Ölkədaxili yük daşımaları - Azərbaycan Respublikasının hüdudları daxilində
yerinə yetirilən yük
daşımalarıdır.
Şəhər və şəhərlərarası nəqliyyat sistemi hər bir şəhərin sosial-iqtisadi və ümumi inkişafında çox
mühüm rol oynayır. Məhz daşıma problemi hər bir şəhər üçün əsas problemli məsələlərdən biridir.
Nəqliyyat logistikası iki yerə ayrılır:
1. Daxili (Yükün təşkilat daxilində və ya onun filialları arasında yerdəyişməsi)
2. Xarici (Yükün istehsalçıdan müştəriyə çatdırılması)
İstifadə olunan nəqliyyata görə daşımaların növləri aşağıdakılardır:
1. Unimodel (Bir növlü) - Bir növ nəqliyyat vasitəsi ilə yerinə yetirilir .
2. Multimodel (çox növlü) - Bir təşkilatçının məsuliyyəti altında bir neçə nəqliyyat növünün
vasitəsi ilə yerinə yetirilən daşıma prosesidir.
3. İntermodel - Bir operator bütün prosesi bir neçə nəqliyyat növünü
vasitəsi ilə təşkil edir, yəni
yükün daşınması birinci nöqtədən ,aralıq məntəqələrdən istifadə edilməklə və alıçıya
qədər yerinə
yetirilir. Bu zaman məsuliyyət ,eyni hüquqda qiymətlər müəyyənləndirilmiş halda, bütün daşıyıcılar
arasında eyni dərəcədə bölüşdülür.
4. Qarışıq model - Bu zaman iki növ nəqliyyatdan
istifadə olunur ki, birinci daşımanı, ikincinin
yükləmə yerinə qədər yerinə yetirir (anbardan və aralıq məntəqələrdən istifadə etməməklə).
Məsələn: dəmiryolu - avtomobil daşıması.
TƏLİM NƏTİCƏSİ
1
10
5. Kombinə olunmuş model - Qarışıq
modeldən fərqli olaraq, bu modeldə ikidən çox nəqliyyat
növündən istifadə olunur.
Quru yolu əşya daşıması - ödəniş olunmaqla əşyanın bir yerdən digər yerə daşınmasını
quru yolu
ilə təmin edən və daşıyıcı - göndərən arasında müqavilə bağlanmasını tələb edən bir daşıma modeli
olaraq tanınmaqdadır.
Dostları ilə paylaş: