Silisium 4 –oksid – gillərdə sərbəst və əlaqəli halda olur. Əlaqəli SiO2 giləmələgətirən mineralların tərkibinə daxil olur, sərbəst SiO2 isə kvars qumu şəklində təmsil olunur. SiO2 –nin miqdarı gillərdə -60-65 %, qumlu gillərdə isə 80-85 % təşkil edir. Aliminium oksid Al2O3 – kimyəvi əlaqəli halda olub gil minerallarının tərkibinə daxil olur. Onun miqdarı 10 %-dən 38 %-ə qədər olur. Al2O3-ün miqdarı çox olduqca,gilinkeyfiyyətiyüksəlir. Kalsium və maqnezium oksidləri karbonatların tərkibinə daxildir. CaO - əsasən 2-3 % təşkil edir və yalnız ayrı-ayrı gil növlərində 20-25 % -ə çatır, MgO gillərdə 3%-dənçoxolmur. Dəmir oksidləri həm gil minerallarının tərkibində, həm də sərbəst dəmir birləşmələri şəklində olur. Onların miqdarı yüksək keyfiyyətli gillərdə az, qırmızı kərpic gillərində isə 10-15 % olur. Titan oksidi TiO2 – qarışıqların tərkibində 1,5 %-ə qədər olur. Qələvi oksidləri Na2O, K2O – gil minerallarının, eləcə də həll olan duzların və çöl şpatı süxurlarının tərkibində olub, müxtəlif gillərdə 5-6 % -ə çatır. Giləmələgətirən minerallardan başqa gillərdə ən müxtəlif növlü qarışıqlara rast gəlinir.
Kvars mənşəli qarışıqlardan gillərin tərkibində kvarsa və bir sıra dağ süxurlarının qarışığına (kvars, kvarsit, qranit, şistlər və s.) rast gəlinir. Onlar gili yavanlaşdırılır, qəlibləməni mürəkkəbləşdirir, yandırmanı, soyutmanı çətinləşdirir, möhkəmliyi və bəzi hallarda şaxtayadavamlılığı azaldır. Karbonat qarışıqları (kalsit, dolomit) gildən alınan məmulatların möhkəmliyini aşağı salır, gilin odadavamlılığını azaldır, yanma prosesini mürəkkəbləşdirir. Dəmirin minerallarından gillərdə limonitə, sideritə, dəmir oksidləri və hidroksidlərinə, piritə və s. rast gəlinir. Dəmir oksidləri 1%-dən az olduqda ağ rəngli (TiO2 – 0,5%), dəmir oksidləri 2 %-ə qədər olduqda (TiO2 – 1%) sarı və boz rəngli qırıntı alınır. Dəmir birləşmələri gillərin odadavamlılığını aşağı salır, bişmə temperaturunu azaldır, müəyyən temperaturdan sonra isə köpməyə səbəb olurlar. Pirit FeS və siderit FeCO3 qarışıqları yanmış məmulatda dəmir ərintiləri və yaqaraləkələrəmələgətirir. Qələvi metal oksidləri gillərin tərkibinə çöl şpatı süxurları və müxtəlif həll olunan duzlar şəklində daxil olur. Həll olan duzlar quruma zamanı məmulatın səthinə diffuziya edərək bişmə prosesində rəngli ərp əmələ gətirirlər. Na2SO4 gillərin tərkibində ən zərərli qarışıqlardan hesab edilir. Belə ki, duz yanmış məmulatın məsamələrində kristallaşaraq həcmcə artır və məmulatın dağıdılmasına gətirir. Üzvi qarışıqlar gillərdə əsasən bitki mənşəli olur və onların miqdarı 1-10 % təşkil edir. Yanma zamanı onlar yanır və qara rəngli özəklər əmələ gətirir, bəzi hallarda isəköpməbaşverir. İstehsal olunan məmulatların xassələrinə gillərin texnoloji xassələri əhəmiyyətli dərəcədə təsir edir. Gilin texnoloji xassələri dedikdə ondan müxtəlif məmulatlar hazırlanması prosesinin bütün mərhələlərindəki əsas xassələri nəzərdə tutulur. Bu xassələr gili su ilə qarışdırdıqda, qəliblədikdə, qurutduqda və yandırdıqda baş verən proseslərlə şərtlənir.