Keyfiyyət sistemi



Yüklə 33,31 Kb.
səhifə1/2
tarix02.04.2022
ölçüsü33,31 Kb.
#54613
  1   2
Keyfiyyət sistemi (1)


Keyfiyyət sistemi.

Kvalimetriya və keyfiyyətin idarə edilməsi sahəsində anlayışları öyrənərkən qeyd etmişdik ki, məhsulun keyfiyyətinin idarə edilməsi, onun yaradılması (layihələndirilməsi), istehsalı və istismarı (istifadəsi) zamanı onun keyfiyyətinin lazımi səviyyədə qalmasını təmin etmək və onu sabit saxlamaq üçün göstərilən fəaliyyətlərin məcmusudur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) 1987 – ci ildə keyfiyyətin idarə edilməsi üzrə bir sıra standartlar işləyib tövsiyyə etmişdir. Bu standartlar İSO 9000 seriyalı standartlardır. Bu standartlar əsasında bir çox müəssisə və təşkilatlarda, firmalarda keyfiyyət sahəsində müəyyən siyasətin həyata keçirilməsi, müəyyən məqsədlərə nail olmağın əldə edilməsi üçün keyfiyyəti idarə etmə sistemi (keyfiyyət sistemi) yaradılır və tətbiq edilir. Keyfiyyət sistemini aydınlaşdırılması üçün İSO 9000 seriyalı standartlardan, İSO 9004- 87 standartında təklif edilmiş keyfiyyət ilgəyi (spiralı) anlayışından istifadə olunur.

Keyfiyyət ilgəyi- məhsula olan tələbatın öyrənilməsindən başlayaraq bu tələbatın təmin edilməsinin qiymətləndirilməsinə qədər olan müxtəlif mərhələlərdə keyfiyyətə təsir edən və bir – birindən asılı olan fəaliyyət növlərinin sxematik modelidir. Adı çəkilən standarta əsasən keyfiyyət ilgəyində paralel mərhələ (fəaliyyət növü) müəyyənləşdirilmişdir.

Çəkilmiş sxemdə oxlarla mərhələlər aşağıdakı ardıcıllıqla nömrələnmişdir:



  1. Marketinq mərhələsi (bazarın öyrənilməsi və axtarış).

  2. Layihələndirmə və (və yaxud) texniki tələblərin işlənilməsi (məhsulun işlənilməsi) mərhələsi.

  3. Maddi – texniki təchizat mərhələsi.

  4. İstehsalat proseslərinin hazırlanması və işlənilməsi mərhələsi .

  5. İstehsalat ( istehsalat olunan) mərhələsi.

  6. Məhsula nəzarət, sınaqların aparılması və tədqiqatın mərhələsi.

  7. Məhsulun qablaşdrılması və saxlanılması mərhələsi.

  8. Məhsulun realizasiyası və paylanması (tədarükü) mərhələsi.

  9. Məhsulun (məmulatın) istismar olunacaq yerdə quraşdırılması və istismarı (istifadəsi) mərhələsi.

  10. Məhsula texniki xidmət və yardım mərhələsi.

  11. İstismardan (istifadədən) sonra təkrar istifadə mərhələsi. (məhsulun ləğvi, digər təyinatlar üzrə istifadəsi).

Keyfiyyət sistemində qeyd etdiyimiz ilgəyin mərhələlərinə təsir xarakterinə görə göstərilən fəaliyyətləri 3 istiqamətə yönəlmiş fəaliyyətlər kimi fərqləndirmək olar:

Keyfiyyəti təmin etmə üzrə fəaliyyətlər.

Keyfiyyətin idarə edilməsi üzrə fəaliyyətlər.

Keyfiyyətin yaxşılaşdırılması üzrə göstərilən fəaliyyətlər.

Keyfiyyəti təmin etmə 2 qrup tədbirlərdən ibarətdir. Bunlardan birincisi planlaşdırılmış, digəri isə sistematik olaraq həyata keçirilən tədbirlərdir.

Planlaşdırılmış tədbirlər məhsulun yaradılmasına dair mövcud proqram əsasında təyin edilir. Həmin proqramda yaradılan məhsulun keyfiyyəti və texniki səviyyəsi haqqında tapşırıq və keyfiyyət ilgəyinin mərhələlərinin vəsaitlə təmin edilməsinə aid tədbirlər öz əksini tapır.

Sistematik həyata keçirilən tədbirlərə müəssisə tərəfindən daima və yaxud fasilələrlə həyata keçirilən iş və əməliyyatlar aiddirlər. Bu əməliyyatlara ilk növbədə marketinq üzrə aparılan tədbirlər, işçilərin öyrədilməsi və normadan kənara çıxma hallarının qarşısının vaxtında alınması üçün tələb olunan tədbirlər daxildir. Keyfiyyətin idarə edilməsi operativ xarakterli üsul və fəaliyyətləri özündə birləşdirir. Ona proseslərin idarə edilməsi, nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin müəyyənləşdirilməsi və.s aiddirlər. Keyfiyyətin idarə edilməsinə misal, əvvəlki mövzularda öyrəndiyimiz nəzarət diaqramlarından istifadə etməklə zay (qüsurlu) məhsul buraxılmasının qarşısının vaxtında alınmasını, texnoloji prosesin dəqiqliyinin və stabilliyinin statistik analizini və digər statistik nəzarət üsullarını göstərmək olar. Keyfiyyətin idarə edilməsi sisteminin struktur sxemi ixtiyari idarəetmə sistemlərində olduğu kimi qapalıdır. Yəni, sistemin çıxışı ilə girişi arasında əks əlaqə mövcuddur. Ona görə keyfiyyətin idarə edilməsi üzrə qərar, cari və yaxud da müəyyən miqdarda toplanmış məlumatlar əsasında qəbul edilir. Keyfiyyəti yaxşılaşdırma məhsulun hazırlanma keyfiyyətinin və texniki səviyyəsinin yüksəldilməsinə, istehsalatın və keyfiyyət sisteminin elementlərinin təkmilləşdirilməsinə yönəldilmiş və daimi göstərilən fəaliyyətdir.

Ona görə də keyfiyyəti yaxşılaşdırma obyekti istehsalat proseslərinin və yaxud da keyfiyyət sisteminin hər hansı elementi ola bilər. Keyfiyyət ilgəyinin mərhələlərində həyata keçirilən əməliyyatları (ilgəyin mərhələlərinin funksiyalarını) nəzərdən keçirək:




Yüklə 33,31 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin