HİBRİDLƏŞMƏ
Kovalent rabitənin əmələ gəlməsində müxtəlif vəziyyətlərdə olan elektronlar məs., s və p də iştirak edir. Belə güman etmək olar ki, bu rabitələr qiymətcə bir-birindən fərqli olar. Lakin təcrübə göstərir ki, onlar eyni qiymətlidir. Bu hadisə hibridləşmə hadisəsi adlanır.
Deməli hibridləşmə - müxtəlif orbitallardan eyni enerji və formaya malik orbitalların əmələ gəlməsi prosesidir. Alınan orbitallar hibrid orbitallar adlanır.
Valent orbitalların hibridləşməsinin BeCl2, BCl3, CH4 molekullarının əmələ gəlməsi misalında nəzərdən keçirək.
BeCl2.
-un elektron konfiqurasiyası.
a) Normal hal: 1s2 2s2 2p0
b) Həyəcanlanmış hal: 1s2 2s1
s və p elektronlar arasında hibridləşmə həyəcanlanmış halda baş verir.
Hibridləşmə
sp- hibridləşmə
iki sp hibrid orbitalı
s + p orbitallar
Belə hibrid vəziyyətində Be, iki Cl atomu ilə birləşərək BeCl2 molekulunu əmələ gətirməlidir.
2. BCl3
-un elektron konfiqurasiyası
a) Normal hal: 1s2 2s2
b) Həyəcanlanmış hal: 1s2 2s1
B atomunun hibridləşməsində bir s və iki p – elektron iştirak edir.
Hibridləşmə
sp2– hibridləşmə
üç s-p2 hibrid orbitalı
s-p-p orbitallar
Bu hibrid orbitalları üç Cl atomı ilə BCl3 molekulunu əmələ gətirir.
3. CH4
-nun elektron konfiqurasiyası
a) Normal hal: 1s2 2s2 2p2
b) Həyəcanlanmış hal: 1s2 2s1
C atomunun hibridləşməsində bir s və üç p – elektronları iştirak edir.
hibridləşmə
sp3 hibridləşmə
dörd sp3 hibrid orbitalları
s-p-p-p orbitallar
C atomu belə hibrid vəziyyətində üç H atomu ilə birləşərək CH4 molekulunu əmələ gətirir.
Molekullararası qarşılıqlı təsir qüvvəsinin (MQTQ) ilk dəfə 1871-ci ildə holland alimi Van-der Vaals müşahidə etmişdir.
Bu qüvvələrin 3 tipi var:
Dostları ilə paylaş: |