçmiş  SSR   respublikaları  dünya  təsərrüfatı  sisteminə 

müstəqil qoşulma cəhdləri ilə nəinki siyasi, hətta iqtisadi xüsusiləşmə ilə xarakterizə 

olunur. 

Azərbaycanın  xarici  iqtisadi  siyasət  strategiyasının  prioritet  istiqamətlərindən 

biri  onun  müasir  dünya  təsərrüfatı  proseslərinə  qoşulmasıdır. 

nteqrasiya 

proseslərinin  eninə  və  dərininə  inkişafı  əvvəl  totalitar  iqtisadiyyat  əsasında  inkişaf 

edən  onlarla  ölkələrin  bazar  iqtisadiyyatı  yoluna  keçməsi  ilə  də  şərtlənir.  Bu,  keçid 

iqtisadiyyatlı  ölkələrdə  bir  çox  yeni  struktur  dəyişikliklərinin  baş  verməsi  ilə 

nəticələndi:  şəxsi  mülkiyyətin  kütləvi  özəlləşdirilməsi,  xarici  ticarətin  və  maliyyə 

xidmətləri  sferasının  liberalizasiyası,  idarəetmənin  administrativ  metodlarının  ləğvi 

baş verdi. 



 

Yeni  minilliyin  ərəfəsində  dünyanın  bir  çox  dövlətləri  qlobal  inteqrasiya 

proseslərinin  birgə  inkişaf  sxemlərini  hazırlayır,  hansı  ki,  öz  növbəsində  yeni 

geosiyasi  və  geoiqtisadi  mərkəzlərin  yaradılmasını  öz  tərkibinə  alır.  Bu  prosesdə 

Azərbaycan  gənc,  müstəqil  dövlət  kimi,  beynəlxalq  regional  əməkdaşlığın  siyasi  və 

iqtisadi təhlükəsizliyi təmin edə biləcək stabil sisteminin yaradılmasına can atır. Bu 

meyl nəinki Azərbaycanın dünya cəmiyyətinə inteqrasiyasını stimullaşdırır, eləcə də 

ölkənin  müxtəlif  regionlarda  təsirinin  artmasına,  ticari-iqtisadi  əlaqələrin və istehsal 

kooperasiyasının  inkişafına,  məhsul  satışının  perspektiv  bazar  axtarışına  imkan 

yaradır. 



Tədqiqat  işinin  obyekti  kimi  Azərbaycanın  MDB  ölkələri  ilə  iqtisadi 

ə

laqələri, bu əlaqələrin reallaşdırılması mexanizmləri və perspektivləri çıxış edir. 



Tədqiqat  işinin  nəzəri-metodoloji  əsasını  regional  iqtisadi  inteqrasiya 

nəzəriyyələri,  mövzu  ilə  əlaqədar  yerli  və  xarici  iqtisadçı  alimlərin  apardıqları 

tədqiqatların nəticələri,  beynəlxalq  müqavilələr və  milli  qanunvericilik  aktları  təşkil 

edir. 


Tədqiqat işinin informasiya bazası kimi beynəlxalq təşkilatların, o cümlədən 

MDB  Dövlətlərarası  Statistika  Komitəsinin,  həmçinin  Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin  və  qtisadi  nkişaf  Nazirliyinin  hesabatlarından,  mövzu  ilə  əlaqədar 

mövcud  iqtisadi  ədəbiyyat,  internet  və  dövri  mətbuat  nəşrlərindən  istifadə 

olunmuşdur. 

Tədqiqat  işinin  elmi  yeniliyi.  Azərbaycanın  MDB  çərçivəsində  inteqrasiya 

proseslərində  iştirakının  müasir  vəziyyətinin  kompleks  təhlil  edilməsini,  keçid 

iqtisadiyyatlı  ölkələrin  regional  inteqrasiya  istiqamətində  müasir  problemlərinin 

tədqiq  edilməsini,  Azərbaycanın  MDB  ölkələri  ilə  iqtisadi  inteqrasiyasının  əsas 

istiqamətlərinin  müəyyən  edilməsini  tədqiqat  işinin  elmi  yeniliyi  kimi  hesab  etmək 

olar. 


 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin