Keramika və odadavamlı materiallar texnologiyası



Yüklə 35,92 Kb.
səhifə10/10
tarix02.05.2023
ölçüsü35,92 Kb.
#106392
1   2   3   4   5   6   7   8   9   10
Keramika

İES külləri: Əsasən turş alümosilikat şüşəsindən, amorflaşmış gil maddəsindən, kvarsdan, çöl şpatından, mullitdən, maqnetitdən, hematitdən və yanacaq qalığından ibarətdir. Kərpic istehsalında xüsusi səthi 2000-3000 sm2 /q olan küllər əsas xammal, yavanlaşdırıcı və yanan əlavələr kimi 15-45 % miqdarında istifadə olunur. Kömür zənginləşdirmə fabriklərinin tullantıları: Müxtəlif kömürlərin zənginləşdirilməsindən alınan bu tullantıların tərkibində 5-25 % -ə qədər şlamşəkilli yanan qatışıqlar olur. Tullantıların tərkibinə 10-30 %-dən 60-70 %-ə qədər gil mineralları daxildir. Belə süxurların tərkibində xeyli Al2O3 olur. Ona görə də bu tullantılar yavanlaşdırıcı və zənginləşdirici əlavə kimi tərkibində Al2O3 az olan gil-torpaq üçün əlavə kimi istifadə oluna bilər. Şixtaya əlavə edilən tullantıların miqdarı onun tərkibindəki kömürün miqdarına əsasən təyin edilir. Onların şixtaya əlavə edilməsi asanəriyən gillərin laxtalanma intervalının və məmulatların möhkəmliyinin artmasına səbəb olur. Plastikləşdirici əlavələr az plastiki (yavan) gillərə lazımi qəliblənmə nəmliyi, quruma və məmulatlara möhkəmlik xassələri vermək üçün istifadə olunur. Plastikləşdirici və zənginləşdirici əlavə kimi 10-20 % yüksək plastiki və tərkibində Al2O3-in miqdarı çox olan, narın-dispers, çətinəriyən və ya odadavamlı gillərdən, bentonit gillərindən, SAƏdən istifadə olunur. SSC (sulfit-spirt cecəsi), texniki liqnin, trietenolamin quru gilə 0,1-1 % miqdarında qatılaraq gil hissəciklərinin üzərində yağ rolunu oynayan örtük əmələ gətirir, xammalın plastikliyini artırır. Plastikləşdirici əlavələrin daxil edilməsinin ən səmərəli üsulu onların şixtaya 40 % nəmlikli şliker şəklində daxil edilməsidir. Müəyyən edilmişdir ki, 3% miqdarında bentonit şlikerinin əlavə edilməsi kərpicin markasının 75- 100-dən 150-200-ə artmasına səbəb olur. Plastikləşdirici əlavə kimi küləş suyu və torf suyundan da istifadə olunur. Belə sudan isifadə etdikdə plastiklik 2 dəfə artır, möhkəmlik çoxalır. Sulfit-spirt cecəsindən istifadə edildikdə də kərpicin texnologiyası və fiziki-mexaniki xassələri yaxşılaşır. 1000 ədəd kərpic üçün SSC-nin sərfi 2 kq təşkil edir. Ərintilər: Ərintilərin kütlənin tərkibinə daxil edilməsi məmulatın bişmə temperaturunu aşağı salır. Ərintilər bişmə prosesində gillə qarşılıqlı təsirdə təmiz gilə nisbətən daha asanəriyən birləşmələr əmələ gətirir. Ərintilər gilə təsirinin xarakterinə görə 2 qrupa bölünür:
- aşağı ərimə temperaturu ilə səciyyələnən ərintilər-flüslər (peqmatitlər, nefelin konsentratları, vulkan süxurları, perlitlər, şüşə sənayesinin tullantıları, şüşə qırığı); - bişmə prosesində gil və keramik kütlənin digər komponentləri ilə asanəriyən birləşmələr əmələ gətirən, təmiz halda isə yüksək ərimə temperaturuna malik olan ərintilər (təbaşir, dolomit

Fənnin adı: “Keramika və odadavamlı materiallar texnologiyası”
Mövzu: 3. Keramik divar materiallarının əsas emal və istehsal üsulları.

MÜHAZİRƏNİN PLANI
1. Plastik qəlibləmə üsulu ilə kərpic istehsalında xammalın hazırlanması və emalı. 2. Yarımquru presləmə ilə kərpic istehsalında xammalın hazırlanması və emalı. 3. Keramika məmulatlarının qəliblənmə üsulları. 4.Qəlibləmədə yaranan qüsurlar. 5. Keramika məmulatlarının bişməsi zamanı baş verən proseslər.
PLASTİK QƏLİBLƏMƏ ÜSULU İLƏ KƏRPİC İSTEHSALINDA XAMMALIN HAZIRLANMASI VƏ EMALI.
Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin